Bir il ərzində hər kəsi ələ keçirdi: Süni intellektin gizli təhlükəsi
Süni intellekt əsaslı söhbət robotlarının gündəlik dilimizə və onlayn mühitə təsiri o qədər güclənib ki, artıq özümüzün yazdığı mətnlərin belə "robot məhsulu" kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi sual altındadır.
Valyuta.az xəbər verir ki, süni intellekt tərəfindən öyrədilən və formalaşdırılan bir dil ekosistemində insanlar fərqinə varmadan robotların danışıq tərzini təqlid etməyə başlayır və bu hal ən sadə forumlardan ən ciddi siyasi çıxışlara qədər geniş sahələrə sirayət edir.
Maks Plank İnstitutunun tədqiqatçıları tərəfindən yayımlanan bir araşdırma da bu təsirin miqyasını ölçməyə çalışıb. ChatGPT-nin istifadəyə verilməsindən sonra "YouTube" istifadəçilərinin söz ehtiyatında "vurğulamaq", "qavramaq", "gücləndirmək" kimi sözlərin daha tez-tez işləndiyi müəyyən edilib. Tədqiqatçılar bu dəyişikliyin söhbət robotlarına məruz qalmaqla sıx əlaqəsi olduğunu bildirirlər.
Bu vəziyyət yalnız akademik təhlillərlə məhdudlaşmır. "Reddit" kimi platformaların icma rəhbərləri onlayn məkanların keyfiyyətsiz, süni zəka tərəfindən yaradılan paylaşımlarla dolduğundan şikayət edirlər. Xüsusilə real insan hekayələri və dram axtarılan icmalarda paylaşımların süni zəka tərəfindən hazırlanması həmin icmaların varlıq səbəbini təhlükəyə atır. Moderatorlar isə bu cür məzmunu ayırd etmə üsullarının yalnız "hissə" əsaslandığını etiraf edirlər. Hətta bəziləri əsas problemin artıq insanların da süni zəka kimi yazmağa başlaması olduğunu düşünür. Bir icma rəhbəri bunu belə ifadə edir: "İnsanlar süni zə kanı, süni zəka isə insanları daha çox xatırladır".
Siyasətdən qəhvə dükanlarına qədər yayılan qəribə üslub
Bu mədəni ötürülmənin ən diqqətçəkən nümunəsi siyasi sahədə müşahidə olunub. Bir esse müəllifi Birləşmiş Krallıq parlamentinin üzvlərinin çıxışlarını ChatGPT-yə yazdırdıqları iddialarını araşdırarkən maraqlı bir detal aşkarlayıb. ABŞ qanunvericilərinə aid olan "Danışmaq üçün ayağa qalxıram" kimi ifadələrin ingilis deputatları tərəfindən heyrətamiz dərəcədə tez-tez işləndiyi müəyyən edilib. Müəllif bildirir ki, bu ifadə bir gün ərzində 26 müxtəlif millət vəkili tərəfindən səsləndirilib. Bu hal süni zəkanın "mədəni praktikaları onlara aid olmayan məkanlara daşıması" kimi şərh olunur.
Bu yeni və süni üslub ictimai məkanlarda da nəzərə çarpır. Məsələn, məşhur bir qəhvə şəbəkəsinin filiallarında asılan və "Bura sizin qəhvə evinizdir, gündəlik ritminizə toxunmuş, xatirələrin yarandığı..." kimi emosional, lakin formaca uğursuz cümlələrdən ibarət lövhələrdə, ChatGPT-nin ortaya çıxmasından sonra yaranan qəribə və narahatedici düzyazı tərzi özünü göstərir. Fərqinə varsak da, varmasaq da, bu üslubun müəyyən hissəsi artıq hamımızın düşüncə tərzinə yerləşib və dilimizin təbii axınını təhdid edir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 688 Tarix: 12 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrTelefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19 sentyabrİnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO
Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem
18 sentyabrBu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20 sentyabrAyla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə
17 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabrAyaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabrSaatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20 sentyabr