Ağır xəstəliyi olan uşaqlara yardım adı ilə - 200 min pul ələ keçirdi - Video

Ağır xəstəliyi olan uşaqlara yardım adı ilə - 200 min pul ələ keçirdi - VideoKiberpolis sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq edən şəxsi ifşa edib.

Sonxeber.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, son dövrlər sosial şəbəkələrdə "körpələrə yardım", "fiziki qüsurlu uşaqlara ianə", "təcili əməliyyat üçün pul lazımdır" kimi çağırışlara rast gəlinir. Amma təəssüflə qeyd olunmalıdır ki, əksər hallarda həmin paylaşımlar insanların hisslərini manipulyasiya edərək dələduzluq yolu ilə pul qazanmağa hesablanır.

Bu cür hüquqazidd əməllərin yol verildiyi səhifələrə qarşı isə Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən mütəmadi olaraq əməliyyat-texniki tədbirlər həyata keçirilir.

Kiberpolisin növbəti tədbiri zamanı qeyd olunan analoji əməlləri törətməkdə şübhəli bilinən 30 yaşlı Rəsul Həsənov saxlanılıb. O, xəstə, müalicəyə ehtiyacı olan körpələrin foto və video görüntülərini instaqramda yaratdığı "Zəhra balama yardım", "Körpə balama dəstək", "Əli üçün yardım", "Yusif serebral iflic" və s. səhifələrdə paylaşaraq təcili yardım edilməzsə, körpələrin həyatı üçün təhlükə yarana biləcəyini qeyd edib.

R. Həsənov yardımların köçürülməsi üçün istifadəsində olan bank kartlarını da həmin paylaşımların üzərində yerləşdirib. Ağır xəstəliyi olan uşaqların görüntüləri, emosional musiqi və mətnlərdən təsirlənən vətəndaşlar isə qeyd edilən kartlara 1 manatdan 500 manata qədər, ümumilikdə isə 200 000 manata yaxın pul vəsaiti köçürüblər. Saxlanılan şəxs həmin pulları nağdlaşdıraraq şəkillərini paylaşdığı uşaqların ailələrinə yox, öz şəxsi ehtiyaclarına xərcləyib.

R.Həsənovdan iş üzrə əhəmiyyət kəsb edən məlumat və elektron sübutlar aşkar olunaraq götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Vətəndaşlara tövsiyə edilir ki, sosial şəbəkələrdə yardım adı altında yerləşdirilən bu tipli məlumatlarla qarşılaşan zaman diqqətli olsunlar. Həmçinin sosial şəbəkə istifadəçilərinə dəqiqləşdirilməmiş məlumatlara inanaraq pul köçürmə əməliyyatlarından çəkinməyə çağırış edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1178   Tarix: 16 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu

8 avqust
.

21 yaşlı gənc ürəyindən bıçaqlandı - Hərbçi saxlanıldı-Yenilənib

Ağstafa sakini ürəyindən bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Qırılı kəndi ərazisində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Ayxan Budaqlı ürək nahiyəsindən bıçaqlanıb. Adıçəkilən şəxs xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməs

14 iyul
.

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"

18 sentyabr
.

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs

"Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs

3 sentyabr
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Oxu Az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İsla

31 avqust
.

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind

15 avqust
.

Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə

16 sentyabr
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr