"Deyirdi, siqaret, pivə al, qarnımıza, belimizə vururdu" - Ata uşaqlarına işgəncə verib?
Ağstafanın Yeni Gün kəndində atanın azyaşlı uşaqlarını döyərək onlara işgəncə verdiyi bildirilir.
Bu haqda "Qafqazinfo"ya uşaqların anası Günel Bayramova şikayət ünvanlayıb.
Ana iddia edir ki, onun həyat yoldaşı, kənd sakini 42 yaşlı Oruc Əliyev öz aralarında olan mübahisələrə görə uşaqları incidirmiş.
Sonuncu davalarından sonra ata evinə gedən Günel Bayramova bildirir ki, əri evdə olmayanda uşaqlara baş çəkməyə gedib. Deyir ki, bundan hiddətlənən əri uşaqlara işgəncə verib:
"Uşaqların bədəni yara səpib. Burda da həkimdən keçdilər. Qızın ayaqları gömgöydür. Ağacla döyüb. Dünən mən yas məclisində idim. Oradan uşaqlara yemək aparmışdım. Onun üstündə döyüb ki, ananızla niyə görüşmüsünüz. Uşaqlarım azyaşlıdır. Biri dördüncü, biri üçüncü, digəri isə birinci sinifdir. İçki aludəçisidir. Qısqanclıq zəminində döyür məni. İki il əvvəl uşaqları şunurla döymüşdü".
Azyaşlılar da ataları haqda deyilənləri təsdiqləyiblər. Bildiriblər ki, ataları onları və analarını günlərlə müxtəlif əşyalarla döyüb işgəncə verib:
"Deyirdi, get siqaret, 2 litrlik pivə al. Sonra evə gəlirdik. Döyürdü, belimizə yumruq, qarnımıza şapalaq vururdu", - deyə uşaqlardan biri bildirib.
Məlumat üçün bildirək ki, azyaşlılar əvvəlcə xəstəxanaya yerləşdiriliblər.
Ağstafa rayon Xəstəxanasından isə bildirilib ki, müayinə zamanı azyaşlılarda ciddi xəsarət aşkar edilməyib.
Qeyd edək ki, bu, qadın və kişinin ikinci ailə həyatıdır. Onların rəsmi nikahları yoxdur.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, Ağstafa Rayon Polis şöbəsində müvafiq ekspertiza təyin edilib. Araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.


Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1329 Tarix: 17 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNovruz bayramı günü bibisi oğlunu öldürənə - 14 il həbs verildi
Bu ilin mart ayında bibisi oğlu 1976-cı il təvəllüdlü Rövşən Abdullayevi bıçaqlayaraq öldürən Rizvan Söhbətova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 120.1 və 228.5-ci maddələri ilə təqsirli bilib. Araşdırmalar zamanı məlum olu
19 oktyabrVüqar Qurbanovun vəzifəli qohumunun bıçaqlanmasının şok təfərrüatı
Abşeronda direktor müavininin bıçaqlanması ilə nəticələnən hadisənin detalları məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədən Elçin Balayevə nizam-intizam məsələlərinə görə bir neçə dəfə direktor müavini Orxan Ənvərli tərəfindən xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara məhəl qoymayan E.Balaye
8 oktyabrQəzada ağır yaralanan sürücü xəstəxanada öldü
Paytaxtın Heydər Əliyev prospektində ölümlə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 28-i saat 21 radələrində Nəcəfzadə Bahəddin Əfqan oğlunun idarə etdiyi "Lada Granta" markalı avtomobil prospektin "Koroğlu" metro stansiyası istiqamətind
30 oktyabrMeşədə yanmış meyiti tapılan şəxs məmur imiş - Foto
Üç gün öncə Oğuzda meşədə Aqil Rəsulov adlı şəxsin yanmış meyiti tapılıb. Ölkə.az-a istinadən xəbər verir ki, həmin şəxs Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış. Hadisənin təfərrüatı hələlik məlum deyil. "Qafqazinfo"nu
3 noyabrAtasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi
Yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqda təqsirli bilinən şəxs barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Apellyasiy
12 noyabrToyda qohumlar dalaşdı, xəsarət alan var
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb
12 oktyabr10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməyib. Amma Bakı Hərbi Məhkəməsini
11 noyabrRamiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub. -ya istinadən xəbər verir ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək
15 oktyabr