"Şuşaya hücum hazırlayan məsul şəxs o idi" - Məhkəmədə son çıxışlar

"Şuşaya hücum hazırlayan məsul şəxs o idi" - Məhkəmədə son çıxışlarErmənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 22-də davam etdirilib.

"Qafqazinfo" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.

Qeyd edilib ki, ötən məhkəmə iclası zamanı fasilə elan olunduğundan təqsirləndirilən David Babayan çıxışını indiki məhkəmə iclasında davam etdirəcək.

D.Babayan çıxışında ittiham tərəfinin çıxışında bildirdiklərinə əks dəlillər səsləndirib. O, təqsirləndirilən şəxslərin günahsız olduğunu deyib. "Mən özümü heç bir maddə ilə günahkar hesab etmirəm", - deyə D.Babayan bildirib.

O, çıxışında müdafiəçilərə və tərcüməçilərə təşəkkür edib.

Təqsirləndirilən Levon Mnatsakanyan son sözünü rus dilində etmək istədiyini deyib. Ona çıxışını rus dilində etməyə şərait yaradılıb.

Təqsirləndirilən şəxs deyib: "Qarabağ (qondarma rejimi nəzərdə tutur - red.) Ermənistandan onun təhlükəsizliyinin qarantı kimi çıxış etməyi xahiş etdi və bu dövrdən də təmas xəttində bütün əməliyyatlar Ermənistan Respublikasının baş qərargahı (silahlı qüvvələrin baş qərargahı nəzərdə tutulur - red.) tərəfindən hazırlanmış planlara uyğun aparılırdı. Burada məhkəmə iclasları zamanı qeyd etmişdim ki, mən 1992-ci ildə hərbiyə çağırılmışam. Zabit rütbəmi nəzərə alaraq, məni batalyonun komandir müavini təyin etdilər. Bu vəzifəyə təyin edilmək üçün başqa heç bir şey tələb olunmurdu. Lakin ittiham tərəfi iddia edir ki, məni başqa hansısa parametrlərə görə təyin ediblər".

Təqsirləndirilən şəxs müharibədə onlar tərəfdən muzdluların döyüşməsi barədə ittiham tərəfinin dediklərinə də münasibət bildirib: "Bildiyim qədər onlar muzdlu olmayıblar. Onlar hamısı könüllülər idi və onları heç kəs xidmətə cəlb eləməmişdi, onlara pul verilmirdi".

L.Mnatsakanyan məhkəmədə onun əleyhinə ifadə vermiş zərərçəkmiş İlham Məmmədovun dedikləri barədə də danışıb (Xatırladaq ki, İ.Məmmədov oktyabrın 2-də keçirilmiş məhkəmə iclası zamanı ifadəsində Ermənistan silahı qüvvələrinin hərbçiləri tərəfindən döyüldüyünü, işgəncələrə məruz qaldığını, onu döyən zabitlər arasında Levon adlı zabitin xüsusi qəddarlıq nümayiş etdirdiyini deyib. Zərərçəkmiş şəxs dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında L.Mnatsakanyanı göstərərək qəddarlıq edən şəxsin o olduğunu söyləyib - red.). Deyib ki, İ.Məmmədova işgəncə verilməyib.

O, 2020-ci ildə 44 günlük müharibə zamanı Şuşakənddə hərbi hücumun planlaşdırılmasında iştirak etməsi barədə ittiham tərəfinin dediklərini də inkar edib, ümumiyyətlə 2020-ci və 2023-cü ildə heç bir hərbi əməliyyatda iştirak etmədiyini söyləyib. Təqsirləndirilən şəxs deyib: "Bəli, mən həqiqətən orada (Şuşakənddə müşavirə keçirilən məktəbdə - red.) olmuşam. Lakin mən çox gec, müşavirə başladıqdan sonra gəlmişəm. Müşavirəyə mənim aidiyyətim yox idi. Mən ora dəvət olunmamışdım. Həmin məktəbdəki kabinetdə mən ətraf kəndlərin mülki müdafiə qərargahlarının rəhbərləri ilə mülki müdafiə ilə bağlı məsələləri müzakirə edirdim. Əhalinin oradan təxliyə olunmasını danışırdıq. Onlar (müşavirə keçirənlər - red.) isə ora gəlmişdilər və xahiş eləmişdilər ki, iki saatlıq müşavirə keçirmək üçün otaq ayrılsın. Sədr isə onlara həmin kabineti təqdim eləmişdi. Yəni, mənim olmamağımdan istifadə edərək işlətdiyim kabineti təqdim eləmişdi. Mən gələn vaxt artıq orada müşavirə keçirilirdi. Həmin otağa daxil oldum və Artur Ağabekyanla kənarda oturdum. Bu, sadəcə, bir təsadüf idi.

Müşavirədən mənə aydın oldu ki, orada üç ehtiyat batalyonu, bir tank batalyonu, bir artilleriya divizyonu döyüş üçün hazırlanıb. Həmin əməliyyat nəticəsində yol bağlanmalı idi. Hansı ki, orada təchizat işləri görülürdü, yəni hərbiçilər təchizatla təmin edilirdilər. Şuşaya hücum hazırlayan silahlı qüvvələrin məsul şəxsi Samvel Babayan idi. Onlar bütün məsələləri müzakirə etdilər. Həmin əməliyyatın vaxtını müəyyən etdilər və çıxıb getdilər. Vaxtı ertəsi gün saat 5-ə təyin etmişdilər.

Təşkilatçılar getdikdən sonra iştirakçılar öz narazılıqlarını bildirməyə başladılar ki, hazırlıq işləri tam həyata keçirilməyib, tam hazır deyillər. Onlara vaxt verilməyib ki, bu əməliyyata normal şəkildə hazırlaşa bilsinlər, bu səbəbdən də iştirakdan imtina edirlər. Mən soruşdum ki, nəyə görə onlar bunu indi deyirlər, müşavirə keçirilən vaxt niyə deməyiblər? Onlardan bir cavab ala bilmədim və onların işinə də qarışmadım. Fikirləşdim ki, bu, onların öz işləridir".

Təqsirləndirilən şəxs 2016-cı ildə baş vermiş Aprel döyüşləri barədə danışarkən həmin vaxt "ordu komandanı" (Ermənistan silahlı qüvvələrinin ən böyük birləşməsinin komandiri - red.) olduğunu deyib. O, Aprel döyüşləri ilə bağlı ittiham tərəfinin dəlillərini və zərərçəkmişlərin dediklərini inkar edib, Azərbaycan hərbçilərinin mövqelərinə hücum etmədiklərini deyib.

Məhkəmə prosesi dekabrın 23-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

"Şuşaya hücum hazırlayan məsul şəxs o idi" - Məhkəmədə son çıxışlar"Şuşaya hücum hazırlayan məsul şəxs o idi" - Məhkəmədə son çıxışlar"Şuşaya hücum hazırlayan məsul şəxs o idi" - Məhkəmədə son çıxışlar"Şuşaya hücum hazırlayan məsul şəxs o idi" - Məhkəmədə son çıxışlar"Şuşaya hücum hazırlayan məsul şəxs o idi" - Məhkəmədə son çıxışlar"Şuşaya hücum hazırlayan məsul şəxs o idi" - Məhkəmədə son çıxışlar"Şuşaya hücum hazırlayan məsul şəxs o idi" - Məhkəmədə son çıxışlar"Şuşaya hücum hazırlayan məsul şəxs o idi" - Məhkəmədə son çıxışlar"Şuşaya hücum hazırlayan məsul şəxs o idi" - Məhkəmədə son çıxışlar"Şuşaya hücum hazırlayan məsul şəxs o idi" - Məhkəmədə son çıxışlar"Şuşaya hücum hazırlayan məsul şəxs o idi" - Məhkəmədə son çıxışlar"Şuşaya hücum hazırlayan məsul şəxs o idi" - Məhkəmədə son çıxışlar"Şuşaya hücum hazırlayan məsul şəxs o idi" - Məhkəmədə son çıxışlar"Şuşaya hücum hazırlayan məsul şəxs o idi" - Məhkəmədə son çıxışlar"Şuşaya hücum hazırlayan məsul şəxs o idi" - Məhkəmədə son çıxışlar


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1095   Tarix: 22 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Novruz bayramı günü bibisi oğlunu öldürənə - 14 il həbs verildi

Bu ilin mart ayında bibisi oğlu 1976-cı il təvəllüdlü Rövşən Abdullayevi bıçaqlayaraq öldürən Rizvan Söhbətova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 120.1 və 228.5-ci maddələri ilə təqsirli bilib. Araşdırmalar zamanı məlum olu

19 oktyabr
.

Vüqar Qurbanovun vəzifəli qohumunun bıçaqlanmasının şok təfərrüatı

Abşeronda direktor müavininin bıçaqlanması ilə nəticələnən hadisənin detalları məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədən Elçin Balayevə nizam-intizam məsələlərinə görə bir neçə dəfə direktor müavini Orxan Ənvərli tərəfindən xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara məhəl qoymayan E.Balaye

8 oktyabr
.

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat

5 oktyabr
.

Qəzada ağır yaralanan sürücü xəstəxanada öldü

Paytaxtın Heydər Əliyev prospektində ölümlə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 28-i saat 21 radələrində Nəcəfzadə Bahəddin Əfqan oğlunun idarə etdiyi "Lada Granta" markalı avtomobil prospektin "Koroğlu" metro stansiyası istiqamətind

30 oktyabr
.

Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş - Foto

Üç gün öncə Oğuzda meşədə Aqil Rəsulov adlı şəxsin yanmış meyiti tapılıb. Ölkə.az-a istinadən xəbər verir ki, həmin şəxs Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış. Hadisənin təfərrüatı hələlik məlum deyil. "Qafqazinfo"nu

3 noyabr
.

Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi

Yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqda təqsirli bilinən şəxs barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Apellyasiy

12 noyabr
.

Toyda qohumlar dalaşdı, xəsarət alan var

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb

12 oktyabr
.

10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı

İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməyib. Amma Bakı Hərbi Məhkəməsini

11 noyabr
.

Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub. -ya istinadən xəbər verir ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək

15 oktyabr