Azərbaycanda satılan avtomobil təkərləri hansı ölkələrdən gətirilir?

Azərbaycanda satılan avtomobil təkərləri hansı ölkələrdən gətirilir?2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana minik avtomobilləri üçün 1 126 058 ədəd təzə pnevmatik rezin şin idxal olunub və idxalın ümumi dəyəri 36 milyon 860.19 min dollar təşkil edib.

Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, minik avtomobilləri üçün şinlərin əsas idxalçısı Çin olub - bu ölkədən 754 578 ədəd şin gətirilib (20 milyon 688.74 min dollar). Ardınca Tailand (77 317 ədəd, 2 milyon 575.99 min dollar), Türkiyə (69 699 ədəd, 2 milyon 804.87 min dollar), Koreya Respublikası (67 994 ədəd, 3 milyon 487 min dollar), Rusiya (51 990 ədəd, 1 milyon 517.31 min dollar) və Yaponiya (20 532 ədəd, 1 milyon 760.8 min dollar) gəlirlər.

Hesabat dövründə yük avtomobilləri və avtobuslar üçün 319 455 ədəd təzə pnevmatik rezin şin idxal edilib, idxalın dəyəri 34 milyon 373.28 min dollar olub. Əsas idxal ölkələri Çin (231 747 ədəd), Türkiyə (45 723 ədəd) və Rusiya (22 767 ədəd) olub.

2025-ci ilin 10 ayında aviasiyada istifadə üçün 417 ədəd təzə pnevmatik rezin şin idxal olunub (1 milyon 318.91 min dollar), əsas pay Yaponiyaya məxsusdur. Motosikletlər üçün 8 546 ədəd şin idxal edilib (119.11 min dollar), bu seqmentdə əsas tədarükçülər Çin və İran olub. Velosipedlər üçün isə 340 077 ədəd şin ölkəyə gətirilib və idxalın dəyəri 389.1 min dollar təşkil edib ki, bunun böyük hissəsi Çinin payına düşür.

Kənd və meşə təsərrüfatında istifadə edilən nəqliyyat vasitələri üçün 20 321 ədəd rezin şin idxal olunub (3 milyon 745.34 min dollar), əsas tədarükçülər Türkiyə, Rusiya və Çindir. Tikinti, mədənçilik və sənayedə istifadə edilən nəqliyyat vasitələri üçün isə 15 066 ədəd pnevmatik rezin şin idxal edilib (3 milyon 940.12 min dollar).

Hesabat dövründə minik avtomobilləri üçün 129 ədəd, avtobus və yük avtomobilləri üçün isə 819 ədəd bərpa edilmiş şin idxal edilib. Aviasiyada istifadə üçün 681 ədəd bərpa edilmiş şin idxal olunub (840.64 min dollar).

Qeyd edək ki, 2024-2025-ci illərin statistikasına əsasən, ölkəyə il ərzində təxminən 1.8-2 milyon ədəd yeni minik və yük avtomobili şini idxal olunur. Bunun üçün hər il ölkədən kənara təxminən 100-150 milyon dollar vəsait çıxır.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1921   Tarix: 01 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan avtobus idxalını 2% azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır

16 sentyabr
.

Azərbaycan Özbəkistandan arı tədarükünü bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 326,2 min ABŞ dolları dəyərində 68 272 ədəd arı idxal edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq - 9 % çoxdur. Hesabat dövründ

3 sentyabr
.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 97,91 dollar/barel təşkil edib

Neft qiymətləri Yaxın Şərqdəki uzunmüddətli münaqişə ilə bağlı artan narahatlıqlar fonunda yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,91 dollar (0,94%) çox, 97,91 dollar/barel təşki

8 sentyabr
.

Azərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?

Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin bərpası fonunda Ermənistandan Azərbaycana məhsul idxalı da gündəmə gəlib. 2026-cı ilin martında Azərbaycana Ermənistandan ilk dəfə 960 dollar dəyərində məhsul idxal edilib, hazırda isə qarşılıqlı ticarətin genişləndirilməsi müzakirə olunur. Bəs, Ermənista

7 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr