Azərbaycan kakao idxalına çəkdiyi xərci 15 %-dən çox artırıb

Azərbaycan kakao idxalına çəkdiyi xərci 15 %-dən çox artırıbÖtən ilin yanvar-noyabr aylarında Azərbaycan 137,727 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,5 % çoxdur.

Hesabat dövründə Azərbaycandan həmçinin 12,569 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 31,1 % çoxdur.

Kakao və ondan hazırlanan məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,65 %-ni, ixrac isə ölkənin ümumi ixracının 0,05 %-ni təşkil edib.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 3,4 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 570   Tarix: 03 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Türkiyədən meyvə-tərəvəz məhsulları idxalına çəkdiyi xərci 8 %-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 6,874 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,2 % çoxdur. Təkcə apreldə Türkiyə Azərbaycana 2,399 milyo

9 may
.

"Atlant"la bağlı qalmaqal davam edir - Zərərçəkmişlər istəyinə nail ola biləcəkmi?

171 nəfərə qarşı dələduzluqda ittiham olunan Nofəl Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi iyunun ayının 9-da keçiriləcək. Qaynarinfo-ya daxil olan məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə zərərçəkmişlər dəymiş ziyanın ödənilməsi üçün "Atlant" İstirahə

22 may
.

Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi kəskin artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard 559 milyon 663 min ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 dəfə çoxdur. Son 1 ildə Azərbaycanı

7 iyun
.

Azərbaycanda nağdsız ödənişlər il ərzində 46 % artıb

Bu ilin mart ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 46 % artaraq 9 milyard 560 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 8,291 milyard manatı (86,7 %-i) elektron ticarətin payına düşüb. Ödənişləri

3 may
.

WUF13-də neçə sərnişin daşınıb?

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində "Neoplan" markalı və elektrikli avtobuslarla 179 00-ə yaxın sərnişin daşınıb. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, WUF13 çərçivəsində ümumilikdə 9 HUB,

23 may
.

Azərbaycanda şəkər istehsalı 44 %-ə qədər artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,6 min ton şəkər istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 43,7 % çoxdur. Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatları istehsalı ötən ilin eyni dövrü ilə müqayisəd

20 iyun
.

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 48 %-ə yaxın artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 43,067 milyon ABŞ dolları dəyərində polad idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 47,8 % çoxdur. Apreldə Türkiyə Azərbaycana 15,457 milyon ABŞ dolları dəyərind

9 may
.

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 13 %-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 227,468 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,5 % çoxdur. Hesabat dövründə həyat sığortası növləri üzr

3 may
.

Azərbaycanda əmlak sığortası bazarı 25 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əmlak sığortası üzrə 65,901 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 % çoxdur. Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 9,57

2 may