Keçmiş arvadının müəllim işlədiyi məktəbdə dava saldı - Həbs olundu
Ağstafada ictimai yerdə xuliqanlıq hərəkətləri edən şəxs həbs olunub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Ağstafa şəhərində yerləşən Hüseyn Arif adına musiqi məktəbində baş verib.
1980-ci il təvəllüdlü Səlim Bağırov (ad-soyadlar şərtidir) sərxoş halda oraya gələrək müəllim işləyən keçmiş həyat yoldaşı Fidan Rəhimovanı təhqir edib, məktəbin normal iş ahəngini pozaraq xuliqanlıq hərəkətlərinə yol verib.
Qadının polisə şikayət etməsindən sonra S.Bağırov polis tərəfindən saxlanılıb. Onun barəsində Ağstafa RPŞ-də inzibati protokol tərtib edilib.
İfadə verən F.Rəhimova 2 il əvvəl boşandığını, lakin keçmiş ərinin onu rahat buraxmadığını deyib: "Rəsmi şəkildə ayrılsaq da, Səlim Bağırov məni narahat edir. Sonuncu dəfə işlədiyim məktəbə gələrək haqqımda nalayiq ifadələr işlətdi, hətta məni ödürməklə hədələdi".
S.Bağırov isə ifadəsində eks-xanımı ilə barışmaq istədiyini söyləyib: "Rəsmi şəkildə boşansaq da, onunla barışmaq istəyirəm. Hadisə vaxtı sərxoş halda olmuşam, özümü təqsirli bilirəm, çox peşmanam. O mənim istəyimə qarşılıq vermədiyi üçün uca səslə söyüş söymüşəm".
Ağstafa Rayon Məhkəməsinin qərarı ilə Səlim Bağırov 7 sutkalıq inzibati həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 863 Tarix: 09 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili
31 avqustAzərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs
14 sentyabrToydan gələrkən qəzaya düşdü - Fotolar
Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl
4 sentyabrDəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl
5 avqustDTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Oxu Az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İsla
31 avqustLeyla Əhmədova həbs olundu
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta
8 sentyabrQobustanda ağır qəza - 27 yaşlı sürücü öldü
Dünən saat 23 radələrində Qobustan rayonunun Təklə kəndi ərazisində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə, sürücü 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb. Araşdırma aparılır
8 avqust