"Referans"ın dövlət qurumları ilə dərman biznesi - ARAŞDIRMA

"Referans"ın dövlət qurumları ilə dərman biznesi - ARAŞDIRMAReferans Medical Group illərdir dövlət tenderlərinin əsas "qaliblər"indən biridir. Xüsusilə milyonluq layihələr qrupa daxil olan MMC-lər vasitəsilə reallaşdırılır. Bu satınalma müqavilələrinin hansı şərtlərlə bağlandığı, niyə məhz "Referans"ın seçildiyi cəmiyyətə bəlli deyil. Çünki müqavilələr əsasən bir mənbədən imzalanır.

Qaynarinfo Teleqraf-a istinadən xatırladır ki, "Referans" fəaliyyəti dövründə ən böyük sifarişini ötən ilin sonunda alıb.

Belə ki, 2025-cü ilin sonuna yaxın Ədliyyə Nazirliyinin Tibb baş idarəsində və onun tabe qurumlarında dərman preparatlarının və sarğı materiallarının satın alınması üçün "Referans Pharmaceuticals" MMC ilə 2 milyon 580 min manat dəyərində müqavilə imzalanıb. Satınalma bir mənbədən baş tutub. Yəni "Referans Pharmaceuticals" MMC-yə hansı göstəricilərə görə üstünlük verildiyi bəlli deyil.

Ötən ilin sentyabrında "İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsin ümumi profilli tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələrinin satın alınması üçün "Referans Pharmaceuticals" ilə bağladığı müqavilə də diqqət çəkir. Publik hüquqi şəxs dərmanların alınması üçün MMC-yə 9 milyon 982 min 947,5 manat ödəyib. Müqavilənin icrasının bitmə tarixi bu ilin sentyabr ayı qeyd edilib.

Yeri gəlmişkən, bu "İnnovasiya və Təchizat Mərkəzi"nin "Referans Pharmaceuticals" ilə ilk əməkdaşlığı deyil. Publik hüquqi şəxs 2024-cü ildə də ümumprofilli müalicə müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələrinin satın alınması üçün MMC-yə 11 milyon 169 min 120,08 manat ödəyib.

"Referans"ın dövlət qurumları ilə dərman biznesi - ARAŞDIRMA"Referans Pharmaceuticals" İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin də "ən sevimlilərindəndir". Dövlət Agentliyi 2023-cü ildə "Referans Pharmaceuticals" ilə 23 milyon manat dəyərində 2 müqavilə imzalayıb. Söhbət 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına qədər tibb müəssisələri üçün 6 milyon 947 min 527,3 manat dəyərində dərman vasitələrinin, 2023-cü ilin avqustundan 2024-cü ilin eyni dövrünə qədər 15 milyon 526 min 795,63 manat dəyərindən dərman vasitələrinin alınmasından gedir.

İctimaiyyətə açıq olan məlumatlara görə, bu şirkət 2021-ci ildə Agentliyin keçirdiyi tenderlərdə 12 dəfə qalib olub.

Agentlik 2021-2022-ci illər üzrə hepatit əleyhinə dərman vasitələrinin satın alınması məqsədilə 385.860 manat, qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramına dair dərman vasitələrinin satın alınması məqsədilə 1 milyon 418 min 902,8 manat, tibb müəssisələri üçün spesifik dərman vasitələrinin satın alınması məqsədilə 1 milyon 192 min 926 manat, uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması tədbirləri üzrə dərman vasitələrinin satın alınması məqsədilə 54.143 manat, sümük iliyinin diaqnostikası üçün spesifik vasitələrin satın alınması məqsədilə 54.392 manat, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı üzrə dərman vasitələrinin satın alınması məqsədilə 134.992 manat dəyərində, "Referans Pharmaceuticals" ilə müqavilələr bağlayıb.

Bundan əlavə 2021-ci ildə talassemiya xəstəliyi ilə mübarizə tədbirlərinin icrası çərçivəsində dərman vasitələrinin və tibbi sərfiyyat mallarının satın alınması üçün keçirilən tenderdə də "Referans Pharmaceuticals"a üstünlük verilib. Müqavilənin dəyəri 1 milyon 615 min 243 manat olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi elə həmin ildə "Referans Pharmaceuticals" ilə ümumprofilli müalicə müəssisələrinin fəaliyyətində istifadə olunan əsas dərman vasitələrinin satın alınması üçün 1 milyon 417 min 475 manat, eləcə də imtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin satın alınması üçün 1 milyon 51 min 911 manat dəyərində müqavilələr imzalayıb.

"Referans"ın dövlət qurumları ilə dərman biznesi - ARAŞDIRMA"Referans" pulu əsasən COVİD-19 pandemiyası dövründə qazanıb.

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti 2020-2022-ci illərdə əməkdaşlarında COVİD-19 virusunun müəyyən edilməsi üçün "Referans"dan laborator xidmətlər satın alıb. Müqavilənin birinin dəyəri 103.663 manat, digərinin dəyəri 132.552 manat olub.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi isə "Referans"dan COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə analizlərin götürülməsi və laborator diaqnostikası xidmətlərinin satın alınmasına 2020-ci ildə 170 min (iki müqavilə), 2021 -ci ildə 248.508 manat, 2022-ci ildə 38.232 manat xərcləyib.

Sahibkarlığın İnkişafı Fondu publik hüquq şəxs də COVİD-19 virusuna qarşı test analizlərinin aparılması xidmətləri üçün MMC-yə 2021-ci ildə 43.612, 2022-ci ildə 38.615,5 manat ödəyib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində "Referans"dan 156.715,8 AZN dəyərində dərman vasitələri, eləcə də 1.180.000 AZN dəyərində tibbi sərfiyyat malları, laborator reaktivlər və sərfiyyat malları, həmçinin PCR kit dəstləri və onlara uyğun sərfiyyat malları satın alıb.

1,2,3 və 6 Saylı DOST Mərkəzləri əməkdaşlarını "Referans"da COVİD-19 xəstəliyinə səbəb olan virusun müəyyənləşdirilməsi məqsədilə test müayinəsindən keçirilməsinə 155,098 manat xərcləyiblər.

MİDA isə COVİD-19 virusu ilə əlaqədar tibbi testlərin və müvafiq analizlərin aparılması üçün 137.776,8 AZN ödəyib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2020-ci ildə COVİD-19 pandemiyası ilə bağlı müayinə-test xidmətləri satın alınması üçün "Referans" ilə 35 min manat dəyərində iki müqavilə bağlayıb.

"BakuBus" MMC-nin sürücülərinin səyyar yoxlama yerlərində və inzibati binasında tibbi baxış və alkoqol testlərinin keçirilməsi xidmətini "Referans"dan 480.024 AZN-ə satın alıb.

"Referans"ın dövlət qurumları ilə dərman biznesi - ARAŞDIRMA"Referans Pharmaceuticals" və Referans Klinik Laboratoriya Mərkəzi MMC-lər kimə məxsusdur?

Referans Medical Group bir zamanlar "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sabiq sədrinə məxsus olub. Vəzifəsindən uzaqlaşdırıldıqdan sonra biznesi əlindən alınıb. Məlumatlara görə, qrupa daxil MMC-lərin qanuni təmsilçiləri fərqli şəxslər olsa da eyni sahibkarın nəzarətindədir.

Qeyd edək ki, Referans Medical Group 2020-ci ildə pandemiyanın pik zamanında - may ayında yaradılıb. Ona qədər R.Bayramlı artıq tibb sahəsində biznesini qurmuşdu. "SPEKTR MED" (VÖEN-i 2001534811) MMC-ni alaraq, dövlət satınalmalarını həmin şirkət vasitəsilə həyata keçirirdi. Eləcə də "Referans" brendi altında dərman, labaratoriya xi

Referans Medical Group yaradıldıqdan dərhal sonra dövlət layihələrində iştirak edib.Milyonluq tenderlərin əsas qalıbı olub.

Yeri gəlmişkən, Referans Medical Group təsis edildiyi gündən qanuni təmsilçisi Elgiz Dadaşovdur.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "Referans Pharmaceuticals" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 21.10.2014-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 100 manat olan MMC-nin qanuni təmsilçisi isə Əliyev Abbas Famil oğludur.

Apardığımız ətraflı araşdırmada məlum oldu ki, MMC 21.10.2014-cü il tarixdə Heydərov İqbal Qəhrəman oğlu tərəfindən təsis edilib.

Referans Klinik Laboratoriya Mərkəzi 2014-cü ildə "Referans Pharmaceuticals"dan bir neçə gün əvvəl dövlət qeydiyyatına alınıb. Bu MMC-nin də nizamnamə kapitalı cəmi 100 manatdır. Qanuni təmsilçisi Heydərova Aytən Oktay qızıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 347   Tarix: 14 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ən çox ölüm hansı ayda olur?

Qlobal statistikaya görə, insanların həyatını itirmə halları il ərzində bərabər paylanmır və bəzi aylar digərindən daha ölümcül olur. Tədqiqatlar göstərir ki, ən çox ölüm halları qış aylarında, xüsusilə yanvar ayında qeydə alınır. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, soyuq hava, qrip, tənəffü

13 yanvar
.

Xırdalan bazarında antisanitar vəziyyət - Video

Mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsində fəaliyyət göstərən "Qar-Daş Company" MMC-yə məxsus kənd təsərrüfatı məhsullarının satış bazarında yoxlama aparıb. XALQ xəbər verir ki, baxış zamanı bazarda qid

13 yanvar
.

Naxçıvanda məktəb müəllimi vəfat etdi

Naxçıvanda məktəb müəllimi vəfat edib. -ın əldə etdiyi məlumata görə, Naxçıvan şəhər İslam Səfərli adına 1 nömrəli tam orta məktəbin coğrafiya müəlliməsi Sarabəyim Seyidova vəfat edib. Sarabəyim Seyidova bronxial astma və şəkərli diabetdən əziyyət çəkib. Onun qəfildən vəfat etdiyi bildirilir

14 yanvar
.

Xəstəxanada hamilə qadına "sabaha sağ qalsanız, müraciət edərsiniz" deyilib? - ŞOK İTTİHAM

"'Doğuş sancısı ilə məni xəstəxanaya apardılar, vaxtında yardım etmədikləri üçün bətnimdəki uşaq tələf oldu'. xəbər verir ki, bunu 'Xəzər Xəbər'ə paytaxt sakini Aytac Vahabova deyib. Qadın iddia edir ki, ötən ilin oktyabr ayında gecə saatlarında erkən doğuş ağrıları tutub, təcil

14 yanvar
.

"Yanlış tərbiyə, yanlış cəmiyyət formalaşdırır" - PSİXOLOQ

Cəmiyyətimizdə oğlan və qız uşaqları çox vaxt fərqli yanaşmalarla tərbiyə olunur. Qız uşaqlarına qarşı daha qoruyucu davranıldığı halda, oğlanlara "kişi ağlamaz", "oğlan uşağıdır, heç nə olmaz" kimi ifadələrlə böyümək təlqin edilir. Bu cür yanaşmalar uşağın duyğularını ifadə etməsinə

13 yanvar
.

Nazirlik qarla bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində yaxın günlər ərzində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, əsasən dağlıq və dağətəyi rayonlara qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, temperaturun xeyli enəcəyi, bəzi yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır

13 yanvar
.

Tanınmış kosmetoloq Elnarə Rzayeva da amnistiyaya düşdü

"Dr. Elnara" MMC-nin rəhbəri, kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində amnistiya aktı tətbiq edilib. "Teleqraf"a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə E.Rzayeva cəzadan azad edilib. Məhkəmənin hökmündə göstərilir ki, tanınmış kosmetoloq Cinayət Məcəlləsini

14 yanvar
.

Hansı məktəblər distant təhsilə keçəcək? (VİDEO)

Azərbaycanda növbəti tədris ilindən etibarən şagird sayı az olan məktəblərdə təhsilin keyfiyyətini artırmaq məqsədilə yeni tədris modeli tətbiq ediləcək. Qaynarinfo xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İTV-nin efirində "Sabah

14 yanvar
.

Bakıda sakinlər həyətlərindəki mərasim evindən şikayət etdilər

Paytaxtın Bakıxanov qəsəbəsi, Sülh küçəsinin sakinləri ərazidə yerləşən "Şah dərgahı" mərasim evindən şikayətçidirlər. Sakinlərin sözlərinə görə, burada yas mərasimləri keçirildiyi zaman məhəllədə avtomobillərin sıxlığından hərəkət etmək qeyri-mümkün olur. Vətəndaşlar məsələ ilə bağlı dəfələrl

13 yanvar