"O bağçada uşaqlara yeməyi işçilərin anaları bişirir"
"Yasamal rayonunda yerləşən 32 saylı uşaq bağçasının aşpazları qanunsuz olaraq işdən çıxarılıb. Hazırda onların əvəzinə uşaqlara yeməyi bağçada çalışan iki əməkdaşın valideynləri bişirir. Amma həmin şəxslərin nə əmrləri verilib, nə də bu işə uyğun olub-olmamaları ilə bağlı sağlamlıq arayışları var".
Bu barədə "Qafqazinfo"ya şikayət daxil olub.
İddia olunur ki, bağça rəhbərliyi aşpazları qeyri-qanuni olaraq işlərinə bərpa etmir: "İki il əvvəl bağçada işləyən aşpazlar Təhsil İdarəsinin balansından çıxarılaraq "Depot" MMC-yə işə götürüldülər. Lakin ötən il dekabrın 30-dan həmin şirkət ləğv olunub və aşpazlar yenidən bağçaya qaytarılıb. Bu halda rəhbərlik işçiləri işlə təmin etməli idi. Lakin 32 saylı bağçanın müdiri Nuranə Rzayeva nə onları işlərinə bərpa edir, nə də başqa işlə təmin edir. Əməkdaşlar işdən çıxarılanda 3 ay müddətinə üçqat kompensasiyanı verməmək üçün Əmək Məcəlləsinin 68-ci maddəsinin 2A bəndi ilə kütləvi ərizə yazdırıblar.
Aşpazlar yanvarın 5 və 6-sı əmr olmadan işləyiblər. Ondan sonrakı gün dayələr uşaqlara yemək bişirib, hazırda isə əmək müqaviləsi olmadan iki işçinin anası orada qeyri-qanuni aşpazlıq edir. İşdən çıxarılan aşpazlardan biri Vətən müharibəsi veteranının anasıdır".
Şikayətdə qeyd olunub ki, aidiyyəti qurumlara müraciət olunsa da, məsələyə laqeyd yanaşılıb, problem həllini tapmayıb.
Məsələ ilə bağlı 32 saylı uşaq bağçasına ünvanladığımız sorğuya belə cavab aldıq: "32 nömrəli körpələr evi-uşaq bağçasında kənar şəxlər tərəfindən yemək bişirilməsi iddiası əsassızdır. Əsas məqsəd uşaqların sağlamlığı, təhlükəsizliyi və keyfiyyətli qidalanmasının təmin edilməsindən ibarətdir.
Bağçanın sabiq aşpazları ilə yenidən əmək müqaviləsinin bağlanmaması onların işlədikləri müddət ərzində davamlı olaraq nizam-intizam qaydalarını və bağçanın normal iş rejimini pozmaları ilə əlaqədardır".
Dövlət Məşğulluq Agentliyindən isə sorğumuza cavab olaraq bildirildi ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi əmək qanunvericiliyinin pozulması halı hesab olunur və qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur: "Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu halların qarşısının alınması məqsədilə mütəmadi nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilir. Əmək münasibətlərinin rəsmiləşdirilməsi həm işçilərin hüquqlarının təminatı, həm də işəgötürənlərin hüquqi risklərinin azaldılması baxımından vacibdir.
Müraciətlər araşdırılarkən əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilirsə və nəticədə işəgötürən şifahi formada razılaşdırılmış əməkhaqqının ödənilməsindən yayınması halı aşkar edilirsə, işəgötürənlər barəsində AR İXM-in 192.1 maddəsinə əsasən inzibati cərimə tətbiq edilir. Bundan sonra vətəndaş qeyd olunan məsələ ilə bağlı aidiyyəti məhkəməyə müraciət edib hüquqlarının bərpası ilə əlaqədar iddia qaldıra bilər".
Xatırladaq ki, sözügedən uşaq bağçası ötən ay keyfiyyətsiz ət məhsullarından istifadə iddiaları ilə bağlı gündəmə gəlmişdi. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bağçada yoxlama aparılsa da, hər hansı uyğunsuzluq aşkarlanmamışdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1445 Tarix: 13 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabrBoşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll
19 sentyabrAzərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger
20 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrPensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ
19 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabrDərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI
Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb
19 sentyabrƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək
Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav
20 sentyabr