İrandan Azərbaycana gətirilən malların qiyməti bahalaşacaq? - AÇIQLAMA
Hazırda İranda baş verən proseslər həm daxili sabitlik, həm də region ölkələri ilə münasibətlər baxımından diqqətlə izlənilir. Ölkə daxilində siyasi, iqtisadi və sosial gərginliyin artması, beynəlxalq müstəvidə isə sanksiyalar, diplomatik təzyiqlər və regional təhlükəsizlik məsələləri İranın ümumi vəziyyətinə ciddi təsir göstərir. Xüsusilə enerji, maliyyə və ticarət sahələrində yaranan çətinliklər ölkənin ixrac imkanlarını zəiflədir, logistika və tədarük zəncirlərində fasilələrə səbəb olur.
Bununla yanaşı, regionda baş verən geosiyasi proseslər və mümkün eskalasiya ehtimalları da İran ətrafında qeyri-müəyyənliyi artırır. Mövcud vəziyyət təkcə İranın daxili bazarına deyil, eyni zamanda onunla sıx ticarət əlaqələri olan qonşu ölkələrə, o cümlədən Azərbaycana da birbaşa və dolayı təsirlər göstərmək potensialına malikdir. Məhz bu baxımdan İranda baş verən proseslərin inkişaf dinamikası regional iqtisadi sabitlik üçün mühüm amil kimi qiymətləndirilir.
Bəs görəsən mövcud vəziyyət İrandan Azərbaycana gətirilən malların qiymətlərinin bahalaşmasına təsir edəcək?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Sonxeber.az -a açıqlama verib:
"Mövcud vəziyyət fonunda İrandan Azərbaycana gətirilən malların idxalında ciddi problemlər yarana bilər. Bu problemlər təkcə logistika və tədarük zənciri ilə məhdudlaşmır, eyni zamanda həmin məhsulların qiymətlərində də bahalaşmaya səbəb ola bilər.
İrandan idxal olunan məhsulların bazarda əsas üstünlüyü onların nisbətən ucuz olmasıdır. Məhz bu səbəbdən bir çox sahibkar və istehlakçı üçün İran məhsulları alternativ bazarlara nisbətən daha əlverişli hesab olunur. Lakin İrandan mal gətirilməsində çətinliklər yaranarsa, istər-istəməz alternativ bazarlara üz tutmaq lazım gələcək ki, bu da əlavə xərclər deməkdir.
Məsələn, eyni məhsulun Türkiyə kimi alternativ ölkələrdən idxalı daha baha başa gəlir. Bu fərq həm nəqliyyat xərcləri, həm də məhsulun maya dəyəri ilə bağlıdır. Nəticə etibarilə, alternativ bazarlardan gətirilən mallar daxili bazarda qiymətlərin ümumi artımına səbəb ola bilər.
Bütün bu proseslərin hansı istiqamətdə inkişaf edəcəyi isə birbaşa olaraq İranda baş verən hadisələrin nə qədər davam edəcəyindən, vəziyyətin gərginləşib-gərginləşməyəcəyindən və ya nisbətən sakitləşəcəyindən asılı olacaq. Mövcud qeyri-müəyyənlik isə bazarda həm sahibkarlar, həm də istehlakçılar üçün risk faktorunu artırır'.
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 33,1 milyard manat olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin yanvar-may aylarına nisbətən rea
20 iyunAzərbaycan Hindistandan kömür idxalını bərpa edib
Bu ilin I rübündə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 5 min 438 ton kömür (antrasit, bitumlaşmış və digər) idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 84 %, kəmiyyə
6 iyun"BP-Azerbaijan"da yerli işçilərin sayı açıqlanıb
Bu ilin ikinci rübünün yekununda BP şirkətində fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının ümumi sayı 2 363 nəfər təşkil edib. Report-a istinadən xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin əməliyyatçılar adından cari ilin birinci yarımilinin nəticələrinə dair yaydığı biznes hesabatınd
6 avqustAzərbaycanda mis məftil istehsalı 6 dəfəyə yaxın artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,5 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 dəfə çoxdur. Bu il iyunun 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb. Xatırlada
28 iyunQızılın qiyməti 4150 dolları keçdi
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiymətində artım qeydə alınıb. Qaynarinfo birja məlumatlarına istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisədə 0,5% artaraq 4150,5 ABŞ dollarına yüksəlib. Qiymətli metallar bazarında gümüş də bahalaşıb
27 iyulSahibkarlara ŞAD XƏBƏR: Bu xərclərdən azad olunacaqsınız
Qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması dövlətin iqtisadi siyasətində əsas prioritet istiqamətlərdən biri kimi ön plana çıxır. Bu çərçivədə Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə gömrük rəsmiləşdirilməsi xərclərini
4 avqustAzərbaycan manatının nominal və real effektiv məzənnələri apreldə azalıb
Bu il mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,9 bənd təşkil edib. "Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1 bənd az, ilin əvvəli ilə müqayisədə 0,4 bənd çox, ötən ilin mayın 1-nə nisbətən 1,
30 mayAzərbaycanda şəkər istehsalı 44 %-ə qədər artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,6 min ton şəkər istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 43,7 % çoxdur. Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatları istehsalı ötən ilin eyni dövrü ilə müqayisəd
20 iyun