İqbal Məmmədovun "Lerik Broyler"i fəaliyyətini dayandırdı - Səbəb nədir?
Milli Məclisin VI çağırış deputatı olmuş İqbal Məmmədova məxsus "Lerik Broyler" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb.
Qaynarinfo-nun məlumatına görə, İqbal Məmmədov deputat mandatını itirdikdən sonra onun digər biznes layihələri ilə yanaşı, "Lerik Broyler" MMC-də də ciddi maliyyə problemləri yaranıb.
Şirkət bir neçə aydır fəaliyyət göstərmir. Bildirilir ki, işçilər uzun müddətdir əmək haqlarını ala bilmirlər.
Aparılan araşdırmaya əsasən, MMC-nin Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə 255 340,07 manat vergi borcu mövcuddur.
Məlumata görə, İqbal Məmmədovun qardaşı oğlu Orxan Nərimanlı direktor vəzifəsindən azad edilib. Bir neçə ay əvvəl "Lerik Broyler" MMC-nin direktoru vəzifəsinə Emil Şiriyev təyin olunub.
Məsələ ilə bağlı "Lerik Broyler" MMC-nin Emin adlı nümayəndəsi ilə əlaqə saxladıq. Onun şirkətin İqbal Məmmədovla əlaqəsi barədə suala belə reaksiya verdi:
"Sizə nə dəxli var? Şirkət İqbal Məmmədovdan çıxıb, ya çıxmayıb. İşçilərə əmək haqqı verilməməsi ilə bağlı məsələnin də ağsaqqala heç bir aidiyyatı yoxdur. İqbal Məmmədovun qardaşı oğlu Orxan Nərimanlının da ona bağlılığı yoxdur. Axmaq-axmaq danışırsız. 8 aydır "Lerik Broyler" işləmir. Siz şirkətin niyə işləməməsi barədə maraqlanın".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan nefti kəskin ucuzlaşdı
Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini
20 iyul 2021"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək
"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"
25 avqust 2021Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA
Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların
15 may 2021İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır
İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind
13 iyul 2021Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO
Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad
3 sentyabr 2021Bitkoin yenə bahalaşdı
Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub
8 avqust 2021İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ
Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun
12 iyul 2021