"Alibaba Game Lounge" restoranı reklama görə cəzalandı

"Alibaba Game Lounge" restoranı reklama görə cəzalandıBakı şəhərində fəaliyyət göstərən "Alibaba Game Lounge" restoranı cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, obyektin sahibi Mübariz Şərifov barəsində reklam qanunvericiliyinin pozulmasına görə inzibati xəta protokolu tərtib edilib.

Bildirilib ki, açıq məkanda reklam yerləşdirilməsi üçün müvafiq icazə alınmadığından İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun şəkildə məlumatlandırılmasına baxmayaraq, Mübariz Şərifov iclasa qatılmayıb. Araşdırma zamanı məlum olub ki, sahibkar "Alibaba Game Lounge" adlı obyektin üzərində icazə olmadan açıq məkanda reklam yerləşdirib.

Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, sözügedən maddəyə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan və ya icazə şərtlərini pozmaqla reklam yerləşdirilməsinə görə fiziki şəxslər 300-500 manat, vəzifəli şəxslər 1500-2500 manat, hüquqi şəxslər isə 5 000-10 000 manat məbləğində cərimə olunur.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 662   Tarix: 27 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

WUF13 üçün Bakıda 42 kilometrlik yaşıl nəqliyyat zolaqları yaradılıb

WUF13 çərçivəsində Bakıda 42 kilometrlik yaşıl nəqliyyat zolaqları salınıb. xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi ilə əlaqədar Bakı şəhərində xüsusi nəqliyyat infrastrukturu yaradılıb. Bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslano

5 may
.

Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb

Bu il aprelin 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,9 bənd təşkil edib. "Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 2,1 bənd, ilin əvvəli ilə müqayisədə 1,4 bənd, ötən ilin aprelin 1-nə nisbətən 2 bən

2 may
.

Müslüm Cabbarzadə nazir müavini TƏYİN EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinə yeni müavin təyin olunub. Qurumun mətbuat xidmətindən -a verilən məlumata görə, bu vəzifəyə Müslüm Əli oğlu Cabbarzadə gətirilib. Bildirilib ki, M.Cabbarzadə bundan əvvəl Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətind

16 aprel
.

Qızılın dünya bazarında qiyməti yüksəlib

Dünya birjalarında qızılın bu günə olan qiyməti yüksək səviyyədə ticarət olunub. Son göstəricilərə əsasən, qızılın bir unsiyası təxminən 7920-7950 ABŞ dolları intervalında dəyişib. Yerli bazarda isə 1 qram 99 əyarlı qızılın qiyməti 254,69-255,61 manat arasında qeydə alınıb. xəbər verir ki, qızılın bahalaşmas

6 aprel
.

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu il ərzində 9 %-ə yaxın artıb

Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 2,5 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,4 %, ilin əvvəli ilə müqayisədə 0,2 %, ötən il martın 1-nə nisbətən isə 8,8 % çoxdur. Kredit qoyuluşunu

4 aprel
.

Abdin Fərzəliyev jurnal satan şirkətdən 96 000 manatlıq ət alır

Abşeron Rayon İcra Hakimiyyəti "Premyer Prodakşin" şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Qaynarinfo xəbər verir ki, qurum şirkətdən Qurban bayramı ilə əlaqədar bayram sovqatları almağı planlaşdırır. Buna görə şirkətə 96 00 manat ödəniləcək. Bayram sovqatları Abşeron rayonu ərazisind

18 aprel
.

Azərbaycandan Ermənistana buğda göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək. Qaynarinfo xəbər verir ki, bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə 5 vaqon buğda Ermənistan Respublikasına yola salınacaq

24 aprel
.

Azərbaycan gips və anhidrit istehsalını 53 %-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 178,1 min ton gips və anhidrit istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,4 % çoxdur. Bu il aprelin 1-nə ölkədə 105,1 min ton hazır məhsul ehtiyatı olub. Xatırladaq ki

25 aprel
.

Azərbaycanda əmlak sığortası bazarı 25 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əmlak sığortası üzrə 65,901 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 % çoxdur. Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 9,57

2 may