Eyni məhsul müxtəlif marketlərdə fərqli qiymətə: Qanun nə deyir? - AÇIQLAMA
Son dövrlər eyni markaya və eyni xüsusiyyətlərə malik məhsulların müxtəlif market şəbəkələrində ciddi qiymət fərqləri ilə satılması istehlakçılar arasında narazılıq və suallar yaradıb. Bəzən bir məhsulun qiyməti bir marketdə daha münasib olduğu halda, başqa satış nöqtəsində xeyli baha təklif olunur. Bu vəziyyət bazarda rəqabət mühitinin, qiymət formalaşması mexanizmlərinin və nəzarət mexanizmlərinin effektivliyi ilə bağlı müzakirələri gündəmə gətirir.
Bəs, eyni məhsulun müxtəlif marketlərdə fərqli qiymətlərlə satılmasının əsas səbəbləri nələrdir və bu vəziyyət bazar iqtisadiyyatı çərçivəsində normal hesab edilirmi, yoxsa burada süni qiymət artımı və ya rəqabət pozuntusu riski mövcuddur?
Mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli danışıb.
O, açıqlamasında qeyd edib ki, pərakəndə satışda dövlət tərəfindən tənzimlənən qiymətlər mövcud deyil:
"Yəni, eyni məhsul bir marketdə baha, digərində ucuzdursa, bu, tamamilə normal haldır: insanlar ucuz satandan alacaq, daha baha satan isə ziyan edəcək. Qanunvericilik baxımından bu, heç bir problem yaratmır. Pərakəndə satışda müxtəlif qiymətlərin tətbiqi tamamilə mümkündür. Satıcıların əsas öhdəliyi isə qazancından vaxtında vergi ödəməkdir. Ərzaq məhsulları sahəsində isə vəziyyət fərqlidir: insan sağlamlığı ilə bağlı hər hansı problem yarandıqda satıcılar ciddi məsuliyyət daşıyırlar. Qiymətlə bağlı isə hər hansı məhdudiyyət yoxdur. Əksinə, daha rəqabətli mühit formalaşmalıdır. Qiymət fərqləri açıq olduqda vətəndaş ucuz və keyfiyyətli məhsul seçmək imkanına malik olur, bu isə digər satıcıları daha sərfəli qiymət təklif etməyə təşviq edir və bazarda sağlam rəqabət yaradır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan nefti kəskin ucuzlaşdı
Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini
20 iyul 2021"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək
"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"
25 avqust 2021Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA
Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların
15 may 2021İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır
İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind
13 iyul 2021Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO
Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad
3 sentyabr 2021Bitkoin yenə bahalaşdı
Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub
8 avqust 2021İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ
Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun
12 iyul 2021