Evlilik təklifi olduğunu düşünürdü, gerçək tamam fərqli imiş - VİDEO
Türkiyədə Kocaelispor azarkeşləri komandanın baş məşqçisi Səlcuk İnan üçün 41-ci doğum günündə sürpriz hazırlayıblar.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Səlcuk İnan ailəsi ilə birlikdə İstanbulda restoranda axşam yeməyi yeyərkən, təxminən 30 nəfərlik azarkeş qrupu dəniz tərəfdən qayıqlarla məkana yaxınlaşıb. Məşəllər yandıran və şüarlar səsləndirən azarkeşlər əvvəlcə məşqçini çaşdırıblar. Bildirilir ki, İnan baş verənləri əvvəlcə evlilik təklifi mərasimi hesab edib və reaksiya verməyib. Lakin həyat yoldaşının yönləndirməsindən sonra sürprizin onun üçün təşkil olunduğunu anlayıb.
Azarkeşlər "41 yaşında Kocaelisporun baş məşqçisi olmaq hər kəsə nəsib olmaz", "Yaxşı ki, doğuldun" kimi şüarların yer aldığı pankartlar hazırlayıblar. Səlcuk İnan üçün yaşıl-qara rənglərdə tort kəsilib, xüsusi bəstələnmiş mahnı səsləndirilib.
Duyğusal anlar yaşayan İnan bunun həyatında aldığı ən gözəl sürprizlərdən biri olduğunu bildirib və azarkeşlərə təşəkkür edib. Azarkeş nümayəndələri isə 41 yaşında bu vəzifədə olmağın xüsusi məna daşıdığını vurğulayaraq ona uğurlar arzulayıblar.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 621 Tarix: 12 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arvadına dediyi tək kəlimə başına dərd oldu
Türkiyənin Yargıtay 2-ci Hüquq Dairəsi boşanma işi üzrə mühüm qərar qəbul edib. xarici mediaya istinadla xəbər verir ki, məhkəmə arvadına "eşşəksən, heyvansan" deyərək təhqir edən kişinin daha ağır təqsirli olduğuna qərar verib. Şiddətli fikir ayrılığı yaşayan ər-arvad qarşılıqlı şəkildə boşanm
17 sentyabrQuru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir
"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi
15 sentyabrTelevizorun qarşısında yatanlara BƏD XƏBƏR - Ürəyiniz təhlükədədir
Televizoru açıq saxlayaraq yatmaq yuxunun keyfiyyətini poza və ürək-damar sisteminə əlavə yük yarada bilər. xarici mediaya istinadən xəbər verir ki, kardioloqlar gecə televizor qarşısında yatmaq vərdişindən imtina etməyi məsləhət görürlər. Mütəxəssislərin sözlərinə görə, yuxu zamanı orqanizm, o cümlədə
14 sentyabrSaatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər
"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib. Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zaman
14 sentyabrYatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric
17 sentyabrƏn sakit itlər hansılardır? Demək olar ki, hürmürlər
Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini
15 sentyabr