Alimlərdən həyəcan təbili: Şimal yarımkürəsində buzlaqlar sürətlə əriyir
Planetdə baş verən iqlim proseslərini izləmək üçün mühüm göstərici hesab olunan Şpitsbergendəki Aldeqonda buzlağının növbəti 30 il ərzində tamamilə əriyəcəyi proqnozlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun alimlərinin araşdırmalarına əsasən qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, son beş il ərzində Şpitsbergen arxipelaqında yerləşən Aldeqonda buzlağının səthindən 10 metr su ekvivalenti həcmində kütlə itib. Hazırda buzlağın orta qalınlığı 39 metrə qədər azalıb.
Buzlaq kütləsinin kəskin azalması hava temperaturunun yüksəlməsi ilə əlaqələndirilir. Qeyd olunur ki, son illərdə Arktikada müşahidələr tarixində ən isti illərdən bir neçəsi qeydə alınıb. Nəticədə buzlaq rekord səviyyədə mənfi kütlə balansına çatıb.
Alimlərin fikrincə, kütlə itkisinin mövcud tempi davam edərsə, 30 ildən sonra buzlaq tamamilə yox ola bilər.
Hesablamalara əsasən, Aldeqonda buzlağı artıq ümumi kütləsinin təxminən 20 faizini itirib.
İnstitutun əməkdaşı Anton Terexov bildirib ki, son onillikdə buzlaq kütləsini misli görünməmiş sürətlə itirir və bu, Arktikada qeydə alınan rekord istilərlə üst-üstə düşür:
"Bu dövr Arktikada iqlim müşahidələri tarixinin ən isti illərindən bəzilərinə təsadüf edib. Aldeqonda buzlağının, eləcə də ümumilikdə Şpitsbergen buzlaqlarının kütlə balansı maksimum mənfi səviyyəyə çatıb".
Onun sözlərinə görə, Aldeqonda buzlağı planetdə baş verən irimiqyaslı iqlim proseslərinin indikatoru kimi çıxış edir. Bu buzlağın müşahidəsi alimlərə Şimal yarımkürəsində gedən iqlim dəyişikliklərini izləməyə imkan verir.
Terexov əlavə edib ki, buzlaqlar hazırda kütlələrini misli görünməmiş sürətlə itirirlər. İqlim rekonstruksiyalarına görə, Şpitsbergendə buzlaqların bu cür azalması son dörd min il ərzində hətta mamontların yaşadığı dövrdə belə müşahidə olunmayıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 823 Tarix: 13 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabrRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabr5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?
Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama
8 noyabrQaralan kafel aralarını evdəki tək materialla təmizləyin
Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər
14 noyabrGöbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?
Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal
12 noyabrTelefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...
Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə
14 noyabrPeçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11 noyabr