ABŞ-də yaşayan tutuquşu öz növünün ən yaşlı nümayəndəsi seçildi
ABŞ-də yaşayan və "Sonni" ləqəbi ilə tanınan korella növlü tutuquşu xarici görünüşünə görə həmcinslərindən fərqlənməsə də, o, hazırda dünyanın ən yaşlı tutuquşusu hesab olunur.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, "Nymphicus hollandicus" növünə aid olan bu erkək quşun bu günlərdə 33 yaşı tamam olub.
Bir qayda olaraq, korellalar təxminən 10-15 il yaşayırlar, buna görə də "Sonni"nin yaşı nadir hal hesab olunur. Rekordun qeydiyyata alındığı anda tutuquşunun yaşı 32 il 292 gün idi. Tezliklə, 2026-cı il yanvarın 10-da "Sonni"nin sahibləri onun 33 yaşını qeyd ediblər.
Quşun sahibi Canet Rayxer hesab edir ki, "Sonni"nin uzun və xoşbəxt yaşamasının sirri düzgün qidalanma və insanlarla sıx ünsiyyətdədir:
"Mən onun üçün xüsusi maffinlər bişirirəm. Rasionuna tərəvəzlər, toyuq əti, yumurta, çörək, makaron və kartof daxildir. Təmizlik və diqqət onun gümrah qalmasına kömək edir".
"Sonni" kifayət qədər zəkalı quşdur. Cavanlıq illərində o, çox sayda söz bilir və mahnı melodiyalarını əzbər ifa edirdi. Xüsusilə "Endi Qriffitin şousu"nun musiqisini fitlə ifa etməyi çox sevirdi. Sahibi Canet qeyd edir ki, əvvəllər birlikdə duet oxusalar da, hazırda qoca tutuquşu daha çox "boşboğazlıq" etməklə kifayətlənir.
Hazırda rekordçu quş vaxtının çoxunu istirahətə və gizli məkanlarda mürgüləməyə sərf edir. Ailə üzvləri inanırlar ki, "Sonni" 2027-ci ildə özünün 34 yaşını da qeyd edəcək.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 549 Tarix: 13 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrNeptunun o tayında 27 naməlum obyekt aşkarlandı
"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə
15 sentyabrBeyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi
19 sentyabrİdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil
"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu
14 sentyabrQorxulu yuxuların səbəbi - Açıqlandı
İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində
18 sentyabrTelefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19 sentyabrBu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20 sentyabrEv yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20 sentyabrArvadına dediyi tək kəlimə başına dərd oldu
Türkiyənin Yargıtay 2-ci Hüquq Dairəsi boşanma işi üzrə mühüm qərar qəbul edib. xarici mediaya istinadla xəbər verir ki, məhkəmə arvadına "eşşəksən, heyvansan" deyərək təhqir edən kişinin daha ağır təqsirli olduğuna qərar verib. Şiddətli fikir ayrılığı yaşayan ər-arvad qarşılıqlı şəkildə boşanm
17 sentyabr