Ərp tutmuş çaydanı GÜZGÜ KİMİ EDİR - Ləkələri bir saniyədə çıxarmağın ƏN UCUZ YOLU
Mətbəxdə hər gün istifadə etdiyimiz çaydanların bir müddət sonra içərisi ərp bağlayır, çölü isə ilkgünkü parlaqlığını itirir. Bu həm göz zövqümüzü oxşamır, həm də dəmlənən çayın dadını tamamilə dəyişir. Əslində dükandan alınan kimyəvi təmizləyicilərə ehtiyacı yoxdur, çünki mətbəxdəki sadə ərzaqlarla da çaydanı əvvəlki halına qaytarmaq mümkündür.
Demorkat.az xəbər verir ki, ən çox işə yarayan yollardan biri sirkə və duz qarışığıdır. Çaydana bir xörək qaşığı duz və bir stəkan sirkə töküb, üzərinə su əlavə edərək 10-15 dəqiqə qaynatmaq lazımdır. Su qaynadıqca dibdəki kalsium qalıqlarının necə yumşalıb əridiyini özünüz görəcəksiniz. Sonda təmiz su ilə yaxalamaq kifayətdir.
Əgər evdə limon duzu varsa, bu da ərpi təmizləmək üçün ideal variantdır. Bir xörək qaşığı limon duzunu su ilə birgə qaynatmaq həm polad, həm də emallı çaydanları içəridən tərtəmiz edir. Yanıq izləri və daha dərin qaralmalar üçün isə iri duzla sirkəni qarışdırıb çaydanın həm içini, həm də çölünü sürtmək olar. Xüsusən odun təsirindən qaralan alt hissələr bu üsulla yenidən işıldayır.
Bir az daha aktiv reaksiya istəyənlər üçün karbonat və sirkə cütlüyü köməyə çatır. Bu iki vasitə bir araya gələndə köpüklənərək ərpi yerindən oynadır. Matlaşmış metal səthi parlatmaq üçün isə limon qabığından istifadə etmək olar. Limonun qabığı ilə çaydanın xaricini ovub, bir az gözlədikdən sonra quru əski ilə silmək metalı güzgü kimi edir.
Köhnə nəsildən qalan alma və kartof qabığı üsulu da hələ də öz effektini itirməyib. Qabıqları su ilə birlikdə 10 dəqiqə qaynatmaq çaydanın metalını canlandırır. Əslində bütün bu zəhmətlərə qatlaşmamaq üçün hər istifadədən sonra çaydanı qurutmaq və həftədə bir dəfə limon duzu ilə profilaktik qaynatmaq kifayət edir ki, o illərlə öz yeniliyini qorusun.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 751 Tarix: 15 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ən sakit itlər hansılardır? Demək olar ki, hürmürlər
Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini
15 sentyabrİnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq
Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət
17 sentyabrQış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19 sentyabrİdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil
"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu
14 sentyabrYatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric
17 sentyabrGecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20 sentyabrSiqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI
15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə
17 sentyabrTelevizorun qarşısında yatanlara BƏD XƏBƏR - Ürəyiniz təhlükədədir
Televizoru açıq saxlayaraq yatmaq yuxunun keyfiyyətini poza və ürək-damar sisteminə əlavə yük yarada bilər. xarici mediaya istinadən xəbər verir ki, kardioloqlar gecə televizor qarşısında yatmaq vərdişindən imtina etməyi məsləhət görürlər. Mütəxəssislərin sözlərinə görə, yuxu zamanı orqanizm, o cümlədə
14 sentyabrNeptunun o tayında 27 naməlum obyekt aşkarlandı
"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə
15 sentyabr