Psixoloqa maraqlı sual: "Ərim Sevgililər Günündə mənlə birgə 8 qadına eyni hədiyyəni göndərib" - VİDEO
Məşhur türk psixoloq Esra Ezmeci sosial mediada ünvanlanan bir sual qarşısında təəccübünü gizlədə bilməyib. Bir izləyicisinin həyat yoldaşının Sevgililər Günündə keçmiş həyat yoldaşları və sevgililəri də daxil olmaqla ümumilikdə 8 qadına eyni hədiyyəni aldığını bildirməsi üzərinə danışan Ezmeci bu davranışı açıq şəkildə "sədaqətsizlik" kimi qiymətləndirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sual ünvanlayan qadın bildirib ki, əri Sevgililər Günündə ona, iki keçmiş həyat yoldaşına və keçmiş sevgililərinə olmaqla ümumilikdə 8 nəfərə eyni hədiyyəni göndərib. Bu etiraf həm Ezmecini, həm də sosial media istifadəçilərini heyrətə salıb.
Hadisəni qəti ifadələrlə dəyərləndirən Esra Ezmeci keçmiş partnyorlara hədiyyə göndərilməsinin sadə nəzakət jesti kimi qəbul edilə bilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, bu davranış bitməmiş emosional bağların göstəricisidir.
"Hamını eyni tərəziyə qoymaq, mövcud həyat yoldaşını dəyərsizləşdirməkdir", - deyə bildirən psixoloq xüsusi bir gündə keçmiş həyat yoldaşı və sevgililərə hədiyyə alınmasının həm indiki münasibətə, həm də qarşı tərəflərin həyatındakı yeni insanlara qarşı hörmətsizlik olduğunu qeyd edib.
Ezmeci əlavə edib ki, "Keçmişlə bağını qoparmağı bacarmayan insan sağlam münasibət qura bilməz". O, izləyiciyə həyat yoldaşına münasibətini açıq şəkildə bildirməyi tövsiyə edib və Sevgililər Günü kimi sevgi ilə bağlı bir gündə 8 nəfərə eyni hədiyyə göndərilməsinin açıq şəkildə sədaqətsizlik kimi qiymətləndirilməli olduğunu deyib.
Məşhur psixoloqun bu açıqlamaları qısa zamanda sosial mediada geniş müzakirələrə səbəb olub və çoxsaylı istifadəçi məsələ ilə bağlı fikirlərini bölüşüb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1702 Tarix: 16 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər LED lampaların yuxu rejimi və psixikaya zərərlərini açıqladılar
Amerikalı alimlərin rəhbərlik etdiyi beynəlxalq psixiatrlar qrupu parlaq diod (LED) lampaların psixi sağlamlıq üçün yarada biləcəyi təhlükələr barədə xəbərdarlıq ediblər. Mütəxəssislərin sözlərinə görə, bu cür işıq mənbələrindən gələn güclü mavi işıq melatonin hormonunun ifrazını ləngidir. Bu da öz növbəsind
10 sentyabrSaç qaynağının gizli təhlükəsi: Keçəlləşməyə səbəb ola bilər
Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbii yolla tökülsə də, bərkidilmə yerlərində qaldığı üçün bu, hiss olunmur. Müvafi
13 sentyabrBeyni yoxdur, amma öyrənir: Alimləri heyrətləndirən sirli canlı
Beyni və sinir sistemi olmayan bir canlının öyrənməyə və problem həll etməyə bənzər davranışlar nümayiş etdirməsi elm dünyasında ciddi müzakirələrə səbəb olub. Qaynarinfo Haber Global-a istinadən xəbər verir ki, söhbət Physarum polycephalum adlı selikli kifdən gedir. Bu canlı beyni və sinir sistemi olmamasın
9 sentyabr1 kiloqramı 40 manata satışa çıxdı - Görənlər inanmır...
Payızın ən faydalı və vitaminlərlə zəngin meyvələrindən biri olan narın qiyməti diqqət çəkir. Meyvəli/Wolt platformasında adi narın 500 qramı 18,90 manata təklif olunur. Bu isə hesablamaya görə 1 kiloqram narın qiymətinin 37,80 manat olduğunu göstərir. Eyni zamanda, satışda dənələnmiş narın 1 kiloqram
13 sentyabrKöməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ
Rusiyanın Buryatiya Respublikasının Cida rayonunda kişi oğlunu ayının hücumundan xilas etməyə çalışarkən səhvən güllələyib. yerli mediaya istinadla bildirir ki, hadisə oğul qoyun sürüsünü meşədən uzaqlaşdırmağa çalışarkən baş verib. Bu zaman meşədən çıxan ayı çobana hücum edib. O, qışqıraraq kömək istəyi
13 sentyabrTeleaparıcı kral oldu: Uqandada qeyri-adi hadisə
Uqanda Dövlət Yayımları Korporasiyasının (UBC) məşhur aparıcısı, şahzadə Edvard Rukidi Kidzananqoma ölkə ərazisində yerləşən Toro krallığının yeni hökmdarı elan edilib. bu barədə "Africanews" telekanalına istinadən xəbər verir. Teleaparıcı Toro Vərəsəlik Komitəsinin qərarı ilə kral olub. O
11 sentyabrBir ev puluna bütün kəndi satın aldı
ABŞ-li sahibkar Jason Lee Beckwith İspaniyanın Zamora əyalətində 37 ildir heç kimin yaşamadığı Salto de Castro kəndini 310 min avroya satın alıb. xarici mediaya istinadla xəbər verir ki, satış nəticəsində sahibkar yalnız kəndin torpaqlarına deyil, ərazidə yerləşən çoxsaylı tikililərə də sahib olub. Kəndd
14 sentyabr