iPhone, iPad və iPod-da "i" hərfinin mənası nədir?
Apple istifadəçilərinin çoxu iPhone, iPad və iPod kimi cihazların adındakı kiçik "i" hərfinin mənası barədə ciddi düşünməyib. İllər boyu müxtəlif ehtimallar irəli sürülüb. Bəziləri bunun ağıllı və ya əvəzolunmaz sözlərini ifadə etdiyini düşünürdü. Digərləri isə "i" hərfini ingiliscə "I" - yəni mənim mənasında məhsulların şəxsi xarakterini vurğulayan simvol kimi qəbul edirdi. Lakin həqiqət daha sadədir.
Lent.az xəbər verir ki, "Apple"nin həmtəsisçisi Stiv Cobs hələ 1998-ci ildə izahına görə məşhur "i" hərfi daha çox o dövr üçün Apple texnologiyalarında əsas olan anlayışa, internetə işarə edir.
Məhz internetə asan çıxış "iMac"in yaradılmasında əsas ideya idi. "Apple"nin "i" prefiksi ilə təqdim etdiyi ilk məhsul da elə iMac olmuşdu. Daha sonra bu yanaşma iPhone, iPod və iPad adlarında da davam etdirildi.
Bununla yanaşı, "i" hərfi bir neçə anlayışı da simvolizə edirdi: fərdilik, öyrətmək, məlumatlandırmaq və ilham vermək. Bu anlayışlar "Apple"nin fəlsəfəsini əks etdirsə də, hərfin rəsmi və tək bir izahı heç vaxt təsdiqlənməyib.
Sosial şəbəkələrdə Apple istifadəçiləri bu açıqlamaya təəccübləndiklərini etiraf ediblər. Bir çoxları "i" hərfinin iOS-la əlaqəli olduğunu və ya məhsulun "mənim telefonum" kimi şəxsi mənanı ifadə etdiyini düşünürdü. Halbuki, hər şey "Apple"nin 1990-cı illərin sonlarında internet bağlantısını əsas üstünlük kimi önə çıxarmaq istəyi ilə başlayıb. Həmin dövrdə bu, fərdi cihazlar üçün inqilabi yenilik sayılırdı.
"iPhone"nin ilk versiyası Apple tərəfindən 2007-ci ilin yanvarında təqdim olunmuşdu və bu konsepsiyaya tam uyğun idi: cihaz telefon, musiqi pleyeri və internet terminalını bir arada birləşdirirdi.
O vaxtdan bəri iPhone xətti 17-ci nəsilə qədər inkişaf edib və dünya üzrə ümumi satışlar 3 milyard ədədi keçib. Bu da "i" prefiksinin təsadüfi seçim olmadığını bir daha göstərir.
Məlumata görə, 2026-cı il Apple üçün yenə də olduqca aktiv il olacaq. Şirkətin ilin sonuna qədər 20-dən çox yeni məhsul təqdim etməyi planlaşdırdığı bildirilir və onların böyük hissəsinin ilk yarımildə elan ediləcəyi gözlənilir.
2026-cı ilin ilk yeniliyi isə əşyaların tapılması üçün nəzərdə tutulan "AirTag"in yeni nəsli olub. Adapter və şarj cihazlarını nəzərə almasaq, bu, "Apple"nin ən əlçatan qiymətli cihazlarından biri sayılır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1127 Tarix: 16 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19 sentyabrGecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20 sentyabrAlimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrİdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil
"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu
14 sentyabrÇox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrBu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabrPlastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?
Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy
15 sentyabr