Hokinq 10 il əvvək dünyaya xəbərdarlıq etmişdi: Onun sözləri hələ də alimləri narahat edir

Hokinq 10 il əvvək dünyaya xəbərdarlıq etmişdi: Onun sözləri hələ də alimləri narahat edirMəşhur astrofizik Stiven Hokinq bəşəriyyətin üzləşdiyi ekzistensial təhlükələr barədə açıq danışırdı. O, bir dəfə səsləndirdiyi ciddi xəbərdarlıqla bu gün də narahatlıq doğurur.

Qayanrinfo xəbər verir ki, bu barədə BGR yazır.

Hokinq bəşəriyyəti nə barədə xəbərdar etmişdi?

Nəşr xatırladır ki, Hokinq 2016-cı ildə Oksford Universitetində etdiyi çıxışında bildirmişdi: "Bu il Yer planetində fəlakət ehtimalı kifayət qədər aşağı ola bilər, lakin zaman keçdikcə bu ehtimal artır və növbəti 1000 və ya 10 000 il ərzində demək olar ki, qaçılmaz olur".

Alim əlavə etmişdi ki, çox güman ki, həmin vaxta qədər insanlar digər planetləri və hətta ulduzları kolonizasiya edəcəklər, buna görə də Yer üzündə baş verəcək fəlakət bəşər nəslinin sonu demək olmayacaq.

Nəşrdə qeyd olunur ki, Hokinqin dünyanın sonu ilə bağlı proqnozu və bunun həlli kimi kosmosun kolonizasiyası ideyası müasir kosmik yarışın əsasını təşkil edən müəyyən ritorikanı əks etdirir. Xüsusilə, İlon Mask və Ceff Bezos kimi milyarderlər də oxşar fikirləri səsləndirirlər.

Bundan əlavə, nəşr vurğulayır ki, 2026-cı ilin yanvarında "Qiyamət saatı" 79 illik tarixində ən qaranlıq bəyanatını yayıb. Elm və Təhlükəsizlik Şurası saatın əqrəblərini "gecə yarısına 85 saniyə qalmış" vəziyyətinə gətirib. Bu isə bəşəriyyətin özünü məhv etməyə çox yaxın olduğunu göstərir.

Hokinqin digər bəyanatları

Nəşr xatırladır ki, Hokinq 2016-cı ildə BBC-yə müsahibəsində iqlim dəyişikliyinin "Yer kürəsini məhvə sürükləyə biləcək dönüş nöqtəsinə" yaxınlaşdığını bildirmişdi.

Hazırda klimatoloqlar qlobal temperaturun sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1,5 dərəcə Selsi artmasını kritik hədd kimi qiymətləndirirlər. Avropa İttifaqının "Copernicus" İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, 2025-ci ilin dekabrında temperatur artımı 1,41 dərəcə Selsi təşkil edib, 2029-cu ilin martında isə bu göstəricinin 1,5 dərəcəni keçəcəyi gözlənilir.

Bir çox ekspert hesab edir ki, qlobal ekoloji böhranın əsas səbəblərindən biri resurs tutumlu süni intellekt proqramlarının sürətli artımıdır. Lakin Hokinq süni intellektlə bağlı başqa təhlükə barədə xəbərdarlıq edirdi. O, sinqulyarlıq - yəni süni intellektin insan nəzarətindən çıxacağı an - riskindən ehtiyat edirdi.

Bundan başqa, Hokinq 2017-ci ildə "The Times" qəzetinə müsahibəsində bildirib ki, bəşəriyyət "bizə miras qalmış aqressiya instinktini" cilovlamalıdır, əks halda bu instinkt "hamımızı nüvə və ya bioloji müharibə ilə məhv edə bilər". Bununla belə, alim "bəşəriyyətin bu çağırışların öhdəsindən gələcəyinə inandığını" da vurğulayıb.

Dünyanın sonu Hokinqin düşündüyündən daha tez baş verə bilər

Bundan əvvəl alimlər kosmosun təxminən 10⁷⁸ ildən sonra yox ola biləcəyini açıqlayıblar. Onların sözlərinə görə, Kainat gözləniləndən daha sürətlə dağılır.

Bu nəticə Hokinq şüalanması ilə bağlı son hesablamalara əsaslanır. 1974-cü ildə Stiven Hokinq tərəfindən nəzəri cəhətdən təsvir edilən bu fenomen son dərəcə sıx obyektlərin - məsələn, qara dəliklərin və ya neytron ulduzlarının - kvant effektləri nəticəsində tədricən kütlə itirərək "buxarlanmasını" izah edir.

Alimlər bu prosesi digər kosmik cisimlərə də tətbiq edərək onların da yavaş-yavaş yox ola biləcəyini irəli sürüblər. Tədqiqat nəticəsində müəyyən edilib ki, ulduzların son qalıqları təxminən 10⁷⁸ ildən sonra yox olacaq. Bu isə əvvəlki modellərdə göstərilən təxminən 10¹¹⁰⁰ illə müqayisədə Kainatın sonunun xeyli daha tez baş verəcəyini göstərir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 164   Tarix: 17 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rubio: ABŞ və Avropa keçmişdə birgə çoxsaylı səhvlərə yol veriblər

ABŞ və Avropa keçmişdə birgə çoxsaylı səhvlərə yol veriblər və indi bu faktları etiraf etməyə, irəliləməyə və itirilənləri bərpa etməyə borcludurlar. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında bildirib. "Digər ölkələr hərbi güclərini misl

15 fevral
.

Britaniya hipersəsli raketlərin hazırlanması üçün yarım milyard dollar ayırdı

2026-cı ildə Böyük Britaniya hökuməti Avropadakı müttəfiqləri ilə sıx əməkdaşlıq şəraitində yüksək əqiqlikli silah növlərinin yaradılmasına 400 milyon funt sterlinq (təxminən 545 milyon dollar - red.) sərmayə qoymaq niyyətindədir. TASS-a istinadən xəbər verir ki, bu məlumat Britaniya Müdafiə Nazirliyini

15 fevral
.

Filipp Kirkorovun Moskvadakı mülkləri əlindən çıxır? - Məhkəmə qərarı

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhər məhkəməsi biznesmen Qleb Rıskovun müğənni Filipp Kirkorova qarşı qaldırdığı iddianın təmin edilməməsi barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə TASS agentliyinə sənətçinin vəkili Roman Kuzmin məlumat verib. Qeyd olunub ki, Q.Rıskov və F.Kirkoro

15 fevral
.

İşləməsəniz belə krallar kimi yaşayarsınız: Dünyanın ən zəngin ölkəsi

Xəritədə kiçik bir nöqtə kimi görünməsinə baxmayaraq, Lüksemburq sahib olduğu nəhəng sərvət və vətəndaşlarına təqdim etdiyi ağlasığmaz sosial imkanlarla hər kəsi heyran qoyur. Adambaşına düşən illik gəlirin 140 min dolları keçdiyi bu ölkədə yoxsulluq anlayışı demək olar ki, yoxdur. xəbər verir ki, Lüksembur

15 fevral
.

Hokinq 10 il əvvək dünyaya xəbərdarlıq etmişdi: Onun sözləri hələ də alimləri narahat edir

Məşhur astrofizik Stiven Hokinq bəşəriyyətin üzləşdiyi ekzistensial təhlükələr barədə açıq danışırdı. O, bir dəfə səsləndirdiyi ciddi xəbərdarlıqla bu gün də narahatlıq doğurur. Qayanrinfo xəbər verir ki, bu barədə BGR yazır. Hokinq bəşəriyyəti nə barədə xəbərdar etmişdi?. Nəşr xatırladır ki, Hokin

17 fevral
.

Van İ: Beynəlxalq sistemdəki problemlər BMT-dən yox, ayrı-ayrı ölkələrin hərəkətlərindən qaynaqlanır

Beynəlxalq sistemdəki problemlər BMT-nin özündən yox, ayrı-ayrı ölkələrin hərəkətlərindən qaynaqlanır. "Report" xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ Münxen Təhlükəsizlik Konfransında bildirib. "Beynəlxalq sistemin kifayət qədər səmərəli fəaliyyət göstərməməsinin səbəb

15 fevral
.

Rubio: Biz Rusiyanın müharibəni dayandırmağa nə dərəcədə ciddi yanaşdığını bilmirik

Birləşmiş Ştatlar Rusiyanın Ukrayna ilə müharibəni dayandırmağa nə dərəcədə hazır olduğunu və hər iki tərəf üçün məqbul şərtlər tapmağın mümkün olub-olmadığını sual edir. "Report"un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında deyib. "Biz bilmiri

15 fevral
.

İtaliya Qəzza Sülh Şurasına müşahidəçi kimi qatılmağa qərar verdi

İtaliyanın Baş naziri Corcia Meloni ölkəsinin Qəzza zolağındakı münaqişənin həlli üçün yaradılmış Sülh Şurasına müşahidəçi kimi qoşulacağını açıqlayıb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. O, məsələ ilə bağlı ikinci İtaliya-Afrika Zirvə toplantısı zamanı jurnalistlərə danışıb:. "Sülh Şurasın

15 fevral
.

Donald Tramp Viktor Orbana dəstəyini ifadə etdi

ABŞ Prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbana dəstəyini bildirib. -ın məlumatına görə, "Truth Social" platformasındakı paylaşımda amerikalı siyasətçi baş naziri "əsl dost, döyüşçü və qalib" adlandırıb. D.Trampın sözlərinə görə, Orban "ölkəsinin rifahı üçü

15 fevral