Adi bir daş kimi görünür, sahillərdə tapan milyoner olur
Balina qusuntusu kimi tanınan ambergris fırtınalardan sonra sahillərə çıxdıqda qramı qızılla yarışan qiymətə çatır. Xarici görünüşünə görə adi daş parçasını xatırladan bu nadir maddə xüsusilə parfüm sənayesində yüksək tələbat gördüyü üçün onu tapanlara böyük qazanc gətirə bilir.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, fırtınalı hava şəraitindən sonra okean axınları ilə sahilə sürüklənən ambergris əvvəlcə yosunlu daş təsiri bağışlayır. Lakin suyun təsiri və zaman keçdikcə sərtləşərək daşabənzər quruluşa malik olur. Mütəxəssis rəyi ilə həqiqiliyi təsdiqləndikdən sonra isə bazarda milyonlarla manat dəyərində qiymətləndirilə bilir.
Ambergrisi bu qədər qiymətli edən əsas amil kosmetika və xüsusilə parfüm sektorudur. Dünyaca məşhur ətir istehsalçıları qoxuların qalıcı olmasını artırmaq və esansları sabitləşdirmək üçün bu maddədən istifadə edirlər. Bu səbəbdən şirkətlər ambergris əldə etmək üçün yüksək məbləğlər ödəməyə hazırdır.
Türkiyədə də ötən illərdə bununla bağlı diqqətçəkən hadisələr yaşanıb. Mersin şəhərində keçirilən əməliyyat zamanı onlarla kiloqram ambergris müsadirə olunmuş, onun bazar dəyərinin milyonlarla lirə olduğu açıqlanmışdı.
Mütəxəssislər isə vacib xəbərdarlıq edirlər. Ambergrisin mənbəyi olan İspermeçet balinası qoruma altında olan növlər sırasındadır. Dənizdə təbii proses nəticəsində yaranaraq sahilə çıxan parçaların toplanması qanuni sayılsa da, balinalara zərər vurulması və ya onlara müdaxilə edilməsi ciddi cəzalarla nəticələnə bilər.
Ambergris ispermeçet balinalarının həzm sistemində əmələ gəlir və əslində müdafiə mexanizminin məhsuludur. Bu balinalar qidalandıqları ahtapot və kalamarların həzm olunması çətin olan sərt dimdikvari hissələrinin bağırsaqlarına zərər verməməsi üçün yağlı və mumabənzər ifrazat yaradırlar. Zamanla bu sərt qalıqların ətrafını örtərək bərkiyən maddə müəyyən müddətdən sonra balinanın orqanizmindən xaric olunur və okean sularında üzərək sahillərə qədər gəlib çıxır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1419 Tarix: 19 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabrRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabr5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?
Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama
8 noyabrQaralan kafel aralarını evdəki tək materialla təmizləyin
Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər
14 noyabrGöbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?
Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal
12 noyabrTelefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...
Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə
14 noyabrPeçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11 noyabr