Baxıcısı ilə gizli evlənən 102 yaşlı milyoner atalarını xəstəxanadan qaçırdılar
Tayvanın Taipei şəhərində 102 yaşlı milyonerin özündən xeyli gənc baxıcısı ilə gizli evlənməsi ailə daxilində qalmaqala səbəb olub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə şəhərin Zhongshan rayonunda yerləşən xəstəxanalardan birində baş verib. İddialara görə, 102 yaşlı Vanq 5 yanvarda 68 yaşlı baxıcısı Lay (Lai) ilə gizli nikaha daxil olub. Daha sonra o, sərvətinin böyük hissəsini - ümumilikdə milyonlarla funt sterlinq dəyərində daşınmaz əmlak və sığorta vəsaitlərini - həyat yoldaşının və onun övladlarının adına keçirib. Vanqın ümumi sərvətinin 16-18,7 milyon funt sterlinq arasında olduğu bildirilir.
Məsələdən xəbər tutan övladları xəstəxanaya gələrək atalarını oradan aparıblar. Təhlükəsizlik kamerası görüntülərində ailə üzvlərinin Lay-i kənara itələyərək əlil arabasındakı Vanqı özləri ilə apardıqları əks olunub. Qarşıdurma zamanı Lay-in yüngül xəsarət aldığı və polisə müraciət etdiyi bildirilir.
Ailə baxıcını yaşlı kişini yaxınlarından təcrid etməkdə və onun zəif psixi durumundan istifadə edərək maddi təminat əldə etməkdə ittiham edir. Lay isə bütün iddiaları rədd edir və ailə üzvlərindən şikayətçi olub.
Səlahiyyətli qurumlar bildiriblər ki, nikah qeydiyyatı zamanı Vanq suallara aydın cavab verib və qanuni tələblər yerinə yetirilib. Tayvan qanunvericiliyinə əsasən, hüquqi fəaliyyət qabiliyyəti olan şəxslər yaş məhdudiyyəti olmadan evlənə bilirlər.
Hazırda həm nikahın, həm də əmlakın ötürülməsinin hüquqi qüvvəsi məhkəmə tərəfindən araşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 781 Tarix: 19 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Neptunun o tayında 27 naməlum obyekt aşkarlandı
"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə
15 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrSaatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20 sentyabrRadiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
İstilik mövsümü başlamazdan əvvəl radiatorları üzərində və içərisində yığılan tozdan təmizləmək lazımdır. Bunu radiatoru sökmədən, adi tullantı paketi və saçqurudan fen vasitəsilə etmək mümkündür. xarici mediaya istinadən xəbər verir ki, uzun müddət istifadə olunmayan radiatorların dar aralıqlarınd
14 sentyabrİdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil
"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu
14 sentyabrEv yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabrAncelina Colinin səmimi müsahibəsi: Nələri etiraf etdi?
Ancelina Coli "L'Officiel" jurnalına səmimi müsahibə verib. -ın xəbərinə görə, 51 yaşlı aktrisa və rejissor övladları böyüdükdən sonrakı həyatı, yeni yaradıcılıq planları, humanitar missiyası və daha çox səyahət etmək istəyi barədə danışıb. Fotosessiya üçün Coli Fendi, Ferragamo brendlərini
15 sentyabr