2026-cı ilin ən yaxşı paltaryuyan maşınları

2026-cı ilin ən yaxşı paltaryuyan maşınlarıYeni paltaryuyan maşın alarkən istehsalçının nüfuzuna diqqət yetirmək vacibdir. Etibarlılıq əsas meyarlardan biridir. Bu cihazlar gündəlik məişətdə böyük yüklə işləyir və biz artıq paltaryuyan maşının uzunömürlü olması üçün nə etməli olduğumuzu yazmışıq. Lakin ən yaxşısı əvvəlcədən uzun istismar müddətinə hesablanmış modeli seçməkdir.

Lent.az xarici mediaya istinadən hazırda ən etibarlı paltaryuyan maşınların siyhısını təqdim edir.

Speed Queen

Amerikanın Speed Queen istehsalçısı ön yükləməli modellər arasında etibarlılığa görə ikinci yeri tutur, lakin aktivatorlu (şaquli barabanlı) maşınlar kateqoriyasında liderdir. Onlayn sorğularda Speed Queen sahiblərinin rəyləri orta hesabla ən yüksək olub.

Şirkət bildirir ki, texnikası təxminən 25 illik istismar üçün nəzərdə tutulub və istifadəçi rəyləri bunu təsdiqləyir.

Brendin ən yaxşı modeli - Speed Queen TC5003WN-dir. Lakin yüksək etibarlılığa baxmayaraq, enerji səmərəliliyi və səs səviyyəsi baxımından rəqiblərindən geri qalır.

Miele

Almaniyanın Miele şirkəti yalnız kompakt maşınlar kateqoriyasında təmsil olunur, lakin əla nəticələr göstərir. Etibarlılığa görə kompakt maşınlar arasında ikinci, sahiblərin məmnunluğu üzrə isə birinci yerdədir.

İstifadəçilər Miele texnikasının müstəsna davamlılığını qeyd edirlər - təxminən 30 il təmirsiz işləyən modellər haqqında rəylər var.

Aparıcı modellər - Miele WXF660WCS, WXI860WCS və WXR860-dır. Kompakt ölçülər daha az tutum və daha uzun yuma dövrü deməkdir, həmçinin qiyməti daha yüksəkdir. Lakin etibarlılıq baxımından bazarda ən yaxşılar sırasındadır.

Asko

Skandinaviya brendi Asko lüks istehsalçılar siyahısında kompakt modellər arasında etibarlılığa görə beşinci yeri tutur. Sahiblərin məmnunluq səviyyəsi bəzi daha məşhur rəqiblərdən yüksəkdir.

Ən yaxşı model - Asko W4114CW-dir. Yuma keyfiyyəti və effektivliyə görə yüksək qiymət alıb, lakin incə yuma və vibrasiya göstəricilərində zəifdir. Premium seqmentə aid olduğu üçün qiyməti də yüksəkdir.

Electrolux

İsveçin Electrolux şirkəti ön yükləməli və kompakt modellər arasında etibarlılığa görə üçüncü yerdədir. Sahiblərin məmnunluğu isə orta səviyyədədir.

Electrolux ELFW4222AW (kompakt) modeli yüksək yuma keyfiyyəti və qənaətcilliyinə görə Green Choice statusu alıb. Wirecutter bölməsində də ləkə çıxarma effektivliyi və kompakt sinif üçün nisbətən böyük tutumu qeyd olunub.

Samsung

Samsung modelləri tez-tez ən etibarlı paltaryuyan maşınlar kimi təqdim olunsa da, amerikalı istifadəçilərin rəyləri daha qarışıqdır.

Şirkət aktivatorlu maşınlar arasında üçüncü, kompakt modellər arasında isə dördüncü yeri tutub. Digər kateqoriyalarda göstəricilər aşağı olub.

Brendin ən yaxşı modeli - ön yükləməli Samsung Bespoke WF90F53ADS-dir. Yuma keyfiyyəti və su səmərəliliyinə görə yüksək bal alıb, baxmayaraq ki, istifadəçi rəyləri qarışıqdır.

Hotpoint

Amerikanın Hotpoint brendi aktivatorlu maşınlar kateqoriyasında etibarlılığa görə dördüncü yeri tutur.

Hotpoint HTW265ASWWW modeli enerji və su səmərəliliyinə görə yaxşı qiymətləndirilib, lakin istifadəçilər yüksək səs səviyyəsini qeyd edirlər.

Ucuz modellər arasında ən yaxşı paltaryuyan maşın - mütləq lider Cənubi Koreyanın LG şirkəti ən etibarlı paltaryuyan maşın brendi kimi tanınıb. Siyahıda dörd kateqoriyanın hamısında yüksək etibarlılıq göstəricisi alan yeganə istehsalçıdır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 5119   Tarix: 19 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr
.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

7 noyabr