Pişiklərin gözlərinin qaranlıqda işıq saçmasının SƏBƏBİ

Pişiklərin gözlərinin qaranlıqda işıq saçmasının SƏBƏBİQaranlıqda işıq pişiyin gözlərinə düşdükdə, o əks olunaraq geri qayıdır və xarakterik parıltı yaradır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu fenomen əsrlər boyu insanları heyrətləndirməklə yanaşı, mühüm texnologiyaların yaradılmasına da ilham verib.

1933-cü ildə britaniyalı iş adamı Persi Şou Yorkşirdə pabdan evə qayıdarkən yolda iki parlaq işıq əksi görüb. O, dərhal əyləci sıxıb, məlum olub ki, bunlar pişiyin gözləri imiş. Ola bilsin ki, məhz bu hadisə onun həyatını xilas edib. Sonradan bu hadisə onu avtomobil yollarında istifadə olunan və faraların işığını sürücüyə geri qaytaran "pişik gözü" adlı yol reflektorlarını ixtira etməyə ilhamlandırıb.

Ətraflı
Pişiklərin gözləri necə işıq saçır?

Bütün canlıların gözündə torlu qişa (retina) var bu, gözün arxa hissəsində yerləşən və işığı udaraq onu beyinə ötürülən siqnallara çevirən nazik təbəqədir. Lakin pişiklərdə torlu qişanın arxasında insanlarda olmayan əlavə bir əks etdirici qat tapetum lucidum mövcuddur. Torlu qişadan keçən işıq bu qatdan əks olunaraq geri qayıdır və gözə işığı "tutmaq" üçün ikinci şans verir. Məhz buna görə pişiklərin gözləri qaranlıqda sanki işıq saçır.

Daxili "gecə görmə" mexanizmi

Bu xüsusiyyət pişikləri işığa qarşı son dərəcə həssas edir. Onlar insan üçün demək olar ki, tam qaranlıq hesab edilən işıqda belə görə bilirlər. Bu isə xüsusilə gecə ov edən heyvanlar üçün böyük üstünlükdür. Tapetum lucidum yalnız pişiklərdə deyil, inəklərdə, atlarda, qoyunlarda, balıqlarda, delfinlərdə və balinalarda da mövcuddur və zəif işıq şəraitində sağ qalmağa kömək edir.

Müasir texnologiyalara ilham

Müasir alimlər də pişik gözlərinin quruluşundan ilham alırlar. Professor Yon Min Son Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunda pişik gözündən ilhamlanan kamera yaradıb. Bu kamera qaranlıqda həssaslığı artıran əks etdirici qatla təchiz olunub. Bundan əlavə, pişik gözlərində olduğu kimi şaquli yarıq formalı diafraqma mürəkkəb işıq şəraitində obyektləri daha yaxşı ayırd etməyə imkan verir. Bu prinsiplər gələcəkdə robot texnikasında, avtonom sistemlərdə və dəyişkən işıq şəraitində işləməli olan geyilə bilən qurğularda istifadə oluna bilər.

Axşam vaxtı pişiklər üçün sakitliyin əhəmiyyəti

Ev heyvanları həssaslıq və sabitliyə ehtiyac duyurlar. Axşam saatlarında pişiyi sığallamaq onun üçün sahibinə bağlılığın və təhlükəsizlik hissinin göstəricisidir. Yatmazdan əvvəl pişiyi sığalladıqda o, özünü təhlükəsiz və ailənin bir hissəsi kimi hiss edir. Bu isə stress hormonu olan kortizolun səviyyəsini azaldır. Xüsusilə şəhər mühitində yaşayan, pəncərə arxasındakı səs-küyə və ya sahibinin uzun müddət evdə olmamasına həssas reaksiya verən pişiklər üçün bu çox vacibdir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1103   Tarix: 20 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr
.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

7 noyabr