Antarktidada mikroplastik təhlükəsi: Həşəratların qida mənbəyinə çevrilib
Kentukki Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu sensasiyalı kəşfə imza atıb. Məlum olub ki, Antarktidanın yeganə yerli həşəratı planetin ən təcrid olunmuş bölgəsində yaşamasına baxmayaraq, mikroplastiklərlə qidalanır.
Oxu.Az "Science Daily" jurnalına istinadən xəbər verir ki, bu, mikroplastiklərin Antarktida həşəratlarına təsirini araşdıran ilk tədqiqatdır. Eyni zamanda, milçəklərin orqanizmində plastik hissəciklərin mövcudluğunu təsdiqləyən ilk elmi sübutdur.
Tədqiqat yalnız Antarktidada yaşayan, uça bilməyən və cəmi düyü dənəsi ölçüsündə olan "Belgica antarctica" növü üzərində aparılıb. Bu həşəratın sürfələri Antarktida yarımadasındakı nəm mamır və yosunlarda yaşayır. Onların sıxlığı hər kvadratmetrdə 40 min fərdə çata bilir. Çürümüş bitkilərlə qidalanaraq ekosistemdə mühüm rol oynayan bu canlılar sərt iqlim şəraitinə yüksək dözümlülükləri ilə seçilirlər.
Antarktida təmiz mühit hesab olunsa da, daha əvvəl bölgənin qarında və dəniz suyunda plastik hissəciklər aşkar edilmişdi. Plastik bu əraziyə okean cərəyanları, külək, həmçinin tədqiqat stansiyaları və gəmilər vasitəsilə daxil olur.
Laboratoriya təcrübələri göstərib ki, mikroplastiklər sürfələrin sağqalma nisbətinə birbaşa təsir etməsə də, onların yağ ehtiyatlarını azaldır. Bu isə ekstremal soyuqlarda enerji ehtiyatı baxımından ciddi risk yaradır. 2023-cü ildə toplanan vəhşi sürfələrin analizində artıq plastik fraqmentlər aşkar olunub. Alimlər qeyd edirlər ki, plastikin səviyyəsi hələlik aşağı olsa da, onun ekosistemə daxil olması gələcəkdə həşəratların enerji balansını poza bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 402 Tarix: 20 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Orqanizmdə xroniki iltihabı azaldan məhsullar
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən qida məhsullarını açıqlayıblar. Aparılan tədqiqatlar göstərir ki, xroniki iltihab ürək-damar xəstəlikləri və diabet də daxil olmaqla, bir sıra ciddi problemlərin riskini artırır. "Healthline" portalına istinadən xəbə
17 iyunSüngər, ya əl ilə sabunlanmaq? - Dəri problemlərindən qorunmağın yolu
Duş qəbul edərkən istifadə olunan süngərlər dəriyə zərər verə bilər. xəbər verir ki, bu barədə dermatoloqlar Loren Talya və Keti Laynam "HuffPost" nəşrinə müsahibələrində danışıblar. Mütəxəssislər bu geniş yayılmış vərdişin dəri üçün yarada biləcəyi risklər barədə xəbərdarlıq ediblər. Ket
19 iyunSevgilisinin arvadını izləyən DÜNYA ULDUZUNDAN yeni xəbər
Dünyaca məşhur "Love Island" realiti-şousunun ulduzu Huda Mustafa haqqında yayılan qalmaqallı videodan sonra ilk dəfə ictimaiyyət qarşısında görüntülənib. TMZ-ya istinadən xəbər verir ki, Huda Mustafa Los-Ancelesdə keçirilən tədbirlərdən birində kameralara tuş gəlib. O, son günlər ətrafınd
17 iyunDÇ 2026-da BÖYÜK SÜRPRİZ - qrupdan çıxacaq komandalar açıqlandı
2026-cı il dünya çempionatının qrup mərhələsində ilk turun ardından mütəxəssislər növbəti mərhələyə vəsiqə qazanacaq komandalarla bağlı proqnozlarını açıqlayıblar. Qiymətləndirmələrə əsasən, turnirin favoritləri hesab olunan komandaların əksəriyyətinin pley-offa yüksələcəyi gözlənilir. A qrupunda Meksikanı
18 iyunYaponlar niyə kökəlmir? - Kömək edən vərdişlər
Yaponların arıq qalmasının sirri möcüzəvi pəhrizdə deyil, sağlam həyat tərzini əks etdirən gündəlik vərdişlərdə gizlənir. Kiçik porsiyalarla qidalanmaq, balanslı rasiona üstünlük vermək, bol balıq və tərəvəz istehlak etmək, hər gün fiziki aktiv olmaq və şirniyyatdan ölçülü istifadə etmək onlara uzu
14 iyunAğcaqanadlar niyə bəzi insanları daha çox dişləyir? - Elmi izah
Niyə ağcaqanadlar bəzi insanları digərlərindən daha çox dişləyir? Səbəb qan qrupu, dəri rəngi, yoxsa başqa amillərdir? Alimlər bu suala cavab tapıblar. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Araşdırmalar göstərir ki, ağcaqanadlar qurban seçərkən düşündüyümüzdən daha mürəkkə
19 iyunFransada futbolçu danışılmış oyunlara görə saxlanıldı
Fransanın "Nitsa" klubunun və Fil Dişi Sahilinin millisinin futbolçusu Vahi dünya çempionatı başlamazdan əvvəl danışılmış oyunlarda iştirak etmək şübhəsi ilə Fransa polisi tərəfindən saxlanılıb. xarici KİV-ə istinadla bildirir ki, 23 yaşlı futbolçu mayın 17-də "Mets"ə qarşı keçirilə
18 iyunNiyə əsnəyirik? - Beyin haqqında bildiklərinizi dəyişəcək 3 elmi fakt
Bir çoxumuz əsnəməyi yorğunluq, yuxusuzluq və ya darıxmaqla əlaqələndiririk. Hətta uzun illər alimlər belə hesab edirdi ki, insan daha çox oksigen almaq üçün əsnəyir. Lakin müasir elmi araşdırmalar göstərir ki, bu fikir tam doğru deyil. Əslində, əsnəmənin səbəbləri daha mürəkkəbdir və beynin fəaliyyət
16 iyun