Britaniyada qadın texniki səhv ucbatından İlon Maskdan 100 qat "varlı" oldu
Böyük Britaniyanın Nottingem şəhər sakini Sofi Dauninq ona hədiyyə edilən qəhvə kartında ağlasığmaz balans aşkar edib. Texniki səhv nəticəsində kartdakı məbləğ 63 kvadrilyon funt sterlinqdən çox göstərilib.
Oxu.Az "Mirror" nəşrinə istinadən xəbər verir ki, bu rəqəm Sofini dünyanın ən zəngin adamı İlon Maskdan təxminən 100 min dəfə daha "varlı" edib.
Qadın hədiyyə kartını Milad bayramında alıb və hesabında cəmi 10 funt sterlinq olduğunu düşünüb. Lakin fevralın ortalarında qəhvə alarkən kassa sistemi gözlənilməz rəqəmlər nümayiş etdirib. Qeyd olunur ki, balansda astronomik rəqəmlər görünsə də, bu vəsaitdən yalnız həmin qəhvə şəbəkəsinin məhsullarını (içki və şirniyyat) almaq üçün istifadə etmək mümkündür.
Bir neçə gün sonra Sofi kartı yenidən yoxlayıb və səhv balansın hələ də qaldığını görüb. O, hər hansı anlaşılmazlıq yaranmaması üçün kartdan müvəqqəti istifadə etməməyə qərar verib. Qəhvə şəbəkəsinin nümayəndələri isə hələlik məsələ ilə bağlı onunla əlaqə saxlamayıblar.
İlkin versiyaya görə, hadisəyə ştrix-kodun skan edilməsi zamanı baş vermiş texniki xəta və ya sistem nasazlığı səbəb olub. Sofi Dauninq vəziyyətdən sui-istifadə etmək niyyətində olmadığını və şirkətin balansı tezliklə düzəldəcəyini gözlədiyini bildirib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 4949 Tarix: 20 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrDüyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Düyünü bahalı inqrediyentlərdən istifadə etmədən dənə-dənə, ətirli və dadlı bişirmək mümkündür. Peşəkar aşpazların istifadə etdiyi sadə üsullardan biri bişirmə zamanı düyüyə az miqdarda bitki yağı əlavə etməkdir. xarici mediaya istinadən xəbər verir ki, bir stəkan quru düyüyə təxminən bir xörək qaşığ
17 sentyabrTelefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19 sentyabrNeptunun o tayında 27 naməlum obyekt aşkarlandı
"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə
15 sentyabrİnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO
Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem
18 sentyabr84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Müasir həyatı elektrik enerjisi, su xətti, soyuducu və internetsiz təsəvvür etmək çoxları üçün çətindir. Lakin 84 yaşlı irlandiyalı Marqaret Qallager bütün ömrünü məhz belə yaşayıb və bu gün də həyatında heç nəyin əskik olmadığını deyir. xarici mediaya istinadən xəbər verir ki, Marqaret İrlandiyanı
14 sentyabr