Qızılın saxta olub-olmadığını ev şəraitində belə bilmək olar

Qızılın saxta olub-olmadığını ev şəraitində belə bilmək olarSon aylarda qızılın qiymətinin bahalaşması fonunda bazarda saxta məhsulların sayı artıb, alıcılar isə aldıqları zinət əşyasının və ya qram qızılın həqiqi olub-olmadığı ilə bağlı tərəddüd yaşayır. Ekspertlər bildirir ki, saxta qızılı ilkin mərhələdə müəyyən etməyin ən sadə yollarından biri onun çıxardığı səsdir.

Zərgərlərin uzun illərdir istifadə etdiyi üsula görə, həqiqi qızıl sərt səthə yüngül toxunduqda və ya metal əşyaya asta vurulduqda incə, təmiz və bir neçə saniyə davam edən cingilti yaradır. Aşağı əyarlı və ya saxta məhsullarda isə səs qısa, boğuq və kəsik-kəsik eşidilir. Bu fərq xüsusilə çeyrək, yarım və tam qızıl sikkələrdə daha aydın hiss olunur.

Bununla yanaşı, səs testi yekun nəticə sayılmır. Mütəxəssislər maqnit yoxlamasını da tövsiyə edirlər. Həqiqi qızıl maqnitə reaksiya vermir, əgər məmulat maqnitə yapışırsa, tərkibində başqa metalların olması ehtimalı artır. Qızılın çəkisi və üzərindəki əyar damğası da diqqət yetirilməli əsas detallardandır. Qızıl sıx metal olduğundan normadan yüngül məmulatlar şübhə doğurur.//Demokrat.az


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2957   Tarix: 22 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ayla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə

17 sentyabr
.

Ən sakit itlər hansılardır? Demək olar ki, hürmürlər

Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini

15 sentyabr
.

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə

19 sentyabr
.

Siqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI

15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə

17 sentyabr
.

Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır

Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri

19 sentyabr
.

Plastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?

Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy

15 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr
.

Əfsanəvi boksçu doğum günündə öldü: 3 oğlunu və arvadını faciəli şəkildəitirmişdi

Dövrün ən güclü boksçuları, o cümlədən Məhəmməd Əli ilə qarşılaşmasına baxmayaraq, əfsanəvi boksçu heç vaxt nokdauna düşməmişdi. Əfsanəvi kanadalı boksçu Corc Çuvalo 89 yaşında vəfat edib. -ın xarici mediaya istinadən məlumatına görə, onun ölümü sentyabrın 12-də, doğum günündə baş verib. Çuvalo peşəka

14 sentyabr
.

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y

19 sentyabr