Kişilər niyə qadınlardan daha çox qazanır? - Elmi izahı

Kişilər niyə qadınlardan daha çox qazanır? - Elmi izahıAna olmaq kişi və qadınlar arasındakı maaş fərqinin formalaşmasına ciddi təsir göstərir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, araşdırmalar göstərir ki, doğum və uşaqların tərbiyəsi amili nəzərə alınmadıqda, gender əsaslı gəlir fərqi demək olar ki, tamamilə aradan qalxır.

Yeni elmi araşdırmanı London İqtisadiyyat Məktəbinin alimləri Kamil Landaizin rəhbərliyi ilə aparıb. Nəticələr Harvard Universitetinin alimi, 2023-cü ildə Nobel mükafatı laureatı olmuş Klaudiya Qoldinin əvvəlki qənaətlərini də təsdiqləyir.

Uzunmüddətli müşahidələr göstərib ki, kişi və qadınların maaşları arasındakı əsas fərq analıqla bağlıdır. Klaudiya Qoldin sübut edib ki, gəlir fərqinin böyük hissəsi məhz uşağın doğulması və ona qulluqla əlaqədardır.

Yeni tədqiqat İsveç, Danimarka və Norveç üzrə məlumatlara əsaslanıb. Alimlər qadınların tibbi kartlarını onların gəlir məlumatları ilə birləşdirərək ana olmuş qadınlarla övladı olmayan qadınların maaşlarını müqayisə ediblər. Xüsusilə süni mayalanma (IVF) prosedurundan keçən qadınların məlumatları da araşdırmaya daxil edilib.

Karyeranın ilkin mərhələlərində analar əhəmiyyətli dərəcədə daha az qazanıblar. Lakin 10-15 ildən sonra gəlir fərqi azalıb, bəzi hallarda isə analar hətta kiçik "maaş üstünlüyü" əldə ediblər.

Ayrı bir araşdırma Mayer-Rokitanski-Küster-Hauser (MRKH) sindromu olan qadınlara həsr olunub. Bu qadınlar uşaqlıq olmadan doğulur və uşağa sahib ola bilməyəcəklərini erkən yaşdan bilirlər. Araşdırma göstərib ki, həyatın ilkin mərhələlərində onların gəlirləri kişilərin və MRKH olmayan qadınların gəlirləri ilə demək olar ki, eyni olub. 30-40 yaş aralığında, adi qadınlarda kişilərlə maaş fərqi yaranmağa başladığı dövrdə, MRKH sindromlu qadınların gəlir trayektoriyası isə demək olar ki, kişilərlə eyni istiqamətdə davam edib.

Araşdırmanın nəticəsi aydındır: analıq və uşağın gözlənilməsi ilə bağlı qərarlar nəzərə alınmadıqda, gender əsaslı maaş fərqi faktiki olaraq yox səviyyəsinə enir. Bu isə göstərir ki, qeyri-bərabərliyin əsas səbəbi qadınların bacarıqları və ya təhsil səviyyəsi deyil, məhz uşağın doğulması və tərbiyəsidir.

Landaiz və həmkarlarının araşdırması analığın digər xüsusiyyətlərdən ayrılaraq gəlirə təsirinin ayrıca qiymətləndirilməsi üçün aydın metodoloji yanaşma təqdim edir və müasir iqtisadi şəraitdə bu təsirin miqyasını göstərir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 620   Tarix: 23 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr
.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

7 noyabr