Niyə mahnılar daim başınızda ilişib qalır? - elm adamları sirri açdılar
Bir çox insan reklam melodiyalarını uzun müddət beynindən çıxara bilmir. Kanadalı alimlərin apardığı yeni araşdırma göstərir ki, bunun səbəbi təsadüf deyil. Məsələ melodiyaların arxasında gizlənən riyazi simmetriyadadır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki University of Waterloo alimləri musiqini cəbr prizmasından təhlil ediblər.
Tədqiqatçılar populyar mahnılarda az diqqət çəkən, lakin mühüm rol oynayan bir komponent aşkar ediblər - simmetriya.
Araşdırmanın həmmüəllifi Olqa İbraqimova bildirib ki, əsas məqsəd abstrakt cəbrlə musiqi qavrayışı arasında körpü yaratmaq olub. Melodiyalar transformasiya oluna bilən formalar kimi nəzərdən keçirildikdə, bəstəkarların əsrlər boyu intuitiv şəkildə simmetriyadan istifadə etdiyi aydın görünür.
Alimlər qrup nəzəriyyəsinə transformasiyaları və güzgüvari strukturları öyrənən riyaziyyat bölməsinə əsaslanıblar. Xromatik qammanın 12 notasının hər birinə ədədi dəyər verilib və bu yolla melodiyalar cəbr formullarına çevrilib.
Təhlil nəticəsində məlum olub ki, musiqidə tez-tez istifadə olunan üsullar inversiya (melodiyanın "çevrilməsi") və transpozisiya (ton üzrə sürüşdürülməsi) aydın riyazi simmetriya yaradır. Bu isə melodiyanın yadda qalmasını asanlaşdırır.
Mühəndis və tədqiqatın həmmüəllifi Kristofer Nexanov qeyd edib ki, bu ikili struktur qulaqla və ya notlara baxaraq sezilməsi çətin olan qanunauyğunluqları üzə çıxarmağa imkan verir. Nəticədə alimlər istənilən uzunluqda simmetrik melodiyaları sistemli şəkildə qurmağın mümkün olduğunu bildirirlər.
Elm və yaradıcılıq arasında balans
Bununla belə, bütün bəstəkarlar formulalara güvənməyə hazır deyil. Məşhur mahnı müəllifi Nik Lutsko, iki populyar reklam cinglının müəllifi kimi, yaradıcı prosesdə daha çox intuisiyaya arxalandığını deyir.
Onun sözlərinə görə, yadda qalan melodiyanın yaranması zamanı riyaziyyat son düşündüyü məsələdir. Melodiya təbii şəkildə formalaşır və dinləyiciyə tanış, yaxın bir hiss bəxş etməlidir.
Mütəxəssislər hesab edirlər ki, riyazi model musiqinin quruluşunu anlamağa kömək etsə də, hit mahnının uğuru təkcə formuldan asılı deyil. Dinləyicinin emosional reaksiyası, mədəni kontekst və ifa tərzi də həlledici rol oynayır.
Beləliklə, reklam cingllarının və məşhur mahnıların yaddaşa tez həkk olunması həm riyazi simmetriya, həm də insan psixologiyasının xüsusiyyətləri ilə bağlıdır. Elm bu fenomeni izah etməyə bir addım daha yaxınlaşsa da, yaradıcılığın sirri hələ də tam açılmayıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 569 Tarix: 24 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrƏvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?
Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını
15 noyabrQaralan kafel aralarını evdəki tək materialla təmizləyin
Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər
14 noyabrTelefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...
Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə
14 noyabr5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?
Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama
8 noyabrArıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq
Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə
17 noyabrRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrSatın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
7 noyabr