Antik Romanın memarlıq inciləri necə məhv olmadı?
Antik Romanın möhtəşəm tikililəri min illərdir ayaqda qalmağı bacarıb. Roma mühəndislərinin uğurunu nümayiş etdirən bu abidələr arasında dünyanın ən böyük dayaqqız (dəstəksiz) günbəzinə sahib olan Panteon və Kolezyum kimi tikililər 2 min ildən artıqdır ki, möhkəmliyini qoruyaraq günümüzə gəlib çatıb.
Qaynarinfo antik Romanın möhtəşəm memarlıq irsinin əsas sirlərini təqdim edir.
Məlum olub ki, romalıların istifadə etdiyi beton bəzi xüsusiyyətlərinə görə müasir betondan daha dayanıqlıdır. Yeni araşdırmaya əsasən, Roma tikinti ustalarının istifadə etdiyi sirli komponent o qədər möhkəm idi ki, onlar hətta liman bəndləri və kanalizasiya sistemləri kimi mürəkkəb qurğuları zəlzələ zonalarında belə inşa edə bilirdilər.
ABŞ, İtaliya və İsveçrədən olan tədqiqatçılar İtaliyanın mərkəzində yerləşən Privernum arxeoloji ərazisindən götürülmüş 2 min illik beton nümunələrini analiz ediblər. Təhlillər nəticəsində betonun tərkibində "əhəng qırıntıları" adlandırılan ağ hissəciklərin olduğu müəyyən edilib. Məhz bu hissəciklər zamanla betonda yaranan çatların öz-özünə bərpa olunmasına imkan yaradır.
Əhəng qırıntıları çatları bərpa edir
Tədqiqatın müəlliflərindən biri, Massachusetts Institute of Technology-nin alimi Admir Maşiç bildirib ki, alimlər çox dəqiq reseptlər hazırlayaraq onların Roma İmperiyası ərazisindəki tikinti meydançalarında tətbiqini təmin edirdilər.
Beton ümumilikdə sement adlanan bağlayıcı maddədən hazırlanır. Bu maddə əhəngdaşı, su və müxtəlif ölçülü qum-çınqıl qarışığından ibarətdir.
Antik Romada sönməmiş əhəngdən istifadə olunub
Araşdırmalar göstərir ki, Romada betonda bağlayıcı maddə kimi sönməmiş əhəngdən istifadə edilib. Analizlər nəticəsində məlum olub ki, sönməmiş əhəngdən yaranan əhəng qırıntıları betonun davamlılığını artırır.
Tədqiqatçılar həm Roma üsulu ilə, həm də müasir standartlarla iki müxtəlif beton nümunəsi hazırlayaraq onları süni şəkildə çatladıb. İki həftə sonra aparılan yoxlamada Roma üsulu ilə hazırlanan betonun içindən su keçmədiyi, müasir üsulla hazırlanan betondan isə su sızdığı müəyyən edilib.
Araşdırmaya görə, Roma formuluna əsasən hazırlanan, tərkibində əhəng qırıntıları olan beton çat yerlərində həll olaraq su ilə təmas zamanı yenidən bərkiyir və quruluşu bərpa edir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 607 Tarix: 25 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrƏvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?
Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını
15 noyabrQaralan kafel aralarını evdəki tək materialla təmizləyin
Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər
14 noyabrTelefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...
Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə
14 noyabr5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?
Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama
8 noyabrArıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq
Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə
17 noyabrRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrSatın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
7 noyabr