Panamada arxeoloqlardan maraqlı KƏŞF
Panamanın Kokle vilayətində yerləşən El-Kanyo abidə ərazisində arxeoloqlar yaşı 1000 ildən çox olan qəbir aşkar ediblər. Qəbir qızıl bəzək əşyaları və keramika məmulatları ilə zəngin olub.
Oxu.Az bu barədə "Arkeonews" nəşrinə istinadən xəbər verir.
Qəbir hələ 2009-cu ildə aşkarlansa da, çoxsaylı metal qalıqları səbəbindən onun strukturu yalnız indi tam şəkildə öyrənilə bilib. Dəfnin 800-1000-ci illərə aid olduğu müəyyən edilib.
Qəbirin içərisində alimlər bir neçə insana məxsus qalıqlar, eləcə də çoxsaylı zinət əşyaları tapıblar. Layihə rəhbəri, arxeoloq Culia Mayonun sözlərinə görə, burada dəfn olunan əsas şəxs yerli elitanın nümayəndəsi olub. Onun ətrafına yarasa və timsah təsvirləri olan qızıl əşyalar düzülüb.
El-Kanyoda indiyədək ən azı doqquz oxşar qəbir aşkarlanıb. Alimlər hesab edirlər ki, bu ərazi təxminən 200 il ərzində elit nekropol kimi istifadə olunub. Tapılan qızıl məmulatlar həmin dövrdə yaşayan insanların yüksək metallurgiya biliklərinə və qiymətli resurslara çıxış imkanına malik olduqlarını göstərir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 653 Tarix: 25 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabrQış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19 sentyabrQorxulu yuxuların səbəbi - Açıqlandı
İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində
18 sentyabrƏn sakit itlər hansılardır? Demək olar ki, hürmürlər
Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini
15 sentyabrAyaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabrİdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil
"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu
14 sentyabr84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Müasir həyatı elektrik enerjisi, su xətti, soyuducu və internetsiz təsəvvür etmək çoxları üçün çətindir. Lakin 84 yaşlı irlandiyalı Marqaret Qallager bütün ömrünü məhz belə yaşayıb və bu gün də həyatında heç nəyin əskik olmadığını deyir. xarici mediaya istinadən xəbər verir ki, Marqaret İrlandiyanı
14 sentyabr