Soyuducu zəif soyudursa, ilk onu yoxlayın

Soyuducu zəif soyudursa, ilk onu yoxlayınSoyuducu qəfil zəif soyutmağa başlayanda çoxları dərhal ciddi nasazlıq olduğunu düşünür. Halbuki əksər hallarda problem daha sadə olur və usta çağırmağa ehtiyac qalmır.

Lent.az xəbər verir ki, məişət texnikası üzrə mütəxəssislər bildirirlər ki, əsas "günahkar" çox vaxt qapının rezin kənar örtüyü yəni sıxlaşdırıcı rezin olur. Soyuducunun nə dərəcədə effektiv işləməsi məhz onun vəziyyətindən asılıdır. Əgər rezin elastikliyini itiribsə, qapı kip bağlanmır. Soyuq hava çölə çıxır, kompressor isə fasiləsiz işləyərək daha tez sıradan çıxır. Sıxlaşdırıcı rezini yoxlamaq çox asandır adi bir kağız vərəqi ilə. Kağızı qapının arasına qoyub bağlayın. Əgər vərəq asanlıqla çıxırsa, deməli qapının hermetikliyi pozulub. Hətta kiçik bir boşluq belə soyuducunun lazımi temperaturu saxlamasına mane olur. Cihaz daim itirilən soyuq havanı kompensasiya etməyə çalışır. Nəticədə kompressor fasiləsiz işləyir, bu isə həm elektrik sərfiyyatını artırır, həm də texnikanın daha tez köhnəlməsinə səbəb olur. Zamanla istilik və ya düzgün olmayan təmizləmə səbəbindən rezin deformasiya ola bilər. Bəzən isə qapıya ağır əşya dəyərək onu zədələyir. Çirk də rezinin qapıya tam oturmasına mane olur. Yağ və toz nazik təbəqə yaradaraq hermetikliyi pozur. Mütəxəssislər məsləhət görürlər ki, rezini mütəmadi olaraq ilıq su və yumşaq yuyucu vasitə ilə siləsiniz. Bu, onun ömrünü uzadır və sıx bağlanmanı qoruyur.

Bəzi hallarda rezini fenlə bir qədər qızdıraraq "bərpa etmək" mümkündür. İstilik elastikliyi qismən geri qaytarır və xırda deformasiyaları düzəldə bilir. Amma rezin cırılıbsa, onu dəyişmək lazımdır. Bu, ucuz detalıdır və kənar kömək olmadan da asanlıqla quraşdırmaq mümkündür. Zəif soyutma problemlərinin çoxu məhz qapının kip bağlanmaması ilə bağlı olur. İnsanlar isə həll yolu göz önündə olduğu halda, boş yerə ustaya pul xərcləyirlər. Əgər sıxlaşdırıcı qaydasındadırsa, onda soyuducunun ətrafındakı ventilyasiyanı yoxlamaq lazımdır. Korpusun həddindən artıq qızması da işin effektivliyini azaldır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 745   Tarix: 26 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr
.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

7 noyabr