Hər gün çoxlu araq içirdi, görünüşü hamını şoka saldı

Hər gün çoxlu araq içirdi, görünüşü hamını şoka saldıBöyük Britaniyada bir kişi illər boyu alkoqoldan sui-istifadə edib. Vəziyyət o həddə çatıb ki, o, gün ərzində araq və 6 şüşə şərab içir, daha sonra isə ümumiyyətlə gündə bir neçə şüşə araq qəbul edirmiş. Zərərli vərdişdən qurtulmaq qərarına gələndə isə orqanizminin vəziyyəti onu şoka salıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 21 yaşından davamlı içki içən, dərisi saralmış və "Simpsonlara bənzəmiş" kişi indi artıq içki içmədiyini və başqalarına da alkoqoldan imtina etməyə kömək etdiyini deyir. Şon Holland 18 yaşında içməyə başlayıb. Onun sözlərinə görə, pivə ona təşviş və panik pozuntuları ilə mübarizə aparmağa kömək edib.

21 yaşına qədər Şon səhərlər landşaft dizayneri kimi işləyərkən pivə içməyə başlayıb və içməsə, onda titrəmə yaranırmış. Daha sonra 27 yaşında o, şərab və sərt içkilərə keçib: səhər yeməyində 200 qram araq içir, gün ərzində isə altı şüşə şərab qəbul edirmiş.

Hər gün alkoqola 55 funt xərcləyən Şon bildirib ki, sərxoş vəziyyətdə aqressivləşirmiş və 2023-cü ilin avqustundan 2024-cü ilin oktyabrına qədər alkoqolla əlaqəli cinayətlərə görə üç dəfə həbsxanaya düşüb.

O, ötən ilin martına qədər gündə iki-üç litr təmiz araq içdiyini deyir.

2025-ci ilin mart ayında, doğum günündə, uğursuz intihar cəhdindən sonra içi boş spirtli içki şüşələri ilə dolu otel otağında ayıldıqdan sonra alkoqola "son qoymağa" qərar verib.

Alkoqoldan imtina etdikdən sonra o, xəstəxanaya yerləşdirilib. Həkimlər Şonun qaraciyər hepatiti, qaraciyər zədələnməsi, böyrək zədəsi, dalağın iltihabı və pankreatitdən əziyyət çəkdiyini müəyyən ediblər. Onun sidiyi qara rəngə çevrilmiş, bütün bədəni isə üç ay ərzində saralmışdı. İnsanlar onun "Simpsonlar" cizgi filminin qəhrəmanına bənzədiyini deyiblər.

Xəstəxanadan çıxdıqdan sonra Şon iki ay reabilitasiya mərkəzində qalıb və hazırda artıq 11 aydır ki, alkoqol qəbul etmir.

İndi o, alkoqol asılılığından əziyyət çəkən insanlara zərərli vərdişdən qurtulmağa kömək edir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1028   Tarix: 26 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır

Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri

19 sentyabr
.

Qorxulu yuxuların səbəbi - Açıqlandı

İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində

18 sentyabr
.

Bir ev puluna bütün kəndi satın aldı

ABŞ-li sahibkar Jason Lee Beckwith İspaniyanın Zamora əyalətində 37 ildir heç kimin yaşamadığı Salto de Castro kəndini 310 min avroya satın alıb. xarici mediaya istinadla xəbər verir ki, satış nəticəsində sahibkar yalnız kəndin torpaqlarına deyil, ərazidə yerləşən çoxsaylı tikililərə də sahib olub. Kəndd

14 sentyabr
.

İnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO

Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem

18 sentyabr
.

Saatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib. Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zaman

14 sentyabr
.

Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı

11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy

20 sentyabr
.

Əfsanəvi boksçu doğum günündə öldü: 3 oğlunu və arvadını faciəli şəkildəitirmişdi

Dövrün ən güclü boksçuları, o cümlədən Məhəmməd Əli ilə qarşılaşmasına baxmayaraq, əfsanəvi boksçu heç vaxt nokdauna düşməmişdi. Əfsanəvi kanadalı boksçu Corc Çuvalo 89 yaşında vəfat edib. -ın xarici mediaya istinadən məlumatına görə, onun ölümü sentyabrın 12-də, doğum günündə baş verib. Çuvalo peşəka

14 sentyabr
.

Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı

Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq

19 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr