Şimpanzelər üzərində maraqlı təcrübə: Qədim insanlar niyə kristal toplayıblar?
Arxeoloqlar uzun illərdir qədim insan qalıqlarının yanında kristallar aşkar edirlər. Məlumdur ki, homininlər bu cür daşları ən azı 780 min il əvvəl toplayıblar, lakin onlardan nə alət, nə silah, nə də bəzək əşyası kimi istifadə ediblər. Yeni araşdırma göstərir ki, kristallara maraq onların qeyri-adi forması və şəffaflığı ilə bağlı ola bilər.
Oxu.Az xəbər verir ki, tədqiqat "Frontiers in Psychology" jurnalında dərc olunub.
Fərziyyəni yoxlamaq üçün İspaniyadan olan alimlər insanın ən yaxın qohumlarından sayılan şimpanzelərlə təcrübələr aparıblar. Əgər kristallara maraq onlarda da müşahidə olunursa, bu, belə davranışın qədim təkamül köklərinə malik olduğunu göstərə bilər.
Birinci təcrübədə platformaya iri kvars kristalı və təxminən eyni ölçüdə adi daş qoyulub. Əvvəlcə şimpanzelər hər iki əşyaya maraq göstərsələr də, qısa müddətdən sonra demək olar ki, tamamilə kristala yönəliblər. Onlar kristalı diqqətlə araşdırıb, fırladıb və müxtəlif bucaqlardan baxmaq üçün əyiblər. Şimpanzelərdən biri hətta kristalı adətən istirahət etdikləri otağa aparıb.
Tədqiqatçılar kristalı geri almaq istəyəndə onu heyvanların sevdiyi banan və yoqurtla dəyişməli olublar.
İkinci təcrübədə alimlər kiçik kvars kristallarını 20 ədəd yumru çay daşı ilə qarışdırıblar. Şimpanzelər demək olar ki, dərhal kristalları seçərək ayırıblar. Qarışığa digər minerallar - pirit və kalsit əlavə edildikdə belə, heyvanlar onları adi çınqıldan asanlıqla fərqləndiriblər.
Heyvanlarda xüsusi maraq doğuran əsas xüsusiyyət kristalların şəffaflığı olub. Şimpanzelər onları gözlərinə yaxınlaşdıraraq işığa tutub, bəzən bir neçə dəqiqə ərzində diqqətlə müşahidə ediblər.
Belə davranış heyvanların kristalları xüsusi obyekt kimi qəbul etdiyini göstərə bilər. Alimlər həmçinin müşahidə ediblər ki, şimpanzelər bəzən kristalları ağızlarında daşıyıblar. Bu isə növ üçün qeyri-adi hal sayılır və tapıntını gizlətməyə cəhd kimi qiymətləndirilə bilər.
Tədqiqat müəllifləri hesab edirlər ki, qədim insanları da məhz bu xüsusiyyətlər cəlb etmiş ola bilər. Təbiətdə əksər obyektlər əyri və ya budaqlanan formalara malikdir - ağaclar, dağlar, çaylar və buludlar. Kristallar isə sərt həndəsi quruluşu ilə seçilir. Onlar çoxsaylı düz səthlərə və aydın bucaqlara malik nadir təbii cisimlərdəndir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 621 Tarix: 05 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrPlastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?
Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy
15 sentyabrSiqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI
15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə
17 sentyabr84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Müasir həyatı elektrik enerjisi, su xətti, soyuducu və internetsiz təsəvvür etmək çoxları üçün çətindir. Lakin 84 yaşlı irlandiyalı Marqaret Qallager bütün ömrünü məhz belə yaşayıb və bu gün də həyatında heç nəyin əskik olmadığını deyir. xarici mediaya istinadən xəbər verir ki, Marqaret İrlandiyanı
14 sentyabrSaatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər
"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib. Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zaman
14 sentyabrQış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19 sentyabrRadiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
İstilik mövsümü başlamazdan əvvəl radiatorları üzərində və içərisində yığılan tozdan təmizləmək lazımdır. Bunu radiatoru sökmədən, adi tullantı paketi və saçqurudan fen vasitəsilə etmək mümkündür. xarici mediaya istinadən xəbər verir ki, uzun müddət istifadə olunmayan radiatorların dar aralıqlarınd
14 sentyabrQuru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir
"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi
15 sentyabr