Cücərmiş kartof zəhərli ola bilər: onları nə vaxt dərhal atmalısınız?
Qışın sonlarında kartofun qiyməti artır və bir çox insanın evində bu tərəvəz xarab olmağa başlayır: cücərir, büzüşür və görünüşünü itirir. Buna görə də çoxları belə kartofun yeyilib-yeyilməyəcəyini bilmir.
Lent.az cücərmiş kartofun hansı hallarda yeyilə biləcəyini və nə vaxt onu tullamaq lazım olduğunu diqqətinizə çatdırır. Kartof kimi badımcançiçəklilər fəsiləsinə aid bitkilərdə təbii toksinlər qlikoalkaloidlər (çakonin və solanin) olur. Bu maddələr çox toplandıqda kartof qida üçün yararsız hala gəlir.
Cücərmiş kartofu yemək olarmı?
Gənc kartofda toksinlərin miqdarı minimal olur. Lakin kartof köhnəldikcə, cücərdikcə və ya günəş şüaları təsiri ilə yaşıllaşdıqca qlikoalkaloidlərin səviyyəsi ciddi şəkildə arta bilər. Bu zərərli maddələrin artması insanlarda müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə toksinlərin yüksək miqdarı cücərtilərin, "gözlərin" və yaşıl ləkələrin olduğu yerlərdə olur. Buna görə bəzi hallarda cücərmiş kartofu yemək olmaz.
Diqqət çəkən məqam odur ki, kartof bişirildikdə qaynadıldıqda, qızardıldıqda və ya sobada bişirildikdə qlikoalkaloidlərin miqdarı əhəmiyyətli dərəcədə azalmır. Yəni istilik emalı bu toksinləri tam məhv etmir.
Cücərmiş kartofun zərərləri nə vaxt onu atmaq lazımdır
Solanin zəhərlənməsi ilə bağlı bir neçə hadisə təsvir olunub. Bu zəhərlənmənin əsas əlamətləri ürəkbulanma, ishal, qarın ağrısı, qusma və başgicəllənmədir. Məsələn, mənbədə qeyd olunur ki, cücərmiş kartof yedikdən sonra bir kişi xəstəxanada üç gün müalicə almalı olub. O, qarın ağrısı, qusma və başgicəllənmə şikayətləri ilə müraciət edib. Ev şəraitində kartofda toksinlərin təhlükəli miqdarda olub-olmadığını dəqiq müəyyən etmək mümkün deyil. ABŞ-ın Ayova Dövlət Universiteti isə belə kartofları atmağı tövsiyə edir:
büzüşmüş və yumşalmış kartof
qabığının altında yaşıl rəng əmələ gəlmiş kartof
uzunluğu 2,5 sm-dən çox olan cücərtiləri olan kartof
Kartof bərkdirsə, yaşıl ləkələr yoxdursa və cücərtilər qısadırsa, qabığı və cücərtiləri təmizləndikdən sonra qlikoalkaloidlərin miqdarı azalır. Bu halda onu yemək üçün istifadə etmək mümkündür.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 627 Tarix: 06 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtaliyalı qadın hakim sosial şəbəkədə gündəm oldu
İtaliya A Seriyasında keçirilən "Genoa" - "Frosinone" matçında köməkçi hakim kimi vəzifə alan Giuliana Vigile qarşılaşmadan sonra sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, Vigile-nin matç zamanı hakim forması ilə çəkilmiş görüntüləri ilə yanaşı
14 sentyabrDüyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Düyünü bahalı inqrediyentlərdən istifadə etmədən dənə-dənə, ətirli və dadlı bişirmək mümkündür. Peşəkar aşpazların istifadə etdiyi sadə üsullardan biri bişirmə zamanı düyüyə az miqdarda bitki yağı əlavə etməkdir. xarici mediaya istinadən xəbər verir ki, bir stəkan quru düyüyə təxminən bir xörək qaşığ
17 sentyabrBir ev puluna bütün kəndi satın aldı
ABŞ-li sahibkar Jason Lee Beckwith İspaniyanın Zamora əyalətində 37 ildir heç kimin yaşamadığı Salto de Castro kəndini 310 min avroya satın alıb. xarici mediaya istinadla xəbər verir ki, satış nəticəsində sahibkar yalnız kəndin torpaqlarına deyil, ərazidə yerləşən çoxsaylı tikililərə də sahib olub. Kəndd
14 sentyabrQorxulu yuxuların səbəbi - Açıqlandı
İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində
18 sentyabrMumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrİdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil
"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu
14 sentyabrÇox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrBananı qətiyyən bunlarla birlikdə yeməyin
Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard
19 sentyabr