Ağ, yoxsa qəhvəyi? - Yumurta ilə bağlı BUNU BİLMƏLİSİNİZ

Ağ, yoxsa qəhvəyi? - Yumurta ilə bağlı BUNU BİLMƏLİSİNİZ"Bir çox hallarda belə informasiyalar tirajlanır, amma elmi baxımdan əsaslı deyil. Yumurta qabığının rəngi əsasən toyuğun cinsindən asılıdır. Yəni bəzi cinslər ağ, bəziləri qəhvəyi yumurta verir. Qabığın rənginə görə yumurtanın daha qidalı, ya daha təmiz olmasını demək düzgün olmaz. Fərqi yaradan rəng yox, daha çox toyuğun yemlənməsi, saxlanma şəraiti və yumurtanın təzəliyidir. Bəzən qəhvəyi yumurta daha baha satılır. Bir çoxlarımızda belə təsəvvür yaranır ki, bahadırsa deməli yaxşıdır. Halbuki qiymət çox vaxt istehsal xərcləri, cinsin məhsuldarlığı, logistika, brend kimi faktorlardan asılı olur. Ola bilər ki, yumurtanın qəhvəyi rəngi kənd yumurtası görüntüsü yaradır. Əslində bu belə deyil. Bəzən də sarının tünd olması da çoxumuzda vitaminlidir fikri yaradır. Sarının rəngi isə adətən yem rasionundan asılıdır".

Bu fikirləri KONKRET.az-a açıqlamasında qida məsələləri üzrə ekspert Asim Vəliyev səsləndirib.

"Yumurta alarkən istehsal, son istifadə tarixinə, yumurtanın soyuducuda saxlanmasına diqqət etməliyik. Qabığının vəziyyəti də vacibdir. Çat, sınıq, kirli, xüsusən nəcis izi olan qabıq riskdir. Qabıq zədəlidirsə, mikroorqanizmlər daha asan keçə bilir. İstehsalçı məlumatı, partiya nömrəsi, izlənə bilən məhsul daha güvənlidir. Evdə istifadə edərkən yumurtanı yuduqdan sonra saxlamamaq daha yaxşıdır. Yumaq qabığın üzərindəki təbii qoruyucu təbəqəni zəiflədə bilir. Nəticədə daxili çirklənməyə səbəb olur.".

Ekspert qeyd edib ki, təzə yumurtalarda hava boşluğu kiçikdir.

"Yumurta köhnəldikcə su itirir və bu hava kamerası böyüyür. Yumurtanı su dolu qaba qoysaq, dibə çökən təzə, suyun üzünə çıxan isə köhnə olduğunun əlamətidir.

Yumurta qabığında görünməyən nəcis qalıqları ola bilir. Yumurtaya toxunduqdan sonra mütləq əllərimizi yumalıyıq. Əks təqdirdə bakteriyaları çörəyə, ya qidalara keçirə bilərik".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1562   Tarix: 08 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Siqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI

15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə

17 sentyabr
.

Android və "iPhone"da gizli tətbiqlər: Onları bir neçə dəqiqəyə necə tapmaq olar?

Smartfonun ekranından hansısa tətbiqin qəfil yoxa çıxması onun silindiyi demək deyil. Bəzi hallarda proqram sadəcə əsas ekrandan və ya tətbiqlər menyusundan gizlədilə bilər. xarici mediaya istinadən xəbər verir ki, smartfonlarda tətbiqləri gizlətmək funksiyası məxfi proqramları yad gözlərdən qorumaq

15 sentyabr
.

Kosmik milyarderlərin Ay planlarına pis xəbər: Alimlər əsas problemi açıqladılar

Alimlər müəyyən ediblər ki, Ayda daimi bazaların qurulması üçün yetərli miqdarda su yoxdur. Harvard-Smitson Astrofizika Mərkəzinin tədqiqatçısı Martin Elviz bir milyon əhalisi olan şəhərin Ay səthində neçə il yaşaya biləcəyini hesablayıb. -ın məlumatına görə, "Frontiers" jurnalında dərc oluna

15 sentyabr
.

İdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil

"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu

14 sentyabr
.

Alimdən qorxunc proqnoz: Süni intellekt supervulkanlardan daha təhlükəlidir

"Süni intellekt bütöv şəhərləri məhv edə biləcək supervulkan püskürmələri ilə müqayisədə insanlıq üçün daha ciddi təhlükə mənbəyidir". -ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Vayominq Universitetinin geologiya və geofizika professoru Kennet Sims deyib. "Mə

17 sentyabr
.

Ancelina Colinin səmimi müsahibəsi: Nələri etiraf etdi?

Ancelina Coli "L'Officiel" jurnalına səmimi müsahibə verib. -ın xəbərinə görə, 51 yaşlı aktrisa və rejissor övladları böyüdükdən sonrakı həyatı, yeni yaradıcılıq planları, humanitar missiyası və daha çox səyahət etmək istəyi barədə danışıb. Fotosessiya üçün Coli Fendi, Ferragamo brendlərini

15 sentyabr
.

Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen

İstilik mövsümü başlamazdan əvvəl radiatorları üzərində və içərisində yığılan tozdan təmizləmək lazımdır. Bunu radiatoru sökmədən, adi tullantı paketi və saçqurudan fen vasitəsilə etmək mümkündür. xarici mediaya istinadən xəbər verir ki, uzun müddət istifadə olunmayan radiatorların dar aralıqlarınd

14 sentyabr
.

İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq

Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət

17 sentyabr
.

Neptunun o tayında 27 naməlum obyekt aşkarlandı

"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə

15 sentyabr