Gənclər arasında özünə inamsızlıq və müqayisə kompleksinin artması nə ilə bağlıdır? - AÇIQLAMA
Son illər psixoloqlar gənclər arasında özünə inamsızlıq və başqaları ilə davamlı müqayisə etmə meylinin artdığını qeyd edirlər.
Xüsusilə sosial şəbəkələrin geniş yayılması, uğur və "ideal həyat" obrazlarının daim göz önündə olması bir çox gəncin özünü kifayət qədər yaxşı hesab etməməsinə səbəb olur.
Bəs görəsən gənclər arasında özünə inamsızlıq və müqayisə kompleksinin artması nə ilə bağlıdır?
Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Gənclər arasında özünə inamsızlığın və müqayisə kompleksinin artmasının bir neçə əsas səbəbi var. İlk növbədə sosial şəbəkələrdə yaradılan "ideal həyat" görüntüləri gənclərin özlərini real olmayan standartlarla müqayisə etməsinə gətirib çıxarır. İnsanlar adətən orada həyatlarının yalnız uğurlu və xoş tərəflərini paylaşırlar. Bu isə həmin görüntülərə baxan gənclərdə sanki hamının həyatı daha yaxşı gedirmiş kimi bir illüziya yaradır. Nəticədə onlar öz həyatlarını, görünüşlərini və ya nailiyyətlərini kifayət qədər dəyərli hesab etməyə bilirlər.
Digər mühüm amil isə rəqabət mühitinin güclənməsidir. Təhsil, karyera və sosial status məsələlərində gənclər üzərində yüksək gözləntilər formalaşır. Valideynlərin, cəmiyyətin və bəzən də özlərinin qoyduğu yüksək tələblər gənclərdə "uğursuz qalmaq qorxusu" yaradır. Bu qorxu zamanla özünə şübhə və qeyri-müəyyənlik hissinə çevrilə bilər.
Bununla yanaşı, kimlik formalaşması dövrü də mühüm rol oynayır. Gənclik mərhələsində insan özünü tanımağa, cəmiyyətdə yerini müəyyən etməyə çalışır. Bu prosesdə başqalarının fikrinə həddindən artıq həssas olmaq və özünü daim müqayisə etmək olduqca yayılmış bir haldır. Əgər bu mərhələdə dəstək və sağlam psixoloji mühit çatışmırsa, müqayisə davranışı kompleks halına gələ bilər.
Bu vəziyyətlə mübarizədə gənclərin öz dəyərlərini və fərdi xüsusiyyətlərini qəbul etməsi, sosial şəbəkələrdən istifadə balansını qoruması və uğuru yalnız başqaları ilə müqayisə üzərindən qiymətləndirməməsi vacibdir. Özünü tanımaq, real hədəflər müəyyən etmək və psixoloji dəstək almaq isə özünə inamın formalaşmasında mühüm rol oynayır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
SOCAR neftçiləri təbrik edib
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA