Müğənni Almaxanım jurnalist Əli Vəliyevə məhkəmədə uduzdu - ÜZR İSTƏYƏCƏK
Müğənni Almaxanım Əhmədli və atası Vüqar Əhməd məhkəmədə Manset.az saytının həmtəsisçisi və baş redaktoru Əli Vəliyevə uduzub.
Sonxeber.az Lent.az-a istinadla xəbər verir ki, müğənni jurnalistdən üzr istəyəcək. Bu barədə sualları cavablandıran Ə.Vəliyev deyib ki, proses bu gün baş tutub:
"Səbail rayon məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə elan olundu ki, Almaxanım Əhmədli təkzib verməli, üzr istəməli, haqqımda bütün yazdıqlarını silməlidir".
Baş redaktor qeyd edib ki, o, Almaxanım və Vüqar Əhmədi ona böhtan atdığı üçün məhkəməyə verib:
"Bir ara Mədəniyyət Nazirliyinə qarşı müğənnilər tərəfindən hücumlar başlamışdı. Mən də video çəkərək nazirliyə qarşı bu hücumların əsassız olduğunu söylədim. Bu videodan sonra Almaxanım məni nazirlikdən rüşvət almağımla bağlı ittiham etdi. Həmin ittihamlar əsasında Almaxanımı və Vüqar Əhmədi məhkəməyə verdim. Onların mənə qarşı olan iddiaları isə təmin edilmədi".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 865 Tarix: 11 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabrBu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə
20 sentyabrQaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
20 sentyabrBoşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll
19 sentyabrOktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
20 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabr