Brend asılılığı: İnsanlar niyə tanınmış markalara can atır?

Brend asılılığı: İnsanlar niyə tanınmış markalara can atır?Son illər xüsusilə sosial şəbəkələrin təsiri ilə brend məhsullara maraq xeyli artıb. Bir çox insanlar geyimdən aksessuarlara qədər gündəlik istifadə etdikləri əşyaların məhz tanınmış brendlərə aid olmasına xüsusi önəm verir. Bəzən isə bu maraq ehtiyacdan çox psixoloji meyillərlə əlaqəli olur və "brend asılılığı" kimi dəyərləndirilir. Bəs insanlarda brendə qarşı bu qədər güclü bağlılıq niyə yaranır?

Mövzu ilə bağlı Sonxeber.az psixoloq Samirə Bağırova danışıb.

Brend asılılığı: İnsanlar niyə tanınmış markalara can atır?O, açıqlamasında qeyd edib ki, sosial şəbəkələr, məşhurlar və influencerlər insanların seçimlərinə təbii ki, güclü təsir edir:

"Məşhurlar bu məsələdə reklam üçün hər zaman səmərəli, bəzən isə ucuz başa gələn vasitəçilər olublar. İnsanlar tez-tez gördüklərini təkrarlamaq və cəmiyyətə uyğunlaşmaq istəyirlər. Amma insanların gördükləri nədir və kimlərdir? Çünki günümüzdə brend artıq sadəcə keyfiyyətli məhsul kimi deyil, həm də bəzi insanların həyat tərzini və dəyərlərini təmsil edən bir vasitədir. Bəzi insanlar brend vasitəsilə özlərini bahalı və varlı kimi ifadə etdiklərini düşünürlər. Psixoloji aspektdən bəzi insanlar daxili özgüvənsizliyini kompensasiya etmək və özünü daha dəyərli hiss etmək üçün brend geyimlərə üstünlük verirlər. Dopamin effekti psixoloji məmnunluq və vərdiş yaradır və brend məhsul almaq bəzi insanlarda qısa müddətli sevinc və məmnunluq yaradır. Brend yaradıcıları isə insan psixologiyasını çox dərindən müşahidə etdikləri üçün məhsullarını brendləşdirirlər. Çünki bir çox insanlar ətrafa özlərini daha uğurlu, varlı və ya nüfuzlu göstərmək üçün ilk olaraq brend geyimlərə üz tuturlar. O zaman onları izləyən insanlar nə görür? Brend vasitəsilə özünü ətrafa nümayiş etdirən və əvəzində nüfuz qazanan güclü insan fiquru".

Psixoloq onu da vurğuladı ki, elit təbəqə ilə varlı təbəqə arasında böyük fərq var:

"Elit təbəqə üçün brend seçimi əsasən keyfiyyətə bağlıdır, nadirlik və estetik dəyər üzərində qurulur. Bu insanlar daha çox eksklüziv və az yayılan markalara üstünlük verirlər.

Varlı təbəqə üçün isə brend seçimi həm status göstəricisi, həm də sosial təsirlə əlaqəlidir. Bu qrupa çox zaman sonradan şəhər həyatına uyğunlaşan, sonradan varlanan təbəqələr aid olur ki, onlar daha çox tanınmış, prestijli markalara yönəlirlər ki, cəmiyyətdə uğur və maddi imkanlarını nümayiş etdirə bilsinlər.

Elit təbəqə göstərişi sevmir, varlı təbəqə isə əksinə, hər şeyi nümayiş etdirməyi sevir. Bir də var varlı olmayan, amma brend geyinən təbəqə. Onlar tanınmış markaların imitasiya, yəni orijinalı xatırladan keyfiyyətsiz məhsulları ilə sosial qəbul qazanmaq, özlərini qəbul edilmiş kimi göstərmək və özlərini dəyərli hiss etmək istəyən təbəqələrdir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 726   Tarix: 12 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda

Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll

19 sentyabr
.

Nəsimi rayonunda fəaliyyət göstərən "ELMA" restoranı sakinlərin gecə yuxusunu haram edib (VİDEO)

Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 40 ünvanında fəaliyyət göstərən "ELMA" restoranından sakinlər şikayətçidir. "Real Azərbaycan" xəbər verir ki, İmran Qasımov küçəsi 10 ünvanında yaşayan sakinlər restoran ərazisindən gecə saatlarınadək yüksək səslə musiqi səsləndirilməsində

18 sentyabr
.

Dərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI

Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb

19 sentyabr
.

SOCAR neftçiləri təbrik edib

20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:

19 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf

19 sentyabr
.

Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR

Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar

19 sentyabr