Buraxılış imtahanları niyə mart ayında keçirilir? - AÇIQLAMA

Buraxılış imtahanları niyə mart ayında keçirilir? - AÇIQLAMASon günlər sosial şəbəkələrdə bir sıra abituriyentlər buraxılış imtahanlarının mart ayında keçirilməsinə etiraz etdiklərini bildirirlər. Onların fikrincə, imtahanın bu qədər erkən tarixə salınması hazırlıq prosesinə mənfi təsir göstərir və şagirdlərə əlavə təzyiq yaradır.

Məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir: bəziləri imtahanların daha gec keçirilməsinin tərəfdarıdır, digərləri isə mövcud vaxt qrafikinin qəbul prosesinin ümumi planlaması ilə bağlı olduğunu qeyd edir.

Bəs görəsən buraxılış imtahanları niyə mart ayında keçirilir?

Təhsil eksperti Elmin Nuri bu barədə Sonxeber.az -a açıqlama verib:

"Son bir neçə ildir ki, ölkəmizdə buraxılış imtahanları mart ayında keçirilir və bu vaxt seçimi təsadüfi deyil. Əksinə, qəbul prosesinin mərhələli və planlı şəkildə həyata keçirilməsi baxımından bu tarix daha məqsədəuyğun hesab olunur. Çünki Azərbaycanda ali məktəblərə qəbul iki mərhələdən ibarətdir: buraxılış imtahanı və blok imtahanı. Üstəlik, hazırda Dövlət İmtahan Mərkəzi abituriyentlərə blok imtahanında ikinci şans imkanı da təqdim edir. Əvvəlki illərdə belə bir imkan yox idi - yalnız bir buraxılış və bir blok imtahanı keçirilirdi.

İndi isə əlavə şans imtahanı olduğuna görə bütün mərhələlərin vaxt baxımından düzgün planlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu prosesi ardıcıllıqla nəzərdən keçirdikdə məsələ daha aydın görünür.

Mart ayında buraxılış imtahanı keçirilir. Son illərdə test tapşırıqlarında açıq sualların sayı əvvəlki illərlə müqayisədə xeyli artıb və bu göstərici hər il yüksəlir. Açıq sualların çoxalması isə onların yoxlanılması prosesini daha uzun edir. Abituriyentlər buraxılış imtahanını verib nəticələrini gözlədikləri müddətdə blok imtahanının vaxtı da yaxınlaşır. Daha sonra blok imtahanı keçirilir və müəyyən müddətdən sonra onun nəticələri elan olunur. Bütün bu mərhələlər bir-biri ilə sıx bağlıdır və ciddi zaman planlaması tələb edir.

Təsəvvür edək ki, buraxılış imtahanı martın əvvəlində deyil, ortalarında keçirilsin. Bu halda bütün proses zəncirvari şəkildə gecikməyə başlayar. Buraxılış imtahanı gec keçirilərsə, nəticələrin açıqlanması da gecikər. Nəticələr gec açıqlansa, blok imtahanının birinci mərhələsi də daha gec baş tutar. Bunun ardınca blok imtahanının nəticələrinin elan olunması və ikinci şans imtahanının keçirilməsi də gecikər. Nəticədə ixtisas seçimi mərhələsi də xeyli gec başlayar və bütün qəbul prosesi demək olar ki, sentyabr ayına qədər uzanar.
Buraxılış imtahanları niyə mart ayında keçirilir? - AÇIQLAMABu gün qəbul prosesində iştirak edən mütəxəssislər yaxşı bilirlər ki, buraxılış imtahanlarının martın əvvəlində keçirilməsinə baxmayaraq, bütün mərhələləri başa çatdırıb yekun nəticələri elan etmək bəzən avqustun sonlarına qədər uzanır. Çox vaxt qəbul nəticələri avqustun 20-dən sonra açıqlanır.

Bundan əlavə, qəbul olunan tələbələrin qarşısında başqa vacib mərhələlər də var. Ödənişli əsaslarla qəbul olan tələbələr Təhsil Tələbə Kredit Fonduna müraciət etməlidirlər ki, bu proses də müəyyən vaxt tələb edir. Regionlarda yaşayan tələbələrin paytaxta gələrək yerləşməsi, yataqxana və ya kirayə məsələlərini həll etməsi də əlavə vaxt aparır.

Bu səbəbdən məsələyə yalnız bir tərəfdən yanaşmaq düzgün olmaz. Buraxılış imtahanlarının mart ayında keçirilməsi geniş və çoxmərhələli qəbul prosesinin düzgün təşkil edilməsi üçün müəyyən edilmiş planın tərkib hissəsidir. Dövlət İmtahan Mərkəzi bu qərarı təsadüfi şəkildə verməyib. Bu tarix seçimi qəbul sisteminin bütün mərhələlərinin ardıcıl və problemsiz həyata keçirilməsi üçün məntiqi əsaslara söykənir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1310   Tarix: 12 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda

Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll

19 sentyabr
.

Nəsimi rayonunda fəaliyyət göstərən "ELMA" restoranı sakinlərin gecə yuxusunu haram edib (VİDEO)

Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 40 ünvanında fəaliyyət göstərən "ELMA" restoranından sakinlər şikayətçidir. "Real Azərbaycan" xəbər verir ki, İmran Qasımov küçəsi 10 ünvanında yaşayan sakinlər restoran ərazisindən gecə saatlarınadək yüksək səslə musiqi səsləndirilməsində

18 sentyabr
.

Dərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI

Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb

19 sentyabr
.

SOCAR neftçiləri təbrik edib

20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:

19 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf

19 sentyabr
.

Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR

Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar

19 sentyabr