Bakıda 200 MİN MƏNZİL inşa ediləcək
Bakıda 2040-cı ilədək 200 min mənzilin inşası planlaşdırılır.
Sonxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı"nda əksini tapıb.
Qeyd edilib ki, Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli qərarı ilə "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiq edilib. Baş plana əsasən, 2040-cı ilə qədər adambaşına düşən ümumi mənzil sahəsinin 20.8 m2-dən 25 m2-ə qədər artırılması nəzərdə tutulur və əhali proqnozları əsasında aparılmış hesablamalara görə, 2040-cı ilədək Bakıda təqribən əlavə 142.82 min mənzilə tələbat yaranacaq. Əhalinin mənzil tələbatının ödənilməsi üçün inşa olunacaq bina və evlər üçün təqribən 9 min ha sahə nəzərdə tutulur ki, burada da təqribən 200 min mənzilin inşası mümkün olacaq. Bu isə 2027-ci ilədək yaranacaq 49.97 min mənzilə və 2040-cı ilədək yaranacaq 92.85 min mənzilə bərabər tələbatın ödənilməsi üçün kifayət edəcək.
Nəzərə çatdırılıb ki, 2023-cü ildə Bakı şəhərində 6 443 (481.6 min m2) mənzilin, 2024-cü ildə 11 min mənzilin (933.6 min m2), 2025-ci ildə isə 9 711 mənzilin (870.8 min m2) istismarına icazə verilib. Yaşayış binalarının tikintisinə icazələr təsdiq edilmiş ərazi planlaşdırma sənədləri (şəhərsalma əsaslandırılmaları) əsasında verilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin baş planına uyğun olaraq mütəmadi olaraq mənzil tikintisi layihələri üzrə planlaşdırma işləri təsdiq edilir və sonradan bu planlaşdırma sənədləri əsasında hazırlanmış tikinti layihələrinə tikintiyə icazələr verilir. Komitə tərəfindən mənzil tikinti layihələri ilə bağlı təsdiq edilmiş ərazi planlaşdırılması sənədlərinə əsasən mənzil fondunun ümumi həcmi 2023-cü il üzrə 1 745.47 min m2, 2024-cü il üzrə 1 632.37 min m2, 2025-ci il üzrə isə 1 760.99 min m2 təşkil edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 762 Tarix: 13 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycandan tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Qeyd olunur ki, 8 vaqon gübrə Ermənistana göndəriləcək. Vaqonların saat 12:00-da Biləcəri stansiyasından yola salınmas
3 mayBakıda yaddaşını itirmiş qadın axtarılır
Bakıda 61 yaşlı qadının itkin düşüb. xəbər verir ki, bununla bağlı -a müraciət daxil olub. İtkin düşən şəxs 1965-ci il təvəllüdlü Rasimə Ələddin qızı Kamalovadır. Bildirilib ki, o, dünən evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınlarının sözlərinə görə, qadının boyu 160 sm, gözlərinin rəngi qəhvəyidir
2 mayAzərbaycan üçün yeni uşaqpulu modeli - Ayda 100 manat…
Rusiyada hamilə qadın doğulacaq körpə üçün verilən zəruri əşyalarla dolu çantanı nümayiş etdirib. Çantanın içində körpəyə lazım ola biləcək bir çox əşyalar yer alıb. Bu təşəbbüsün bütün regionlara aid olmadığı və yalnız Rusiya vətəndaşları üçün nəzərdə tutulduğu iddia edilir. Digər ölkələrdə də oxşa
3 mayÖlkədə pensiya yaşı 60-a SALINIR?
Azərbaycanda aktual məsələlərdən biri olan pensiya sistemi ilə bağlı müzakirələr davam edir. Belə ki, sosial şəbəkələrdə vətəndaşlar müzakirə zamanı pensiya sistemində problemlərin olduğunu mövcudluğu və bu istiqamətdə müxtəlif dəyişikliklərə ehtiyac olduğunu qeyd edirlər. Əsasən pensiya yaşı, pensiy
2 mayBakı metrosunda bu cür oturanlar HƏBS OLUNACAQ - VİDEO
Metro və avtobuslarda yayxanıb oturan sərnişinlər cəzalanacaq. Paytaxt ərazisində ictimai nəqliyyat və metrodan istifadə edən sərnişinlər uyğunsuz davranışlar etdikləri halda, cəzalana bilərlər. İnzibati Xətalar Məcəlləsində bu hərəkətlər "xırda xuliqanlıq" adlanır. Belə davranan sərnişinlər
2 mayMetro və avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK
May ayında Ümumdünya Şəhərsalma Forumu ərəfəsində paytaxtda nəqliyyat sahəsində rəqəmsal yeniliklər davam edir. Silsilə tədbirlər çərçivəsində artıq həm marşrut avtobuslarında, həm də metropolitendə xarici bank kartları ilə ödəniş imkanı yaradılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-y
2 mayÖtən gün həyatını itirən həkimin ÖLÜM SƏBƏBİ BİLİNDİ
Ötən gün Biləsuvarda həyatını itirən həkim Bayraməli Süleyman oğlu Bayramovun ölüm səbəbi məlum olub. -a istinadən xəbər verir ki, o, miokard infarktı səbəbi ilə həyatını itirib. Qeyd edək ki, B.Bayramov uzun illər Nərimankənd kəndində həkim məntəqəsinin baş həkimi kimi çalışıb. O, ən son Biləsuvar Rayo
2 mayAZAL Bakıdan Dubaya uçuşları bərpa edir
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə uçuşlara yenidən başlayır. bu barədə AZAL-a istinadən xəbər verir. Bildirilib ki, Dubay istiqaməti üzrə reyslərə 15 maydan etibarən start verilir. Uçuşlar hər gün həyata keçiriləcək. Biletləri AZAL-ı
2 may