İnsan ömründə neçə dəfə EŞQƏ DÜŞÜR?
Məşhur romantik filmlər - məsələn, "The Notebook" və "Titanic" tamaşaçılara sevginin yalnız bir dəfə yaşandığını təlqin edir. Lakin yeni elmi araşdırma reallığın fərqli olduğunu göstərir.
ABŞ-dakı Kinsey Institute alimlərinin araşdırmasına əsasən, insanların əksəriyyəti həyatları boyunca iki dəfə ehtiraslı sevgi yaşayır.
Araşdırma çərçivəsində 18 yaşdan 99 yaşadək 10 mindən çox subay yetkin şəxs arasında sorğu keçirilib. İştirakçılara belə sual ünvanlanıb: "Həyatınızda neçə dəfə ehtiraslı şəkildə aşiq olmusunuz?"
Nəticələr nə göstərib?
14,2 faiz respondent bildirib ki, heç vaxt ehtiraslı sevgi yaşamayıb
27,8 faiz bir dəfə aşiq olub
30,3 faiz iki dəfə aşiq olub
16,8 faiz üç dəfə aşiq olub
10,9 faiz dörd və ya daha çox dəfə aşiq olub
Ən geniş yayılmış cavab "iki dəfə" olub.
Tədqiqatın aparıcı müəllifi doktor Amanda Hesselman qeyd edib ki, insanlar tez-tez aşiq olmaqdan danışsalar da, bu hissin həyat boyu neçə dəfə yaşandığını birbaşa soruşan ilk araşdırma məhz bu olub.
Onun sözlərinə görə, əksər insanlar üçün ehtiraslı sevgi həyatda cəmi bir neçə dəfə baş verən təcrübədir.
Yaş faktoru da rol oynayır
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, yaş artdıqca yaşanan aşiqolma sayı da artır. Yaşlı iştirakçılar gənclərlə müqayisədə daha çox romantik təcrübə yaşadıqlarını bildiriblər.
Alimlər vurğulayırlar ki, bu nəticələr "yeganə yar" ideyasını sual altına alır. Bir taleyüklü sevgi əvəzinə, insanların çoxu həyatları ərzində bir neçə dəfə dərin şəkildə aşiq ola bilər.
Tədqiqat müəllifləri qeyd edirlər ki, ehtiraslı sevgi geniş yayılmış hissdir - insanların əksəriyyəti onu ən azı bir dəfə yaşayır. Lakin hər bir fərd üçün bu təcrübə nadir hallarda baş verir və epizodik xarakter daşıyır.
Kimlər daha çox subay qalır?
University of Zurich mütəxəssislərinin məlumatına görə, ali təhsilli, valideynləri ilə yaşayan şəxslər və kişilər daha çox subay qalmağa meyllidirlər.
Alimlər bildirirlər ki, həm sosial-demoqrafik amillər, həm də psixoloji xüsusiyyətlər insanın romantik münasibətə başlayıb-başlamamasına təsir göstərir. /Lent.az
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 861 Tarix: 22 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin
Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü
16 noyabrPeçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11 noyabrSatın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
7 noyabrKöhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi
14 noyabrKartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək
15 noyabrHər gün soyuq duş qəbul etsəniz, nə baş verər?
Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin
8 noyabrDüyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12 noyabr"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabrKlozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
7 noyabr