Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?Adın dəyişdirilməsi haqqında ərizənin icra müddəti qanunvericiliklə tənzimlənmir. Təcrübəyə görə bu müddət təxminən 2-3 ay davam edir. Lakin hər kəs ad, soyad və ya ata adını dəyişmək hüququna malik deyil.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Ad insanın kimliyidir. Lakin 2025-ci ildə iki mindən çox Azərbaycan vətəndaşı bu kimliyə yenidən baxmaq qərarı verib. Ədliyyə Nazirliyinin rəsmi məlumatına görə, ötən il ölkə üzrə qeydiyyat orqanları tərəfindən ümumilikdə 2723 şəxs barəsində adın, soyadın və ya ata adının dəyişdirilməsi ilə bağlı akt qeydi tərtib olunub. Bu göstərici əvvəlki illə müqayisədə artım deməkdir və cəmiyyətdə fərdi identikliklə bağlı yanaşmaların dəyişdiyini göstərir. Belə ki, adın, soyadın, ata adının dəyişdirilməsi ilə bağlı 2023-cü ildə 2492, 2024-cü ildə isə 2667 akt qeydi tərtib edilib.

917 nəfər yalnız adını dəyişib

Statistik məlumatlar göstərir ki, 2025-ci ildə vətəndaşların ən çox üstünlük verdiyi dəyişiklik soyadla bağlı olub. Belə ki, 1383 nəfər soyadını dəyişmək üçün müvafiq qurumlara müraciət edib. Adını dəyişdirənlərin də sayı az deyil. Rəqəmlərə əsasən, 917 nəfər yalnız adını dəyişib. Ata adının dəyişdirilməsi isə cəmiyyətdə hələ də nadir hal olaraq qalır. Ötən il cəmi 5 nəfər ata adından imtina edib və ya onu dəyişdirib. Bu fakt ata adının Azərbaycan cəmiyyətində ənənəvi və sabit identiklik elementi kimi qorunduğunu göstərir.

Maraqlıdır, görəsən, adını bəyənməyən vətəndaşlar onu hansı hüquqi əsaslarla dəyişə bilərlər və bu prosedur necə həyata keçirilir? Adın dəyişdirilməsi üçün müraciət zamanı vətəndaşdan hansı sənədlər tələb olunur və yaş məhdudiyyəti varmı? Adın dəyişdirilməsi prosesi orta hesabla nə qədər vaxt aparır və müraciətin icra müddəti qanunvericiliklə necə tənzimlənir?

Dəyişiklik yetkinlik yaşından sonra mümkündür

Hüquqşünas Ruslan Vəliyev bildirib ki, 18 yaşına çatmış Azərbaycan vətəndaşı ad, ata adı və soyadının dəyişdirilməsi ilə bağlı müraciət etmək hüququna malikdir: "Bunun üçün ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan vətəndaş tərəfindən isə konsulluğa verilir. Ərizədə şəxsin soyadı, adı, atasının adı, adını, ata adını və ya soyadını dəyişdirmək istəyi, daşımaq istədiyi ad, ata adı və soyad, doğulduğu tarix və yer, milliyyəti və vətəndaşlığı, yaşayış və iş yeri, vəzifəsi, hərbi qeydiyyat yeri qeyd edilir. Həmçinin əvvəllər ad, ata adı və soyad dəyişdirilibsə, nə vaxt və harada dəyişdirilməsi barədə məlumat, o cümlədən ərizə verənədək bağladığı nikahlar və onların pozulması haqqında məlumatlar, övladları barədə məlumatlar, xarici ölkələrdən deportasiya olunmuşdursa, bu barədə məlumatlar və şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və verilmə tarixi qeyd edilməlidir. Müvafiq qurum araşdırmalardan sonra 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir".

Hansı hallarda imtina cavabı gələ bilər?

Ekspert deyib ki, ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq üç iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir. Onun sözlərinə görə, bəzi hallarda vətəndaşa imtina cavabı gələ bilər: "Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, ərizə vermiş şəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, müraciət etmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə, xarici ölkədən deportasiya olunması ilə bağlı qərar olduqda şəxsin ad, ata adı və soyadının dəyişdirilməsinə yol verilmir. Bu barədə beş iş günü müddətində ərizə verən şəxsə məlumat verilir. Vətəndaş qərarla bağlı məhkəməyə müraciət etmək hüququna malikdir".

Tələb olunan sənədlər

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 6.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə icazə 18 yaşına çatdıqdan sonra yol verilir: "Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi, nikahdadırsa, nikah haqqında şəhadətnamə, nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə, yetkinlik yaşına çatmayan uşaqları varsa, onların doğumu haqqında şəhadətnamələr, şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti, ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli əlavə edilir".

Qurumdan vurğulanıb ki, adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq idarəsi ərizə verən şəxsin barəsində tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin (doğumu, varsa nikahı, nikahının pozulması, övladlarının doğumu və s.) əldə edilməsi üçün sorğu verir: "Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə həmin akt qeydləri olduqda baxılır. Akt qeydləri itibsə və ya onlarda hər hansı uyğunsuzluq varsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir.

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə yox deyilir?

Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Polis şöbəsinin rəyindən asılı olaraq qeydiyyat orqanı adın, soyadın və ya ata adının dəyişdirilməsini qeydə alır, yaxud bundan imtina edir".

Proses 2-3 ay çəkə bilər

Nazirlikdən qeyd edilib ki, adın dəyişdirilməsi haqqında ərizənin icra müddəti qanunvericiliklə tənzimlənmir. Bununla belə, bu müddət (şəxsin vətəndaşlıq vəziyyəti aktları xarici ölkədə qeydə alınmadığı halda) təxminən 2-3 ay davam edir. Adın, soyadın və ata adının dəyişdirilməsi qeydə alındıqdan sonra isə onun barəsində tərtib edilmiş akt qeydlərinə dəyişiklik edilir və ona yeni şəhadətnamələr təqdim olunur. Bundan sonra vətəndaş şəxsiyyətini təsdiq edən sənədin dəyişdirilməsi üçün daxili işlər orqanlarına müraciət edir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 764   Tarix: 22 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Böyük Britaniyada tarixi tapıntı - FOTO

Böyük Britaniyanın Çelmsford şəhərindəki "Nyu-Holl" məktəbinin ərazisində Tüdor dövrünə aid tunellər aşkar edilib. Bu tunellərin VII Henrinin itirilmiş Bolye sarayı ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Tapıntı artıq arxeoloqların diqqətini cəlb edib, çünki bu, İngiltərənin ən vacib XV

17 iyun
.

Alimlər yeni bioloji saatı təqdim etdilər

Beynəlxalq alimlər qrupu qocalma prosesinin öyrənilməsi üçün yeni bir alət təqdim edib. Genlərin fəaliyyətini təhlil edən bu sistem orqanizmin bioloji yaşını və ölüm riskini müəyyən etməyə imkan verir. Tədqiqat müəlliflərinin fikrincə, yeni metod xəstəliklərin, dərmanların və həyat tərzinin qocalma prosesin

16 iyun
.

Otellərdəki kimi yumşaq dəsmalların sirri - Cəmi bir məhsul kifayətdir

Bir çox evdar qadın dəsmalların dəfələrlə yuyulduqdan sonra sərtləşməsi, təravətini itirməsi və xoşagəlməz qoxu verməsi problemi ilə qarşılaşır. Tekstilə qulluq üzrə mütəxəssislər bildirirlər ki, bu problemi adi ağ distillə edilmiş sirkə ilə həll etmək mümkündür. xəbər verir ki, dəsmal istehsalçısı şirkəti

19 iyun
.

Dəriniz və dişləriniz risk altındadır: Paslı suyun gözəgörünməz fəsadları

"Paslı su ilə yuyunmaq ekzema və dermatit kimi dəri xəstəliklərinin şiddətlənməsinə yol aça bilər. Həmçinin bu su ilə diş fırçalamaq həm diş minasının zədələnmə ehtimalını artırır, həm də köhnə borulardakı bakterial qatların ağız boşluğuna keçməsinə zəmin yaradır". xəbər verir ki, bunu -y

17 iyun
.

DÇ 2026-da BÖYÜK SÜRPRİZ - qrupdan çıxacaq komandalar açıqlandı

2026-cı il dünya çempionatının qrup mərhələsində ilk turun ardından mütəxəssislər növbəti mərhələyə vəsiqə qazanacaq komandalarla bağlı proqnozlarını açıqlayıblar. Qiymətləndirmələrə əsasən, turnirin favoritləri hesab olunan komandaların əksəriyyətinin pley-offa yüksələcəyi gözlənilir. A qrupunda Meksikanı

18 iyun
.

Zeytun yağının xarab olduğunu göstərən əlamətlər

Zeytun yağı kulinariyada ən çox istifadə olunan məhsullardan biridir. Salat souslarının hazırlanmasından tutmuş tərəvəzlərin qızardılmasına və hətta çörəklə birlikdə istehlakına qədər geniş istifadə sahəsinə malikdir. Bununla yanaşı, zeytun yağının müxtəlif növləri və keyfiyyət dərəcələri mövcuddur

14 iyun
.

Ən şanslı insanların doğulduğu 4 gün

Doğum tarixinin insanın xarakterinə və həyat yoluna təsir göstərə biləcəyi ilə bağlı inanclar uzun illərdir maraq doğurur. Numeroloqlar hesab edir ki, bəzi tarixlərdə doğulan insanlar həyatda daha şanslı və uğurlu olmağa meylli olurlar. xəbər verir ki, mütəxəssislərin fikrincə, bu, zəmanətli uğur demə

16 iyun
.

Səyahət öncəsi qidalanma QAYDALARI

Yola çıxmağa və ya təyyarəyə minməyə bir neçə saat qalmış qida seçiminə daha diqqətlə yanaşmaq, xüsusən də şirin xəmir məmulatları və kələmdən imtina etmək məsləhətdir. xəbər verir ki, bu barədə -ya mütəxəssis-nutrisioloq Marina Jiqulskaya məlumat verib. Ekspert səfər öncəsi qidalanma ilə bağlı aşağıdak

14 iyun
.

Süngər, ya əl ilə sabunlanmaq? - Dəri problemlərindən qorunmağın yolu

Duş qəbul edərkən istifadə olunan süngərlər dəriyə zərər verə bilər. xəbər verir ki, bu barədə dermatoloqlar Loren Talya və Keti Laynam "HuffPost" nəşrinə müsahibələrində danışıblar. Mütəxəssislər bu geniş yayılmış vərdişin dəri üçün yarada biləcəyi risklər barədə xəbərdarlıq ediblər. Ket

19 iyun