İran-ABŞ-İsrail qarşıdurması nüvə müharibəsinə çevrilə bilər? - Sabiq səfir açıqladı

İran-ABŞ-İsrail qarşıdurması nüvə müharibəsinə çevrilə bilər? - Sabiq səfir açıqladıİran-ABŞ-İsrail arasında artan gərginlik Yaxın Şərqdə təhlükəsizlik arxitekturasını daha da kövrəkləşdirib və tərəfləri həm qarşıdurma, həm də diplomatiya arasında çətin seçim qarşısında qoyur. Bir tərəfdən, eskalasiyanın artması danışıqların sürətlənməsi ilə xəbərləri gündəmə gətirib, digər tərəfdən isə qarşılıqlı etimadsızlıq mühiti, regional rəqabət və daxili siyasi amillər vəziyyəti daha da sərt hərbi məcraya yönəldib.

Xüsusilə nüvə obyektlərinin, enerji infrastrukturlarının potensial hədəfə çevrilməsi ilə bağlı qarşılıqlı təhdidlər narahatlığı daha da artırıb.

Bəs belə olan halda, gərginlik hansı istiqamətdə inkişaf edə bilər?

Mövzunu Oxu.Az-a şərh edən ABŞ-nin Azərbaycandakı keçmiş səfiri və beynəlxalq münasibətlər üzrə ekspert Metyu Brayza bildirib ki, bu mərhələdə Birləşmiş Ştatlarla İran arasında birbaşa danışıqlar yoxdur:

Hətta İran dolayı danışıqların da baş vermədiyini iddia edir. Lakin bu iddia doğru deyil, çünki bilirik ki, Amerika Birləşmiş Ştatları dünən müharibəni bitirmək üçün 15 maddəlik plan təklif edib, İran isə bunu rədd edərək 5 maddəlik plan təqdim edib. Beləliklə, 15 maddəlik planın tələbləri İran üçün qəbuledilməzdir, İranın 5 maddəlik planının tələbləri isə Amerika Birləşmiş Ştatları üçün qəbuledilməzdir. Görünür ki, Tehran ilə Vaşinqton arasında vasitəçilik edən ölkələr mövcuddur, baxmayaraq ki, bu qarşıdurma tərəfləri birbaşa əlaqə saxlamır. Pakistan əsas vasitəçilərdən biridir, eyni zamanda, Türkiyə də bu rolu oynayır. Misirin də bu prosesdə iştirak etdiyi görünür".

"Bu arada, birbaşa danışıqlar olmadan mesajlar ötürüldüyü halda, tərəflərin, yəni bir tərəfdə ABŞ və İsrail, digər tərəfdə isə İranın bir-birinə qarşı hücumları davam edir. Buna görə də müharibənin nə vaxt və necə bitəcəyini hazırda proqnozlaşdırmaq mümkün deyil. Aydındır ki, Donald Tramp ABŞ-ni müharibədən çıxarmağa can atır, lakin, eyni zamanda, bölgəyə əlavə qoşun göndərir. Bu, ya İranı diplomatik danışıqlarda təzyiq altında saxlamaq cəhdi, ya da müharibənin hərbi mərhələsini genişləndirmək məqsədi daşıya bilər. Hazırda bunun hansı məqsədlə edildiyini dəqiq demək mümkün deyil. Eyni zamanda, İran, qeyd etdiyim kimi, birbaşa danışıqlardan imtina edir və müharibəni davam etdirmək istədiyini bildirir", - deyə sabiq diplomat vurğulayıb.

Müsahibimiz tərəflərin bir-birinin nüvə obyektlərini hədəfə alması ilə bağlı təhdidlərinə də münasibət bildirib və bunun münaqişənin nüvə müharibəsinə çevrilməsi riski daşımadığını deyib:

"Məsələn, iranlılar İsrailin nüvə tədqiqat obyektlərindən birini hədəfə alıblar, İsrail və ABŞ isə, böyük ehtimalla İsrail İranın Buşehr Nüvə Elektrik Stansiyası kompleksini hədəfə almış kimi görünür. Lakin bu obyektlərdə nüvə fizikası ilə bağlı fəaliyyətlərin olması, qətiyyən o demək deyil ki, münaqişə nüvə silahlarının istifadəsinə qədər eskalasiyaya gətirib çıxaracaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1177   Tarix: 26 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Prezident açılışdan sonra sükan arxasına keçdi - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. "Qafqazinfo" AzTV-yə istinadən dövlət başçısının açılış mərasimindən maraqlı görüntülərini təqdim edir:

16 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr