Smartfonlarda istifadəni çətinləşdirən funksiyalar sadalandı
Android Authority" saytının jurnalistləri "Samsung" smartfonlarında yeni cihaz alındıqdan sonra söndürülməsi tövsiyə olunan funksiyaları açıqlayıblar.
Oxu.Az sözügedən sayta istinadən xəbər verir ki, ilk növbədə müəlliflər istifadəçilərə "Samsung" klaviaturasından imtina etməyi məsləhət görürlər.
Onların sözlərinə görə, bu klaviaturada yazmaq çətindir, avtomatik düzəliş zəif işləyir və səsli giriş funksiyası kifayət qədər effektiv deyil.
Bundan əlavə, jurnalistlər bildirişlərin bölünməsi funksiyasını da yararsız hesab edir və onu parametrlər menyusundan deaktiv etməyi tövsiyə edirlər.
Mütəxəssislərin fikrincə, ekranın kənarından sürüşdürmə ilə açılan yan panellər də istifadəni çətinləşdirir və onları söndürmək daha məqsədəuyğundur. Həmçinin "Samsung Wallet" üçün nəzərdə tutulmuş qısayolun da deaktiv edilməsi tövsiyə olunur - bunu sürətli giriş ayarlarından etmək mümkündür.
Materialda qeyd olunur ki, istifadəçilər ekran görüntüsü (skrinşot) almaq üçün nəzərdə tutulan sürüşdürmə jestini də söndürə bilərlər. Jurnalist Co Marinq bildirib ki, bu funksiya nəzəri baxımdan rahat görünsə də, praktikada, xüsusilə, ekran təmizlənərkən, tez-tez təsadüfən aktivləşir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 991 Tarix: 26 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Siqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI
15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə
17 sentyabrAyla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə
17 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrArvadına dediyi tək kəlimə başına dərd oldu
Türkiyənin Yargıtay 2-ci Hüquq Dairəsi boşanma işi üzrə mühüm qərar qəbul edib. xarici mediaya istinadla xəbər verir ki, məhkəmə arvadına "eşşəksən, heyvansan" deyərək təhqir edən kişinin daha ağır təqsirli olduğuna qərar verib. Şiddətli fikir ayrılığı yaşayan ər-arvad qarşılıqlı şəkildə boşanm
17 sentyabrİtaliyalı qadın hakim sosial şəbəkədə gündəm oldu
İtaliya A Seriyasında keçirilən "Genoa" - "Frosinone" matçında köməkçi hakim kimi vəzifə alan Giuliana Vigile qarşılaşmadan sonra sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, Vigile-nin matç zamanı hakim forması ilə çəkilmiş görüntüləri ilə yanaşı
14 sentyabrİdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil
"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu
14 sentyabr