Çayı belə dəmləyənlər HƏMİŞƏ TƏRİF EŞİDİRLƏR

Çayı belə dəmləyənlər HƏMİŞƏ TƏRİF EŞİDİRLƏRAzərbaycanda çay sadəcə bir içki deyil, gündəlik həyatın ayrılmaz hissəsidir. Yeni araşdırmalar göstərir ki, çayın həm dadı, həm də faydası istifadə etdiyiniz dəmliyin materialından birbaşa asılıdır.

Milli.Az xəbər verir ki, tayvanlı elm adamları saxsı, şüşə, paslanmaz polad, silika-gel və farfor (porselen) dəmlikləri müqayisə ediblər. 585 fincan çay üzərində aparılan analizlərin nəticəsi hər kəsi təəccübləndirib. Məlum olub ki, şüşə dəmlikdə dəmlənən qara çay, digər materiallarla müqayisədə daha çox antioksidant ifraz edir.

Maraqlıdır ki, uzun illərdir yaşıl çayın daha sağlam olduğu düşünülsə də, bu araşdırma qara çayın bəzi hallarda yaşıl çaydan daha çox antioksidant ehtiva edə biləcəyini sübut edib. Antioksidantlar bədəni hüceyrə zədələnməsinə qarşı qoruyan, immun sistemini gücləndirən və "sərbəst radikallar" adlanan zərərli molekulları zərərsizləşdirən mühüm birləşmələrdir.

Araşdırmada istifadə olunan dəmliklər arasında nəticələr yalnız sağlamlıq deyil, həm də ləzzət baxımından qiymətləndirilib.

Farfor (porselen) dəmliklər estetik baxımdan çox bəyənilsə də, araşdırmada həm antioksidant səviyyəsi, həm də istiliyi qoruma baxımından ən aşağı balı alıb. Çayı çox tez soyutduğu üçün həm dad, həm də fayda itkisinə səbəb olur.

Keramika dəmliklər isə ləzzət qiymətləndirməsində ilk pillədə qərarlaşıb. Ondan sonra şüşə və paslanmaz polad dəmliklər gəlir. Lakin sağlamlıq və antioksidant zənginliyi əsas meyardırsa, şüşə dəmliklər birmənalı olaraq ən yaxşı seçimdir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 572   Tarix: 29 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ürək və immunitet üçün hansı pomidorlar daha faydalıdır - çiy yoxsa bişmiş?

Pomidorlar yalnız dadlı və universal məhsul deyil, eyni zamanda çox faydalıdır. Onların tərkibində likopin adlı güclü antioksidant var ki, bu da ürək, damarlar və göz sağlamlığını qorumağa kömək edir. xəbər verir ki, likopin çiy pomidorlardan deyil, bişmiş pomidorlardan daha yaxşı mənimsənilir. Niy

29 mart
.

Yaddaşı inkişaf etdirən üsullar məlum olub

Stolüstü oyunlar idrak sağlamlığını qorumaq, yaşla bağlı dəyişiklikləri yavaşlatmaq və yaddaş, diqqət və düşüncəni inkişaf etdirmək üçün təsirli bir vasitə ola bilər". xəbər verir ki, bu barədə rusiyalı nevroloq Marianna Cikiya -ya danışıb. "Bir çox insan stolüstü oyunlara yalnız vaxt keçirmə

26 mart
.

Kaliforniyada 11 yaşlı oğlanın təyyarə idarə etməsi gündəm oldu

Kaliforniyada yaşayan 11 yaşlı uşağın təyyarə sükanı arxasına keçməsi sosial şəbəkə istifadəçilərinin heyrətinə səbəb olub. xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb. Yayılan videolarda 11 yaşlı Rişi Şarmanın kiçikölçülü təyyarənin pilot kabinəsində əyləşərək, mütəxəssis nəzarəti ilə idarəetm

26 mart
.

Süni intellekt yüzdən çox yeni ekzoplanet kəşf edib

Böyük Britaniya və Argentina astronomları əvvəllər məlum olmayan 100-dən çox ekzoplanetin mövcudluğunu müəyyən etməyə və təsdiqləməyə imkan verən neyroşəbəkə hazırlayıblar. Bu uğur Yerəbənzər planetlərin və digər nadir planet növlərinin axtarışında süni intellektdən istifadəyə yol açır. -ın məlumatın

26 mart
.

Arıqladıqca dərinin sallanmasının əsas səbəbləri açıqlandı

35 yaşından sonra dərinin sallanmasının qarşısını almaq üçün yavaş-yavaş və diqqətlə arıqlamaq vacibdir". xəbər verir ki, bu barədə qidalanma üzrə mütəxəssis və məşqçi Yuri Brabeçan -ya müsahibəsində bildirib. Onun sözlərinə görə, illər ərzində dartınan bir orqan bir neçə həftə ərzində əvvəlki formasın

26 mart
.

Yuxudan oyanan kimi bunları edin

Mütəxəssislərin fikrincə, canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. Yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Həm gənclik, həm də qocalıqda sağlam və güclü beyin üçün hərəkət

29 mart
.

Hamının sevərək yediyi balıq ZƏRƏRLİ İMİŞ

Tuna balığı sağlamlıq üçün ən zərərli balıq növlərindən biri hesab olunur. -a istinadən xəbər verir ki, bunu rusiyalı terapevt və dietoloq Marqarita Korolyova deyib. Mütəxəssis bildirib ki, qida üçün istifadə olunan tuna balığı əti adətən yaşlı və iri balığa məxsus olur. O, uzun illər ərzində dəniz v

22 mart
.

Smartfonlarda istifadəni çətinləşdirən funksiyalar sadalandı

Android Authority" saytının jurnalistləri "Samsung" smartfonlarında yeni cihaz alındıqdan sonra söndürülməsi tövsiyə olunan funksiyaları açıqlayıblar. sözügedən sayta istinadən xəbər verir ki, ilk növbədə müəlliflər istifadəçilərə "Samsung" klaviaturasından imtina etməyi məsləhə

26 mart
.

Mütəxəssis qocalmaya qarşı ən təsirli qida və elementlərin adlarını sadaladı

Hazırda qocalma prosesini ləngidən minə yaxın maddə (geroprotektor) elmə məlumdur. Bu vasitələrin böyük əksəriyyəti laboratoriya şəraitində öyrənilsə də, bir qismini asanlıqla tapmaq mümkündür". xəbər verir ki, bu barədə -ya Rusiya Elmlər Akademiyasının müxbir üzvü, bioloq-alim Aleksey Moskalyo

26 mart