Uşağın ağlamasını "tərcümə edən" süni intellekt tətbiqi yaradıldı
Yaponiyada körpələrin ağlamasını "tərcümə edən" və valideynlərə uşağın niyə ağladığını anlamağa kömək edən tətbiq hazırlanıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyada süni intellekt əsasında işləyən Awababy adlı tətbiq hazırlanıb. Bu tətbiq körpələrin ağlamasını analiz edərək valideynlərə səbəbləri anlamağa kömək edir.
Awababy tətbiqi körpənin ağlamasını təxminən 150 000 səs nümunəsi əsasında öyrədilmiş süni intellekt vasitəsilə analiz edir. Sistem hər bir ağlamanı səsin yüksəkliyi, tonu və davametmə müddətinə görə qiymətləndirir. Cihaz körpənin ağlamasını "dinlədikdən" sonra onu 11 mümkün ehtiyac və ya emosiyadan birinə uyğunlaşdırır. On minlərlə səs yazısı üzərində öyrədilmiş alqoritm körpəni narahat edən səbəbi müəyyən edir: aclıq, yorğunluq, yuxu istəyi, narahatlıq, temperatur dəyişiklikləri, qaz sancıları və ya valideyn diqqətinə ehtiyac.
İstifadəçilər həmçinin uşağı sakitləşdirməyə hansı üsulların kömək etdiyini paylaşa bilirlər və bu da ümumi bir məlumat bazası formalaşdırır. Test mərhələsində valideynlər bildiriblər ki, körpənin nə istədiyi barədə təxmini məlumat belə onların daha sakit reaksiya verməsinə və panikaya düşmədən düzgün qərar verməsinə kömək edir.
Aprelin 20-dən etibarən Yaponiyanın Mişima şəhərində iki yaşa qədər uşaqları olan ailələr üçün tətbiqin premium versiyası pulsuz təqdim olunacaq.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 873 Tarix: 01 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrMumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrRadiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
İstilik mövsümü başlamazdan əvvəl radiatorları üzərində və içərisində yığılan tozdan təmizləmək lazımdır. Bunu radiatoru sökmədən, adi tullantı paketi və saçqurudan fen vasitəsilə etmək mümkündür. xarici mediaya istinadən xəbər verir ki, uzun müddət istifadə olunmayan radiatorların dar aralıqlarınd
14 sentyabrArvadına dediyi tək kəlimə başına dərd oldu
Türkiyənin Yargıtay 2-ci Hüquq Dairəsi boşanma işi üzrə mühüm qərar qəbul edib. xarici mediaya istinadla xəbər verir ki, məhkəmə arvadına "eşşəksən, heyvansan" deyərək təhqir edən kişinin daha ağır təqsirli olduğuna qərar verib. Şiddətli fikir ayrılığı yaşayan ər-arvad qarşılıqlı şəkildə boşanm
17 sentyabrƏn sakit itlər hansılardır? Demək olar ki, hürmürlər
Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini
15 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabr