Qurbanovun konfranslara qatılmamasına - Rövşən Nəcəfdən reaksiya

Qurbanovun konfranslara qatılmamasına - Rövşən Nəcəfdən reaksiya"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AFFA-nın hesabat konfransına qatılmayıb.

"Qafqazinfo"nun məlumatına görə, İcraiyyə Komitəsinin üzvü olan məşqçi ardıcıl ikinci ildir ki, bu tədbirdə iştirak etmir.

Xatırladaq ki, çalışdırıcı ötən il də keçirilən hesabat konfransına qatılmamışdı. AFFA-dan saytımıza bildirilmişdi ki, Q.Qurbanov komandasının "Kəpəz"a qarşı keçirəcəyi oyuna görə Tovuza yollandığı üçün iclasda iştirak etməyib. Qurban Qurbanov həmçinin İcraiyyə Komitəsinin iclaslarına qatılmamaqla da gündəmə gəlmişdi. Lakin o, sonuncu komitə iclasında iştirak etmişdi.

Qeyd edək ki, bu gün "Qarabağ" Azərbaycan Kubokunun 1/2 finalında "Sabah"la qarşılaşacaq.

***

AFFA prezidenti Rövşən Nəcəf Qurban Qurbanovun iclaslarda iştirak etməməsinin səbəbini açıqlayıb: "Qurban Qurbanov qrafik sıxlığından iclaslarda iştirak etmir, amma onunla daim əlaqədəyik. Demək olar ki, bütün mövzularda fikirlərini bildirir. Bu gün AFFA-nın hesabatını İK-nın hesabı kimi qəbul edə bilərik. İcraiyyə Komitəsi ilə daim əlaqədəyik, rəsmi görüşlər olmadan da fikir mübadilələri aparırıq. Qurban Qurbanov uşaq futbolunun inkişafı haqda dəyərli fikirlərini bizimlə bölüşür. Oyunları olanda da bizimlə danışır, öz , təkliflərini irəli sürür. İK-nin bütün üzvlərinə təşəkkür edirəm ki, çox rəngarəng təkliflər edirlər. Azərbaycan futboluna xidmət edəcək qərarları müzakirə edirik".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 757   Tarix: 03 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Formula 1"ə görə Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı

"Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq. Bu barədə -a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Həmçinin, Üzeyir Hacıbəyli və Puşki

18 sentyabr
.

İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub

İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola

12 sentyabr
.

"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır

İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy

17 sentyabr
.

Azərbaycan Kubokunun püşkü atıldı

Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada

18 sentyabr
.

İnfantino FIFA prezidentliyinə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlayıb

FIFA prezidenti Canni İnfantino təşkilatın rəhbərliyinə növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini təsdiqləyib. "Report" xəbər verir ki, onun sözlərindən "The Touchline" sitat gətirib. "Əlbəttə, gələnilki seçkilərdə namizəd olacağam. Bilmək istəsəniz, mənim platforma

12 sentyabr
.

Elvin uzun müddət sonra belə görüntüləndi - Video

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki

19 sentyabr
.

"Qalatasaray" üç futbolçusunu komandadan göndərir

Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin

13 sentyabr
.

"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub

"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli

16 sentyabr
.

Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?

Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli

18 sentyabr