Azərbaycanda güclü yağışlar gözlənilir - Nazirlikdən əhaliyə müraciət
Bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın hadisələrinin baş verəcəyi, intensiv və arabir güclənən yağışların Bakıətrafı subasmaya meyilli ərazilərə təsir göstərəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır.
Sonxeber.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi gözlənilən hava ilə əlaqədar əhaliyə müraciət edib.
Bildirilib ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək tövsiyə olunur.
"Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır", - deyə müraciətdə qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1892 Tarix: 04 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?
Milli Məclisin Elm və təhsil komitəsinin dünən baş tutan iclasında komitə sədri Anar İsgəndərov iclasın gündəliyinə "Ümumi təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib. Komitə sədrinin sözlərinə görə, sənəddə dövlət təhsi
21 iyunToy mədəniyyətində dönüş - ŞOK QADAĞA GÜNDƏMDƏ
Bəzi ailələrin könüllü şəkildə alkoqolsuz toy modelinə üstünlük verməsi göstərir ki, cəmiyyət alternativ yanaşmaları tədricən qəbul edir. Azərbaycanda yas mərasimlərində ehsanın mərhələli şəkildə aradan qaldırılması cəmiyyətin uzun illər formalaşmış sosial stereotiplərinin dəyişə bildiyini göstərdi
21 iyunFransada təyyarə qəzaya uğradı: Ölənlər var
Fransanın qərbində yerləşən La-Bol bölgəsində turist təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib. xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Məlumata görə, yanğınsöndürənlər hadisə yerinə çatdıqda hava gəmisi alovlar içində olub. Yanğının qarşısının alınması prosesin
20 iyunHava KƏSKİN DƏYİŞƏCƏK: Temperatur enəcək - BU TARİXƏDƏK
Azərbaycanda yaxın günlərdə qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 20-si günün ikinci yarısından etibarən dağlıq və dağətəyi rayonlarda, iyunun 21-dən 25-dək isə ölkənin bəzi ərazilərində arabir yağış yağacağı gözlənilir. Sinoptiklər xəbərdarlı
20 iyunAzərbaycan və Belarus arasında hərbi obyektlərin mühafizəsi müzakirə olunub
Belarus Müdafiə Nazirliyinin Qoşun Xidməti İdarəsinin rəisi polkovnik Dmitri Jukovskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Belarus Respublikas
20 iyunAzərbaycanda məktəblər sürətlə bağlanır! SƏBƏB BƏLLİ OLDU...
"Son illərdə Azərbaycanda ümumi təhsil müəssisələrin sayı sürətlə azalır. Rəsmi statistikaya görə, 2023-cü ildə ölkədə 4422 məktəb fəaliyyət göstərdiyi halda, hazırda bu rəqəm 4194-ə enib. Başqa sözlə, son üç il ərzində 226 məktəb fəaliyyətini dayandırıb. Təkcə 2024-2025-ci tədris ili ərzində məktəbləri
21 iyunAbşeronda faciə: Azyaşlını motosiklet vurub öldürdü
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə iyunun 19-da axşam saat 18 radələrində rayonun Masazır kəndi ərazisində qeydə alınıb. 2007-ci il təvəllüdlü Fuad Azad oğlu Babaşov idarə etdiyi "Minsk D D4" motosikleti ilə Masazır kəndi, "Qurtuluş-93"
20 iyunYanğın Nyu-Yorkda qədim kilsəni məhv etdi - VİDEO
Nyu-Yorkun (ABŞ) Bruklin rayonunda yerləşən Saut-Buşvik Reformist kilsəsi güclü yanğın nəticəsində tamamilə məhv olub. Hadisə zamanı binanın zəng qülləsi də çöküb, bir yanğınsöndürən yüngül xəsarət alıb. xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb. Nyu-York Yanğınsöndürmə İdarəsində
20 iyun