Bakıda 317 minlik DƏLƏDUZLUQ: Xalq artistinin kürəkəni TUTULDU - FOTO
Bakıda qızıl satışı adı ilə 317 minlik dələduzluq edənlə bağlı yeni fakt məlum olub.
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, saxlanılan iki nəfərdən biri - Rüfət Qasımzadə mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkənidir.
13:38
Bakıda qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən iki nəfər saxlanılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakıda zərərçəkmiş şəxsin külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməldə təqsirli bilinən 36 yaşlı Rüfət Qasımzadə və 37 yaşlı Məmməd Məmmədzadə saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, R.Qasımzadə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı M.Məmmədzadə ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib.
O, zərərçəkmişə geniş əlaqələrinin olduğunu və qızıl-zinət əşyalarının satışını həyata keçirdiyini bildirməklə onun etibarını qazanıb. Daha sonra saxlanılan şəxslər qızıl-zinət əşyalarının satışı ilə məşğul olmaq adı ilə zərərçəkəndən müxtəlif vaxtlarda ümumilikdə 317 500 manat pul vəsaiti alaraq həmin məbləği öz aralarında bölüblər. Nəticədə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq ediblər.
Zərərçəkmiş şəxs ifadəsində sonuncu dəfə pulun bir hissəsini Bakı Dəniz Vağzalı ərazisində həmin şəxslərə təqdim etdiyini bildirib. Bu səbəbdən iş üzrə istintaq araşdırmaları Su Nəqliyyatında Polis İdarəsində aparılıb.
Faktla bağlı R.Qasımzadə və M.Məmmədzadə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) cinayət işi başlanılıb və onların hər ikisi təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 495 Tarix: 04 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Füzulidə 15 yaşlı oğlan kanalda boğuldu
Füzuli rayonunda yeniyetmə oğlan kanalda boğulub. -ın məlumatına görə, hadisə iyunun 19-da günorta saatlarında rayonun keçmiş məcburi köçkünlər üçün salınmış Qayıdış-9 qəsəbəsində baş verib. Qəsəbə sakini 2011-ci il təvəllüdlü F.Hüseynov yaxınlıqdakı su kanalında çimərkən boğulub. Faktla bağlı araşdırm
20 iyunFransada təyyarə qəzaya uğradı: Ölənlər var
Fransanın qərbində yerləşən La-Bol bölgəsində turist təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib. xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Məlumata görə, yanğınsöndürənlər hadisə yerinə çatdıqda hava gəmisi alovlar içində olub. Yanğının qarşısının alınması prosesin
20 iyunAzərbaycanda kolbasa istehsalı 12 %- dən çox artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 13 min 459,9 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 12,2 % çoxdur. Bu ilin iyun ayının 1-nə ölkədə 26,6 ton hazır məhsul ehtiyatı yaranıb ki
20 iyunTürkiyə yığmasının baş məşqçisi komandaya səsləndi: "Başınızı dik tutun"
Türkiyə milli komandasının baş məşqçisi Vinçentso Montella uğursuzluqla üzləşən futbolçularına dəstək olaraq, onlardan başlarını dik tutmalarını tələb edib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu fikirləri DÇ-2026-nın qrup mərhələsi çərçivəsində Paraqvaya qarşı baş tuta
20 iyunJEK də pul istəyir, bələdiyyə də - Hansına ödəyək?
Çoxmənzilli binalarda yaşayan vətəndaşlardan müxtəlif adlarla ödənişlərin tələb olunması tez-tez suallar doğurur. Xüsusilə JEK-ə edilən ödənişlərlə yanaşı bələdiyyə tərəfindən əlavə vergi tələbi mübahisə yaradır. Bu halda əsas məsələ həmin ödənişlərin hüquqi əsasının olub-olmamasıdır. Bina evində yaşaya
21 iyunBu ailələrə pensiyaya çıxarkən GÜZƏŞT EDİLƏ BİLƏR
Azərbaycanda pensiya təyin edilərkən və ya onun məbləği hesablanarkən vətəndaşların himayəsində olan uşaqların sayının nəzərə alınıb-alınmaması tez-tez müzakirə olunan məsələlərdən biridir. Xüsusilə çoxuşaqlı ailələr üçün əlavə üstünlüklərin olub-olmaması maraq doğurur. Bəs mövcud qanunvericilik bu barəd
21 iyunÖzünü prokurorluq işçisi kimi təqdim edən şəxs HƏBS OLUNDU
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq etmiş şəxs barəsində həbs qətimkan tədbiri seçilib. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Mingəçevir Şəhər Prokurorluğunda özünü prokurorluq əməkdaşı kimi təqdim edərək bir sıra şəxslərin pul vəsaitlərini aldatm
20 iyun